![Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir Pakistan ABŞ-ın maraqları üçün kritik önəm kəsb edir](/uploads/posts/2022-04/thumbs/1649737798_0001.jpg)
ABŞ öz maraqları üçün kritik önəm kəsb edən Pakistanla uzunmüddətli tərəfdaşlığı yüksək qiymətləndirir.
DİA.AZ Trend-a istinadla xəbər verir ki, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.
"Biz Pakistanla uzunmüddətli tərəfdaşlığımızı yüksək qiymətləndiririk, çiçəklənən və demokratik Pakistanı həmişə ABŞ-ın maraqları üçün kritik önəm kəsb edən ölkə hesab etmişik", - deyə C.Psaki bildirib.
Onun sözlərinə görə, Vaşinqton və İslamabad arasında "yeni liderlərin hakimiyyəti dövründə də davam edəcək uzunmüddətli və güclü əlaqələr" mövcuddur.