“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar .....                     Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər .....                     Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş .....                     Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib .....                     Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb .....                     Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... .....                     "Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb .....                     "Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." .....                     Manqurdlaşmış tatar .....                     "Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" .....                     Azərbaycana hücum cəhdi iflasa uğradı .....                     Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə .....                     “AS Group”un rəhbərliyində dəyişiklik olub .....                     Qaz bahalaşır, neft ucuzlaşır .....                     Qızılın qiyməti tarixi rekordunu yenilədi .....                     NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı .....                     "KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" .....                     Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA .....                     Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı .....                     Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil .....                     25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... .....                     AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb .....                     “Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” .....                     “Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. .....                     Azərbaycanda insan gec yetişir... .....                     Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb .....                     “Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” .....                     Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... .....                     Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var .....                     Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu .....                     Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... .....                     DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib .....                     "Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" .....                     Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... .....                     Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır .....                     Yediyimiz YAĞDAN xəbəriniz varmı? .....                     Mehin Hümbətova Türkiyədə mükafat aldı .....                     Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... .....                     Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... .....                     Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ .....                 

Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi... - müxalifət son şansını “xərcləməyə” başlayıb
Tarix: 30-04-2022, 09:26 | Çap et
Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi...
Ermənistanda radikal-revanşist müxalifətin Paşinyan hökuməti əleyhinə ölkə boyu küçə yürüşləri, daha dəqiqi, çığır-bağırı və qara şivəni davam edir. Belə görünür, 4 il qabaq böyük rüsvayçılıqla hakimiyyətdən salınmış qüvvələr Nikol Paşinayanı elə öz üsulu ilə devirmək niyyətindədir.

Lakin hələ ki, baş verənlər inqilabdan daha çox “stəkanda fırtına”ya bənzəyir. Çünki bununla neçənci dəfədir ki, radikal müxalifət öz ətrafına sanballı sayda narazı kütləni toplaya bilmir. Ona görə ki, erməni cəmiyyətinin əksəri əsasən korrupsioner və kriminal Qarabağ klanına bağlı bu boşboğazlar yığnağına, heç bir real “yol xəritəsi” olmayan qaragüruhçulara sadəcə, inanmır. Bu səbəbə elə Paşinyanın iqtidarda qalmasını istəyir.

*****

Bu xüsusda Tedoş Arşakyan ad-soyadlı erməni şərhçinin Armenianreport.com-dakı məqaləsi diqqət çəkir və kapitulyant ölkədə narazı ab-havanın mahiyyətini, oradakı etirazların mümkün inkişaf dinamikasını daha yaxşı anlamağa imkan verir.

Müəllif yazır: “Ermənistanda siyasi müharibənin yeni mərhələsi başlayıb. Hər halda, həm parlament müxalifətinin, həm də ötən ilki seçkilərin nəticələrindən sonra parlament divarlarından kənarda qalan müxalifətin fikri belədir. Ölkənin hər yerindən paytaxta doğru narazı insanların yürüşləri təşkil olunur, İrəvanın küçə və prospektləri bağlamağa çalışırlar. Ən utancverici və xoşagəlməz hal isə odur ki, müharibədə həlak olan hərbçilərin valideynləri də küçə mübarizəsinə cəlb olunurlar”.

Məqalədə ardınca deyilir: “Şübhəsiz ki, son ilyarım ərzində (44 günlük savaşdan sonrakı dövrdə - red.) ölkədə etiraz kütləsi xeyli artıb. Bunun da obyektiv səbəbləri var - müharibədə məğlubiyyət, iqtisadiyyatın çox ləng yaxşılaşması və əksinə, hakimiyyətin Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq yönündə çox sürətli hərəkəti, cəmiyyətimizin böyük əksəriyyətinin isə buna sadəcə, psixoloji cəhətdən hazır olmaması. Səbəblər çoxdur, lakin onların hamısının cəmi belə, çətin ki, Nikol Paşinyanı devirib ”keçmiş" hakimiyyətlərini bərpa etmək üçün müxalifətin güclənməsinə kömək eləsin".

Erməni siyasi şərhçinin qənaətincə, bunu əslində, müxalifət liderlərinin özləri də başa düşürlər, lakin etiraf eləməyə qorxurlar: “Ona görə də bəyanatlar verirlər ki, bəs biz Paşinyana yenə göstərəcəyik. Xeyr, uşaqlar, inqilablar və rejim dəyişikliklərini belə eləmirlər. Axı sizin Ermənistanı düşdüyü indiki vəziyyətdən çıxarmaq üçün heç bir proqramınız yoxdur. Siz sadəcə, Paşinyanı aradan götürmək istəyirsiniz. Yaxşı, ondan sonra nə olacaq? Mən deyə bilərəm. Ondan sonra Köçəryan, Sərkisyan, Vanetsyan, daşnaklar və digər siyasi qüvvələrin hakimiyyət bölgüsü başlayacaq. Sizi birləşdirən yeganə şey indiki hakimiyyətə qarşı qatı nifrətdir. O yox olan kimi fitnə başlayacaq”.

