Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                     Ukrayna ordusu əks-hücuma keçib .....                     Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü .....                 

“Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq” - FAKT BUDUR!
Tarix: 3-06-2022, 08:04 | Çap et
“Neft embarqosu tətbiq etmədən Rusiyanı zəiflətmək mümkün olmayacaq”
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketində, nəhayət, neft embarqosu məsələsini razılaşdırıb. Aİ-nin qərarına görə, Rusiyaya qarşı sanksiyaların altıncı paketi, boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv ölkələrə daşınan xam neft və neft məhsullarına şamil ediləcək.

Qəbul edilmiş qərara görə, Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaldacaq. Tankerlərlə idxal tam dayandırılacaq, qismən idxal isə “Dostluq” neft kəmərləri sistemi ilə həyata keçiriləcək. Bu da, əsasən, Macarıstan və Çexiyanın tələbatını ödəmək üçün nəzərdə tutulub. Digər Avropa ölkələri isə rus neftindən tam imtina edəcək.

Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42 faizi Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7 faizini təmin edir. Eyni zamanda altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı “Sberbank” SWIFT sistemindən təcrid edilib. Bundan başqa, Aİ Ukraynaya 9 milyard avro yardım ayırıb.

İddialara görə, Rusiya iqtisadiyyatı Avropa İttifaqının altıncı sanksiya paketindən daha çox təsirlənəcək və ilin sonunda defolt vəziyyətinə düşəcək. Lakin əks qənaətdə olanlar da var və onlar hesab edirlər ki, Rusiyanı iqtisadi baxımdan çökdürmək asan məsələ deyil və bunun üçün illərlə zaman tələb olunacaq. DİA.AZ xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Türkiyənin Mərmərə Universitetinin professoru, siyasi şərhçi Emirhan Göral deyib ki, Aİ-nin Rusiyaya qarşı sanksiyalarda ən çox çətinlik çəkdiyi sahə enerji sektorudur: “Məhz buna görə də Rusiyaya qarşı sanksiyalar məsələsində Avropa İttifaqı ilə ABŞ və Böyük Britaniya arasında müəyyən fikir ayrılıqları hökm sürür. Əslində Kremldə belə hesab edirlər ki, Avropa Rusiya neftindən asılılığına son qoya bilməz və bu xüsusda onlar digər iqtisadi sanksiyaların təsirlərindən yayına biləcəklər”.

“Avropada fərqindədirlər ki, neft embarqosu tətbiq etmədən Moskvanı zəiflətmək mümkün deyil. Bu səbəbdən enerji sahəsi ilə bağlı sanksiyalar gündəmə gəldi. Moskva bu gün çətin seçim qarşısındadır. Avropa Rusiya neftindən imtina edərsə və alternativ bazarlar taparsa, bu, dünya miqyasında rus neftinə olan marağı azaldacaq”, - deyə həmsöhbətimiz bildirib.

Ekspert Rusiyaya qarşı neft embarqolarının effektiv olacağı qənaətində deyil: “Təsəvvür edin ki, bu qərar verilən kimi dünyada neftin qiyməti sürətlə bahalaşmağa başladı. Görünən odur ki, Avropa İttifaqı uzunmüddətli perspektivdə Rusiyaya qarşı neft embarqolarını davam etdirə bilməyəcək. Mövcud şəraitdə Rusiya onsuz da bu nefti satacaq. Düşünürəm ki, İtaliya və Fransa üçüncü ölkələr vasitəsilə aranı qarışdıraraq rus neftini almaqda davam edəcək. Avropa İttifaqı bu və ya digər şəkildə Rusiyadan neft idxal etməyə məcbur qalacaq”.

“Təbii ki, ABŞ Səudiyyə Ərəbistanı ilə təmas quraraq neft tədarükünü artırmağa çalışacaq. Rusiyaya qarşı təzyiqlər fonunda, hətta Venesuelaya qarşı sanksiyaların yumşaldılması da müzakirə mövzusudur. Bütün hallarda tərəflər çıxılmaz durumdadır və nəticə ya Avropa İtitfaqı, ya da Rusiya üçün sarsıdıcı olacaq”, - Göral söyləyib.

Əlavə edib ki, bəzi Avropa dövlətlərinin alternativ neft tədarükü imkanları yoxdur: “Çexiya, Slovakiya və Macarıstan Avropanın ortasında yerləşir. Coğrafi mövqeyinə görə Rusiyadan kənarda neft tədarük etmək şansları yoxdur. Bəzi Avropa dövlətləri sona qədər təzyiqlərini davam etdirəcək və bu da öz növbəsində Moskvanın əlinə oynayacaq”.

Politoloq Şahin Cəfərli isə qeyd edib ki, Aİ Rusiyada neft-qaz almaq məsələsində əsas maneələrdən olan Macarıstanı razı salmağı bacarıb: “Altıncı sanksiya paketinin qəbul olunmasına qarşı çıxan ölkələrdən biri Macarıstan idi. Onlar iddia edirlər ki, Rusiyadan neft idxalını dayandırmaq imkanları yoxdur. Budapeşt üçün artıq formul tapılıb. Dəniz yolu ilə neftdən imtina ediləcək, əvəzində quru yolu ilə Rusiyadan neft idxalı davam edəcək. Bu gün Macarıstan da daxil olmaqla bəzi Avropa ölkələrinin dənizə çıxışı yoxdur. Bu, kifayət qədər ciddi qərardır və Rusiya iqtisadiyyatına ölümcül zərbə vuracaq”.

Cəfərli hesab edir ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Ukrayna məsələsində sona qədər dirəniş göstərəcək: “Altıncı sanksiya paketində Ukraynaya növbəti vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda ABŞ Prezidenti Ukraynaya yardım məsələsində təkbaşına qərar vermək hüququ əldə edib. Kiyevə dəstək davam edir və yəqin ki, bundan sonra da davam edəcək”.

“Rusiya isə həm müharibənin yükünü çəkməli, həm də sanksiyaların təsirindən qorunmalıdır. Təbii ki, hadisələr bu şəkildə davam edərsə, yekunda Rusiya iqtisadiyyatı çökəcək. Amma bunun üçün nə qədər zaman tələb olunduğu dəqiq bilinmir. Hər şey Qərbin birgə səylərindən və mübarizəsindən asılı olacaq”, - deyə analitik fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Bu gün, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Bu gün, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Bu gün, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Bu gün, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Bu gün, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Bu gün, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49
Güney Qafqazı KİM QARIŞDIRIR: Ruslar, yoxsa?.. - GƏLİŞMƏ
Bu gün, 14:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru