Rusiya-Ukrayna müharibəsində YENİ FAZA - NƏ BAŞ VERİR?
Tarix: 7-03-2023, 08:17 | Çap et
![Rusiya-Ukrayna müharibəsində YENİ FAZA Rusiya-Ukrayna müharibəsində YENİ FAZA](/uploads/posts/2023-03/thumbs/1678162717_0001.jpg) Rusiya Ukraynanın iri sənaye şəhəri olan Baxmutu mühasirəyə almaq və ələ keçirmək səylərini davam etdirir. Şəhərin Rusiyanın işğalı altına düşməsinə yaxınlaşması cəbhənin fərqli istiqamətləri üzrə də əməliyyat planlarının hazırlanmasını labüd edir. Rusiya genişmiqyaslı hava hücumlarına, Ukrayna isə əsasən, Xerson və Zaporojye vilayətlərini işğaldan azad etmək əməliyyatlarına hazırlıq görür. Rusiya Ukraynanın gec-tez əks-hücuma keçəcəyini anlayır və tutduğu ərazilərdə müdafiəni gücləndirib, həmin cəbhələrdən gələcək həmlələrin qarşısındakı maneələri yarmağa çalışır. Moskvada başa düşürlər ki, Ukraynaya qarşı canlı qüvvəni ayaqlandırmaq çətindir, çünki hərbi əməliyyatlar baxımından Ukrayna hərbçiləri daha yaxşı döyüş qabiliyyətinə malikdirlər. Buna görə də Rusiya alternativlər axtarır və daha çox aviazərbələrlə Ukraynanın hərbi qüvvələrini, mülki infrastrukturunu sıradan çıxarıb taktiki üstünlüklər qazanmağı hədəfləyir. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bildirir ki, Rusiya “UPAB-1500V” hava bombalarından istifadəyə başlayıb. Bu bombalar texnologiyasına və partlayıcı gücünə görə ciddi təhlükədir. Rusiya Ukrayna müharibəsində aviazərbələrin Kiyevi məğlub edə biləcək potensialına güvənir, hərçənd ki, hələ də istədiklərinə nail ola bilməyib. Ancaq Rusiyanın inam bəsləyə biləcəyi başqa bir əməliyyat taktikası yoxdur, ona görə də daha çox hava zərbələrini maksimallaşdırmağı qarşıya məqsəd qoyur. Bu məqsədlə Rusiya Hərbi Hava Qüvvələrinin fəaliyyətində aktivlik dərəcəsi artırılır. Rusiya Baş Qərargahı Rostovda və Ukraynanın ilhaq edilmiş Krım yarımadasındakı aerodromlarda hava hücumları və aviazərbələrdən qorunmaq üçün gücünü artırıb. ABŞ-nin nüfuzlu “Atlantic Council” analitik mərkəzinin nəzdindəki Rəqəmsal Tədqiqat Laboratoriyası Rusiyanın aviasiya gücünün hazır vəziyyətə gətirildiyini sübut edən peyk görüntülərini toplayıb. Rusiyanın aviazərbələrə üstünlük verməsi onun Ukrayna cəbhəsində hava məkanına nəzarət və bununla NATO-nu təhdid altında saxlamaq istəkləri ilə bağlıdır. Çünki Qərbin Ukraynaya qırıcılar, güclü aviasiya vasitələri verəcəyi gündəmdədir, Moskva indidən onların tədarükünün qarşısını almaqdan ötrü tədbirlərini görür. Müharibənin birbaşa tərəfi olmayan Avropa İttifaqı Ukraynadakı münaqişədən ən böyük əziyyətləri çəkir. O, bir tərəfdən, Rusiyanın hədə və şantajları, digər tərəfdən isə ABŞ-Britaniya ikilisi tərəfindən verilən təlimatların icrasındakı problemlərin arasında əzilir. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının üst quruluşları son onilliklər ərzində genişlənsə də, onun təhlükəsizliyini müəyyən edən əsaslar hələ də ABŞ-Britaniya tandemindən asılıdır. Rusiya Ukraynadakı müharibənin nəticələrini elə şəkilləndirmək istəyir ki, həmin rıçaqları əlinə keçirərək Vaşinqton-London tandemini regiondan sıxışdırsın. Lakin Kreml müharibənin nəticələrindən asılı olmayaraq, çətin ki, öz məqsədinə çata, çünki ABŞ və Britaniyanın nüfuz dairəsinin tarixi, siyasi, təhlükəsizlik, iqtisadi əsasları çox dərinə işləyib. O, bir müharibə ilə sarsıla bilməz, hərçənd ki, Avropa İttifaqı modeli Ukraynadakı müharibə səbəbindən sarsıntı içərisindədir. ABŞ-Böyük Britaniya ikilisi Ukraynadakı müharibənin strateji təhlükələrini analiz edir və Avropanın təhlükəsizliyində mərkəzi rola malik olduqlarını nümayiş etdirir. Ukrayna münaqişəsi bu ikilinin sonrakı beynəlxalq rolunu müəyyənləşdirəcək, lakin müharibənin nəticələri kartların oynanılmasını müvəqqəti təxirə sala bilər. Avropadakı arxitekturanın silkələnməsi Asiya uğrundakı rəqabəti daha da şiddətləndirir, ona görə də həm Rusiya, həm də onun rəqibləri Ukraynadakı müharibədən əlidolu çıxmağı hədəfləyirlər. Rusiya indi üçün maksimalist mövqeyinə çatmağı aviazərbələrin gücləndirilməsi, Qərb isə Ukraynaya külli miqdarda silah tədarük etməkdə görür. Baxmut oxu ona görə böyük strateji dəyərə malikdir ki, bura müharibənin sonrakı taleyinə həlledici təsir göstərəcək. Bəs Ukraynadakı oxlar qlobal oyunçulardan kimin sinəsinə sancılacaq? Bunun mütləq proqnozlarını vermək çətindir, çünki nə danışıqlarda, nə də hərb meydanında böyük bir irəliləyiş mövcuddur. Süstlük isə müharibənin strateji alovlarını böyüdür və Ukraynanın poliqon kimi istifadə edilməsinə münbit zəmin yaradır. Aqşin Kərimov, Siyasi şərhçi - DİA.AZ
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|