Lakin müəllifə görə, hazırda Ermənistan özünə məhz belə bir lüksü rəva bilən durumda deyil. “O halda (müxalifət iqtidara qayıdacağı halda - red.) biz təkcə ”artsax"ın işğal olunmamış qalan hissəsini deyil, həm də Ermənistanın özünün böyük ərazilərini itirəcəyik. Axı Əliyevlə Ərdoğan bunu gizlətmirlər. Üstəlik, “artsax”ı siz necə qaytarmağa hazırlaşırsınız? Müharibə ilə? Buna gücümüz varmı? Yaxud dünya birliyi bizə bunu etməyə icazə verəcəkmi? İndi onun başı tamamən Rusiya-Ukrayna müharibəsinə qarışıb, ermənilərin bəlaları və müsibətlərinin hayında deyil. Bəlkə Rusiya bizə kömək edəcək? O Rusiya ki, onun rəhbərliyindən heç kəs erməni xalqına və Ermənistana “erməni soyqırımı”nın 107-ci ildönümü ilə bağlı adi kədər hissi ifadə eləməyi belə özünə rəva bilmədi?", - deyə Arşakyan sual edib.

*****

Müxalifət isə artıq son şansını da “xərcləməyə” başlayıb. Onun geniş ictimai dəstəksiz qalmasının ən mühüm və vazkeçilməz səbəbi odur ki, erməni xalqının əksəriyyəti yeni müharibədən qorxur. Erməni ailələri öz övladlarının təzədən boşuna qurbanlıq olmasını istəmirlər. Bununla belə, görünür müxalifət vabank getməkdə israrlıdır. Eyni zamanda tələsir. Heç nə alınmasa, - yəqin ki, belə də olacaq, - radikal müxalifətin ənənəvi terror üsuluna əl atacağı istisna deyil.

Xatırladaq ki, Ermənistanda bənzər qarışıq situasiya 1999-cu ilin oktyabrında yaranmışdı. O vaxt Azərbaycan və Ermənistan ABŞ-ın, daha dəqiqi, dövlət katibinin o zamankı köməkçisi Straut Telbotun moderatorluğu ilə sülh anlaşmasının bir addımlığına gəlib çıxmışdı. Lakin Kremlin “dobro”su ilə Ermənistan parlamentinin gülləbaran edilməsi prosesi tormozladı...

*****

Qeyd edək ki, mayın 8-də baş nazir Nikol Paşinyanın “məxməri inqilab” yolu ilə Sərkisyanın xunta rejimini devirib hakimiyyəti ələ keçirməsinin 4 ili tamam olacaq. Siyasi opponentlər çox istərdilər ki, həmin tarixədək Nikol Paşinyan iqtidarını heç olmasa, laxlatsın. Amma çox böyük ehtimalla müxalifət həmin tarixə də müxalifət olaraq gəlib çıxacaq, nəinki yeni (köhnə) iqtidar kimi.

