"Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                 

İsrailin “11 sentyabrı” - HƏR ŞEY NECƏ BAŞ VERDİ...
Tarix: 11-10-2023, 10:54 | Çap et
İsrailin “11 sentyabrı”
Oktyabrın 7-də Fələstinin HƏMAS təşkilatının yaraqlıları İsrailə qarşı genişmiqyaslı hücum əməliyyatı həyata keçiriblər. Terrorçular 7 sərhəd icmasına soxula, İsrail ordusunun bazalarından birinin texnikasını ələ keçirə, İsrail hərbçilərini və mülki şəxsləri girov götürə biliblər.

Öz növbəsində İsrail rəsmi şəkildə müharibə vəziyyəti elan edib. Hökumət bu qərarı “40 Əlif” adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib. Bununla da ordu tam hərəkət azadlığı əldə edib.

Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken HƏMAS-ın hücumunda əsas məqsədin İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasını pozmaq olduğunu bəyan edib. Deyib ki, HƏMAS, “Hizbullah” və İran Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşmasına qarşıdır.

İsrailin iqtisadi və mədəniyyət mərkəzi adlandırılan Təl-Əviv şəhərində yaşayan soydaşımız, ictimai fəal Əhməd Əhmədov (mövcud durumda təhlükəsizlik səbəbindən fotosunu yerləşdirmirik) AYNA-ya müsahibəsində HƏMAS-ın İsrailə gözlənilməz hücumu, İsrailin müharibə qərarı və digər mövzular ətrafında danışıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- HƏMAS gözlənilmədən İsrailə qarşı genişmiqyaslı hücuma keçdi. Bütün dünyanın diqqəti yaşadığınız ölkəyə yönəlib. Hazırda İsraildə vəziyyət nə yerdədir?

- Burada belə hesab edirlər ki, HƏMAS-ın gözlənilməz hücumu İsrailin müdafiəsində son 50 ilin ən ciddi pozuntusudur. İsrail rəsmiləri düşünürdü ki, HƏMAS əldən düşmüş vəziyyətdədir və bu səbəbdən ondan hər hansı hücum gözləmirdilər. Burada müxtəlif mülahizələr irəli sürülür. Birinci mülahizə ondan ibarətdir ki, HƏMAS özü belə bir rəy yaradıb və İsrail dövləti də buna inanıb. Son iki ildə HƏMAS-ın İsraillə münaqişədən çəkinməsi qarşı tərəfi arxayın saldı. Hətta bu hadisəni ABŞ-ın 11 sentyabr olayları ilə də müqayisə edirlər. Belə bəyanatlara da rast gəlirik ki, son hücum İsrailin 11 sentyabrıdır.

Göründüyü kimi, HƏMAS kəşfiyyat məlumatları əldə edib və həm havadan, həm qurudan, həm də dənizdən hücuma keçiblər. Ciddi itkilər var. Artıq İsrail dövləti rəsmi müharibə elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu qisas alınacağını bəyan edib. Hesab edirəm ki, İsrail bu müharibədə şübhəsiz ki, qalib olacaq. O ki qaldı mövcud vəziyyətə, təbii ki, İsrailə qarşı gözlənilməz hücumlar olub və bu, müəyyən təşviş yaradır.

- Dediyiniz kimi, İsrailin Baş naziri qisas alınacağını bildirib. Rusiya-Ukrayna müharibəsinin ardınca bu müharibə Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilərmi?

- Bu müharibə 100 ildən çoxdur davam edir. Bu illər ərazində o qədər hadisələr olub, o qədər gərginliklər yaşanıb, o qədər qan tökülüb ki, bu amansız hücum da bunun davamıdır. Yəhudilər və ərəblər ötən əsrin 40-cı illərinə qədər Fələstin torpaqlarında milli dövlətçiliyə malik olmadan, Britaniyanın mandatı altında yaşayıblar. Həmin il yeni yaradılmış BMT bu torpaqlarda iki dövlət yaratmaq istəyib - biri İsrail, o biri Fələstin dövləti olacaqmış. Plan yəhudi liderlər tərəfindən qəbul edilsə də, ərəblər regionda heç bir yəhudi dövlətinin yaradılmaması məsələsində israr ediblər. Bu isə öz növbəsində beynəlxalq hüququn pozulmasıdır.

Uzun müddətdir ki, terrorçu qruplaşmalar İsrailə qarşı amansız müqavimətlər təşkil edirlər. İsrail dövləti də kifayət qədər güclü bir dövlətdir. Hərbi hazırlığı yüksək səviyyədədir. Məhz bu səbəbdən də HƏMAS və digər terrorçu qruplaşmalar İsrail üzərində qələbə qazana bilməz. Düşünürəm ki, İsrail onları yerinə oturdacaq. Bu, elə də uzun müddət çəkməyəcək.

Amma, heç şübhəsiz ki, bu münaqişə davam edəcək. Bunun 3-cü Dünya müharibəsinə gətirib çıxaracağı qənaətində deyiləm. Bəli, beynəlxalq münasibətlər sistemi kifayət qədər gərgindir. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verənlər bunun bariz nümunəsidir. Amma qlobal müharibə gözlənilmir.

- Amerika rəsmiləri bildirirlər ki, İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması Fələstin və İranı qıcıqlandırır. Elə buna görə də, HƏMAS İsrailə hücum edib. Bu iddiaların həqiqət yükü varmı?

- Təbii ki, düşmənlərin ən böyük arzusu İsraili bir dövlət olaraq sıradan çıxarmaq, müxtəlif ölkələrlə təmaslarına mane olmaqdır. Lakin bu siyasət uzun müddətdir davam etsə də, heç bir nəticəyə nail olmayıblar. HƏMAS İsraili təxribata çəkməklə, regionda yeni müharibənin və qanlı toqquşamaların artmasına rəvac verir. Bütün bunlar onu deməyə əsas verir ki, onlar üçün Fələstin belə, maraqlı deyil. Əgər maraqlı olsaydı, bu qədər insanın qanının tökülməsinə səbəb olmazdılar.

İsraillə Səudiyyə Ərəbistanın münasibətlərinə gəlincə, bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş deməkdir. Lakin hər vəchlə buna mane olmağa çalışırlar. 2020-ci ildə İsrail ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla eyni anda barışa bilib. Bu siyasət davam edirsə, bunu alqışlamaq lazımdır. Bunlar baş vermirsə, deməli, onların çirkin və məkrli məqsədləri var. Buna isə, heç şübhəsiz nail ola bilməyəcəklər. İran da bu prosesdə qızışdırıcı tərəf qismində çıxış edir.

- İsraildə insanlar bu müharibəyə necə reaksiya göstərirlər? Təlaş, panika mövcuddurmu, yoxsa İsrail vətəndaşları da müharibənin tərəfdarı qismində çıxış edirlər?

- Minlərlə İsrail sakini zərər çəkib. Xeyli sayda ölənlər və yaralananlar var. Ölkədə fövqəladə vəziyyət elan olunub. Rəsmi olaraq müharibə elan edilib. Təbii ki, belə bir şəraitdə təşviş olmalıdır və var. Amma İsrail əhalisi hesab edir ki, regiona sülh və barışın gəlməsi üçün terrorçu qruplaşmlar zərərsizləşdirilməlidir. Artıq bu məqsədlə addımlara başlanılıb və nə qədər itkilər olsa da, yekunda bu müharibənin də qalibi İsrail olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Onlar vecimə deyil"
Bu gün, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru