![Ukraynanın cənubunda Rusiya ordusunun itkiləri açıqlanıb Ukraynanın cənubunda Rusiya ordusunun itkiləri açıqlanıb](/uploads/posts/2022-05/thumbs/1653970939_0001.jpg)
Rusiya ordusu Ukraynanın cənubuna artilleriya və aviasiya zərbəsi endirib.
DİA.AZ-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna ordusunun Cənub komandanlığı məlumat yayıb.
Məlumatda həmçinin bildirilir ki, döyüşlər zamanı Rusiya ordusunun 78 hərbçisi zərərsizləşdirilib. Eyni vaxtda 8 tank, 2 haubitsa, 2 Pion topu, 2 YARS, 5 zirehli texnika 2 avtomobil məhv edilib.