Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                 

Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR - İNCƏLƏMƏ
Tarix: 17-10-2023, 15:59 | Çap et
Qərb Ermənistanı “suriyalaşdırmaq” planını AKTİVLƏŞDİRİR
Ermənistan sözün hər mənasında odla oynayır. Rusiyanın dəstəyindən məhrum olan və Azərbaycan qarşısında aciz duruma düşən Ermənistan revanş etmək üçün bütün vasitələrdən istifadə edir. Lakin Paşinyan başda olmaqla Ermənistanın digər başbilənləri bir məsələni unudurlar ki, “qonşuya ümid olan gecə şamsız qalar”.

Heç bir dövlət, bu lap ABŞ və yaxud Fransa olsa belə, gəlib ermənilərin əvəzinə Azərbaycanla vuruşmayacaq. Amma bölgəyə gətirilən hər bir dövlətin öz maraqları var.

Həmin maraqların icrası üçün Ermənistana girmək sadəcə bir vasitədir. Son nəticədə gələn əcnəbi dövlətlər Ermənistanı öz maraqlarına qurban verəcəklər.

Bu isə heç də qansız ötüşməyəcək. Bu gedişlə yaxın zamanlarda Ermənistan da Suriya, İraq və digər ölkələr kimi qlobal güclərin hərbi-siyasi poliqonuna çevriləcək. Sözügedən ssenari Ermənistanın sonunu gətirə bilər. Təbii ki, region üçün də bu ziyansız ötüşməyəcək.

Qərb Ermənistana hansı adla girir?

Rusiya ilə bütün körpüləri yandıran Paşinyan nicat yolunu Qərbin bu və ya digər şəkildə Ermənistanda maraqlarını təmin etməkdə gördü. Bu məqsədlə əvvəlcə Araz sahilində ABŞ-İran-Hindistan-Ermənistan birgə iqtisadi layihə reallaşdırmaq istədi. Bu layihə uğursuzluğa düçar olandan sonra Qərblə hərbi əlaqələrin genişlənməsinə start verildi. İlkin olaraq 11-20 sentyabr tarixlərində ABŞ-la birlikdə “Qartal tərəfdaşı 2023” təlimi keçirildi. Bunun ardınca oktyabrın 10-da Fransa hərbçiləri Ermənistan gəldi.

ABŞ və Fransanın Ermənistanda daimi qalmaq planı

Xatırladaq ki, ABŞ-ın 85, Fransanınsa 56 hərbçisi təlim adı ilə Ermənistana gəlib. Hələ ABŞ hərbçilərinin gəlişi zamanı bir çox beynəlxalq ekspertlər bildirmişdilər ki, onlar getmək üçün yox, qalmaq üçün gəliblər.

Məsələn, Türkiyəli general Yücel Karauz yazırdı ki, ABŞ hərbçilərinin böyük bir qisminin fərqli adlar altında orada qala biləcəyi ehtimalı yüksəkdir:

“Əlbəttə, sözügedən təlimdə əsas məqsəd Rusiyaya siyasi mesaj verməkdir. Ancaq fikrimcə, ABŞ-ın göndərdiyi 85 hərbçinin böyük bir qisminin təlimdən sonra təlim-tədris, təşkilati işlər, hərbi məsləhətçi, müşavir və s. adlar altında Ermənistanda qalma və fəaliyyət göstərmə ehtimalı çox böyükdür”.

Son günlər yayılan məlumatlar deyilən fikri sübut etdi. Eyni zamanda, bir sıra beynəlxalq ekspertlər iddia edirlər ki, hazırda Ermənistanda Qərbin güclü casus bazası var. Onlar əsasən anti-Rusiya təbliğatı aparırlar. Məqsəd odur ki, erməni xalqı ayağa qalxsın və Rusiyanın Ermənistandakı 102-ci ordusu bu ərazilərdən çıxarılsın. Lakin hələlik, “qazanlar qapalı qaynayır”.

Anti-Rusiya kampaniyası sürətlə böyüyür

Nəzərə alaq ki, istər Ermənistanın siyasi elitasında, istərsə də sadə ermənilər arasında Rusiyaya bağlı xeyli sayda qruplar var. Bu bağlılıq daha çox iqtisadi əsaslara söykənir. Yəni sadə erməni ailələri bu və ya digər şəkildə Rusiyadan gələn yardımlar hesabına yaşayırlar.

Bundan əlavə, Ermənistan iqtisadiyyatı da Rusiyaya birbaşa bağlıdır. Ermənistanın karbohidrogen məhsullara olan ehtiyacının 85 faizini Rusiya ödəyir. Ermənistanın nəqliyyat və turizm sektoru da mayasını Rusiyadan gələn gəlirlərdən tutur. Bundan başqa hər il Rusiya Ermənistan büdcəsinə xeyli miqdarda yardımlar edir.

Həmçinin Ermənistanda həyata keçirilən bütün iri layihələrin ya sifarişçisi, ya da icraçısı Rusiya vətəndaşlarıdır. Ona görə də Paşinyanın planları Ermənistanda ciddi qarşıdurma yarada bilər. Bu hətta vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər.

Bundan başqa Rusiya Paşinyanın bir sözü ilə 102-ci ordusunu Ermənistandan çıxarısı deyil. Çünki Ermənistandan çıxmaq Rusiya üçün birdəfəlik Cənubi Qafqazı itirmək deməkdir. Ona görə də Rusiya Ermənistanda qalmaq üçün sona qədər müqavimət göstərəcək. Bu müqavimətin hərbi qarşıdurma səviyyəsinə qalxması da ehtimallar arasındadır. Bu isə bir növ Rusiya-Ermənistan müharibəsinin başlaması deməkdir.

Doğrudur, Ukraynada müharibənin davam etdiyi müddətdə bu variantın reallaşması ehtimalı azdır. Amma yox deyil. Əgər Rusiya Ermənistana müharibə elan eləsə ermənilərin arxasında nə ABŞ, nə Fransa, nə də İran dayana bilməyəcək. Bu ancaq Ermənistanın xarabalığa çevrilməsi ilə sonlana bilər.

Paşinyan region ölkələrinin əsəbləri ilə oynayır

Burda başqa, bir məsələ də var. ABŞ və Fransa təkcə Rusiyanı bölgədən çıxarmaq üçün Ermənistana gəlmir. Bu dövlətlər həm İrana, həm də Türkiyəyə daha yaxın olmaq istəyirlər. Təbii ki, ABŞ və Fransanın bu istəyi Türkiyə və İran tərəfindən cavabsız qalmayacaq. Bu da Ermənistanda yeni müharibə ocağının yaranması ehtimallarını artırır.

Bir sözlə, Paşinyan özünü çox ağıllı bilib qlobal güclərin maraqlarını Ermənistan üzərində cəmləşdirmək və bundan xeyli qazanclı çıxmaq istəyir.

Lakin Nikol unudur ki, qlobal güclərin toqquşması zamanı xırda dövlətlərin maraqları yox, taleləri belə heç kimin marağında olmur.

Bu isə o deməkdir ki, Paşinyan bilərəkdən və bilməyərəkdən Ermənistanı məhvə sürükləyir. Əgər ən yaxın zamanda Paşinyan hakimiyyətdən getməsə və yaxud hərəkətlərində redaktə aparmasa, onda Ermənistanın vəziyyəti həqiqətən “rusca” olacaq.

Surxay Atakişiyev, Bizim.Media










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03
"Onlar vecimə deyil"
Bu gün, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru