![Ukrayna ordusu yaşayış məntəqəsini azad edib Ukrayna ordusu yaşayış məntəqəsini azad edib](/uploads/posts/2022-05/thumbs/1653882190_0001.jpg)
Ukrayna ordusunun bölmələri Luqansk əyalətinin Toşkovka qəsəbəsini Rusiya hərbçilərindən azad edib.
DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət dövlət administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
"Kamışevaxi yaxınlığındakı Popasnaya istiqamətində düşmən iki kilometr geri oturdulub, Lisiçansk-Baxmut avtomobil yolu az atəşə məruz qalıb”, - Qayday bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri artıq Toşkovkada mövqe tutublar.
"Severodonetsk Ukraynanın nəzarətindədir. Düşmənin uğuru yoxdur", - Qayday əlavə edib.