Azərbaycan dövləti üçün isə kapitulyant ölkədə kimin hakimiyyət sükanı arxasında durması önəm kəsb eləmir. “İlanın ağına da lənət, qarasına da”. Əsas odur ki, Bakı bütün hallarda “barıtı” quru saxlayır və Ermənistanı kimin idarə eləməsindən asılı olmayaraq, kapitulyant ölkəni sülhə vadar eləmək üçün yetərli rıçaqlarına malikdir...
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rus evi”nin Azərbaycanı yaxın günlərdə tərk etməsi doğru olar - deputat
Bu gün, 11:47
Nərimanov rayonunda sakinlərin nə kirayə pulunu verirlər, nə də evlə təmin edirlər - NARAZILIQ VAR...
Bu gün, 11:46
Bələdiyyə sədrinin 135 manatlıq yeyintisi var imiş - HÖKM OXUNDU
Bu gün, 11:38
Rayon rəhbəri Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Recep Öztopu qəbul edib - FOTO
Bu gün, 11:34
Bakıda polis quldurluq hadisəsini imitasiya edərək restoranın kassasını talayan şəxsləri saxlayıb - FOTO, VİDEO
Bu gün, 11:32
Bakıda yaşıllığa VƏHŞİ MÜNASİBƏTİ... - FOTOLAR
Bu gün, 11:29
"Qobu Park-2" yaşayış massivi suya həsrət qalıb - GİLEY
Bu gün, 11:23
"Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da ..." - Prezident İlham Əliyev
Bu gün, 11:04
Manqurdlaşmış tatar - Vəliyev necə Valuyev OLUB...
Bu gün, 11:03
"Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın" - deputat
Bu gün, 10:58
Azərbaycana hücum cəhdi iflasa uğradı - Qazaxıstanı hədəfə aldılar
Bu gün, 10:56
Rəsmi Bakıdan Paşinyanın sərsəmləmələrinə CAVAB
Bu gün, 10:50
“AS Group”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:42
Qaz bahalaşır, neft ucuzlaşır - Azərbaycanın gəlirləri necə olacaq?
Bu gün, 10:39
Qızılın qiyməti tarixi rekordunu yenilədi
Bu gün, 10:37
NƏ BAŞ VERİR: Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı – SON QİYMƏTLƏR
Bu gün, 10:35
"KQB" arxivləri ilə agentura şəbəkəsini səhv salırlar" - REAKSİYA
Bu gün, 10:26
Rusiyanın baş casusu olduğu deyilən Ramiz Mehdiyevdən AÇIQLAMA - "Axmaq-axmaq söhbətlər yayırlar..."
Bu gün, 10:23
Baboşun fanatı Emin Hüseynovun içki şirkətində yoxlamalar başlandı - İçkilərin satışı dayandırıldı
Bu gün, 10:20
Sülh sənədinin imzalanması Paşinyandan asılı məsələ deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:15
25 il stajı olan və heç bir qüsuru olmayan işçiyə RƏDD CAVABI VERİLİRSƏ... - İcazə verin şübhələnək...
Bu gün, 10:11
AZAL və İsrailin "El Al" aviaşirkəti kod-şer razılaşması imzalayıb
Bu gün, 09:59
“Yaxın zamanlarda sorosçu və fetoçuların da şəbəkələri ifşa olunacaq” – “Onlar ən urvatsız nazirlər olublar...”
Bu gün, 09:57
“Azpulmat” müştərilərinə qarşı dələlduzluq edir?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 09:52
Azərbaycanda insan gec yetişir... - Aqşin Yenisey
Bu gün, 09:49
Üç il əvvəl itkin düşən hindistanlı turistin qalıqları tapılıb - ona məxsus əl çantası, bank kartları və...
Bu gün, 09:47
“Hamı özünə pulla pensiya düzəldirdi, Sahil Babayev bu sahəni dəyişdi, indi korrupsiya yoxdur” - Əkrəm Həsənov BELƏ DEYİR...
Bu gün, 09:45
Bu şəxslərin güzəştli şərtlərlə əmək pensiya çıxmaq hüququ var... - Ekspert danışır...
Bu gün, 09:41
Trampın Putinə zəngində gizlədilən məqam: Moskvanın iki yolu var - AKTUAL
Bu gün, 09:34
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu – Erməni nəşri
Bu gün, 09:30
Düşməni Qarabağdan İT KİMİ QOVANA... Göyçayda İTTUTAN vəzifəsi rəva görülür... - AXI NİYƏ?..
Bu gün, 09:17
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu İordaniyadan Azərbaycana gətirib - TƏFƏRRÜAT
Bu gün, 09:11
"Çox istərdim ki, televiziyalarımızda qeybət yox, sənət göstərilsin" - ETİRAZ VAR...
Bu gün, 09:09
Bakıda yeni Qənimətlər Parkı yaradılacaq... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:04
Ağ Ev SSRİ-ni dağıdan “silahı” sıradan çıxarır – Diqqətçəkən Bakı detalı
Bu gün, 09:00
Yediyimiz YAĞDAN xəbəriniz varmı? - Hətta “kənd yağı” adı altında...
Bu gün, 08:56
Mehin Hümbətova Türkiyədə mükafat aldı - FOTO
Bu gün, 08:54
Artıq bu şəbəkəyə DÖVLƏT müdaxilə etməlidir... - ÇÜNKİ...
Bu gün, 08:50
Zatulin də “xor”a qoşuldu, Bakıdan ona şillə kimi cavablar... - Bu köpək hürmək üçün marıqda yatıbmış...
Bu gün, 08:39
Dənizdə qalan neftçilər HARAY ÇƏKDİ - "21 gündür işdəyik... yeməyimiz... siqaretimiz bitib..."
Bu gün, 08:35
Direktorların sertifikasiyaya cəlb olunması təhsil sisteminə nə qazandıracaq? - AKTUAL
Bu gün, 08:26
Moskva bəyannaməsinə yenidən baxıla bilər - GƏLİŞMƏ
Bu gün, 08:22
İrəvanda hakimiyyət dəyişikliyi ssenarisi – Paşinyana iki pis xəbər
Bu gün, 07:34
Kənd təsərrüfatı təyinatlı torpaqda QƏSSABXANA TİKİRLƏR - NARAZILIQ VAR...
Bu gün, 07:31
Putin Bakıdan nə istəyir? - Son “kart” işə salındı
Bu gün, 07:24
Ermənistan böyük hücuma hazırlaşır? – Sabiq dövlət müşaviri açıqlayır
Bu gün, 07:21
Tanqo iki nəfərlik rəqsdir - Trampdan Putinə ismarış
Bu gün, 07:18
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru