BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                 

Xoşbəxt gələcəyə doğru: Siz hazır, onlar razı olmalıdır - GƏLİŞMƏ
Tarix: 14-11-2023, 06:31 | Çap et
Xoşbəxt gələcəyə doğru: Siz hazır, onlar razı olmalıdır
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesinə başlamağı tövsiyə edir. Bu barədə “Bloomberg”ə məlumatlı mənbələr bildiriblər. Onlar Ukraynanın müharibə zamanı üzləşdiyi çətinlikləri nəzərə alaraq, Komissiyanın bundan imtina etməsinin siyasi baxımdan qeyri-mümkün olacağını qeyd ediblər.

Rəsmi tövsiyə verildikdən sonra Aİ liderləri qərarı dekabrda dövlət başçılarının görüşündə təsdiq etməli olacaqlar. Baxmayaraq ki, mənbələrin qeyd etdiyi kimi, bəzi ölkələrin, o cümlədən Macarıstanın mövqeyi hələ də aydınlaşdırılmalıdır.

Agentliyin həmsöhbətləri vurğulayıblar ki, sənəd təsdiq edildikdə, Ukrayna korrupsiyaya qarşı mübarizəni əhatə edən uzun islahatlar prosesinə başlayacaq.

Ümumilikdə, Aİ-yə daxil olmağa hazırlıq qanunun aliliyi, iqtisadiyyat və milli azlıqların müdafiəsi də daxil olmaqla, 30-dan çox sahədə islahatlar tələb edəcək. Həmsöhbətlərdən birinin vurğuladığı kimi, Aİ-nin vəzifəsi Kiyevə bloka qoşulmaq üçün “qısa yollarının” olmayacağını göstərməkdir.

“Bloomberg”in mənbələrə istinadən yazdığı kimi, ABŞ-dan dəstəyin azaldığını hiss edən, bloka qoşulmaq üzrə danışıqların başlanması Prezident Volodimir Zelenskinin mövqeyini gücləndirəcək. Nəşr qeyd edir ki, Aİ üçün Ukraynanın üzvlüyü blokun yeni üzvləri qəbul etmək və qərar qəbuletmə mexanizmini uyğunlaşdırmaq qabiliyyətini sınayacaq.

Sentyabr ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-ni 30-dan çox ölkəyə genişlənməyə hazırlaşmağa çağırıb. Onun sözlərinə görə, bu, “Avropanın strateji maraqlarına” uyğundur.

“Ukraynanın gələcəyi bizim birliyimizdədir. Bəzilərinin ölkələri bir-bir əzməyə çalışdığı bir dünyada biz avropalı dostlarımızı tərk edə bilmərik”, - deyə fon der Leyen Ukraynanın Aİ-yə daxil olmasının zəruriliyini izah edib.

O, Avropa Parlamentinə illik mesajında diqqətə çatdırıb ki, daha böyük blokun fəaliyyətini təmin etmək üçün Avropa Komissyası onun fəaliyyətini müəyyən edən əsas siyasətləri təhlil etməyə və yenidən nəzərdən keçirməyə başlayacaq.

Ukrayna Aİ-yə namizəd statusunu 2022-ci ilin iyununda alıb. Deməli, söhbət yaxın zamanda Ukraynanın qoşulması prosesinin başlanmasından gedir.

Bu xəbəri nə dərəcədə irəliləyiş hesab etmək olar? Bunun müharibə edən Ukraynaya hansı üstünlükləri var? Müharibə şəraitində onun Aİ-yə qəbul olunma ehtimalı nə qədərdir?

AYNA-nın suallarını tanınmış ukraynalı ekspertlər cavablandırıblar.

Təhlükəsizlik və müdafiə məsələləri üzrə ekspert Oleq Starikov:

“Ukrayna öz Konstitusiyasında Avropa İttifaqına üzvlük və Avro-Atlantik inteqrasiyanı onilliklər ərzində inkişafının fundamental geosiyasi vektorları kimi müəyyən edib. Əvvəldən bilirdik ki, bu, asan olmayacaq, lakin genişmiqyaslı işğaldan və demək olar ki, iki il davam edən fəal hərbi əməliyyatlardan sonra islahatların vacibliyi və vaxtında olması daha da aydınlaşdı.

Ukrayna dövlətinin yaşadığı və düşmənlə mübarizə apardığı vaxtda Aİ ölkələrindən heç biri hələ də belə bir şəraitdə islahatlar yolu keçməyib. 2022-ci ilin ortalarında ölkəmizin öz vətəndaşlarının şüurunda böyük dönüş yaşandı - müharibə Avropa qitəsindəki qonşularımızın əsl simasını göstərdi - kim bizim dostumuzdur, kim müttəfiqimizdir, kim müttəfiqimiz deyil.

Reallıqlara, eləcə də 2022-ci il iyunun 23-də Brüsseldə təsdiq edilmiş Aİ üzvlüyünə namizədin yol xəritəsi əsasında Ukrayna Prezidenti, Hökuməti və Ali Radası üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş qanun layihələri hazırlayır.

Ölkədə hərbi vəziyyətin hökm sürdüyü, müharibənin getdiyi bir vaxtda bizdən əvvəl heç kim “bu gün üçün” rejimində islahatlar aparmayıb. İndi Ukrayna müdafiə, siyasi, iqtisadi, sosial və humanitar sahələrdə onlarla islahatların eyni vaxtda həyata keçirilməsi üçün niyyətlərin, qüvvələrin və hərəkətlərin cəmləşməsinin nümunəsinə çevrilib. Və bütün çətinliklərə, müharibəyə, iqtisadiyyatın tənəzzülünə, Rusiya Federasiyası qoşunlarının Ukrayna ərazisini işğal etməsinin özü ilə gətirdiyi sosial problemlərə, davam etmək istəyən kiçik bir idarəçi təbəqənin daxili müqaviməti, dövlət büdcəsində parazitlik etmək istəklərinə baxmayaraq, Kiyevin siyasəti onu göstərir ki, Ukrayna Avropaya doğru mühüm addımlar atır.

Ali Radada bu ilin sentyabrında Ukraynanı, sözün əsl mənasında, Avropa İttifaqının üzvü statusuna yaxınlaşdıran bir sıra qanun layihələri səsə qoyulub. Belə ki, Zelenski Avropa komissarlarının israrla tələb etdiyi məmurlar tərəfindən öz gəlir və xərclərinin məcburi və açıq bəyan edilməsi haqqında qanunu imzalayıb.

Əslində biz hökumət qarşısında şəffaflığı bərpa etdik və korrupsiyaya qarşı mübarizəni davam etdirməyə hazır olduğumuzu göstərdik. Bəli, belə bir qanun 2022-ci ilin fevralına qədər qüvvədə idi, lakin hərbi vəziyyət şəraitində Bəyannamələrin Reyestrinə giriş bağlandı. İndi bu məhdudiyyət aradan qaldırılıb və Ukrayna ən çətin şəraitdə belə, sistemli korrupsiyaya qarşı mübarizə aparır: buna misal olaraq oliqarx İqor Kolomoyskinin işini göstərmək olar.

Bundan əlavə, Ali Rada “Siyasi cəhətdən əhəmiyyətli şəxslərin - PEP-in (рolitically exposed persons) maliyyə monitorinqi haqqında” 9269 nömrəli qanun layihəsinin dəyişdirilmiş variantını əsas kimi qəbul edib, “once pep-forever pep” müddəasını geri qaytarıb. Və bu, Ukrayna üçün korrupsiya ilə ən yüksək səviyyədə mübarizə yolunda daha bir addımdır.

Ötən həftə yol xəritəsi çərçivəsində milli azlıqlar haqqında 9610 saylı qanun layihəsi qəbul edilib. Biz bunu sentyabrın sonuna qədər qəbul etməyi öz üzərimizə götürdük və indi o, imza üçün Volodimir Zelenskiyə göndərilib.

Bu və bir sıra digər qanunvericilik təşəbbüsləri Ukrayna dövləti tərəfindən Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Ukrayna ilə Aİ arasında gələcək yaxınlaşma üzrə Avropa Komissiyası ilə danışıqlar prosesinin əsasını təşkil edəcək. Biz Ukrayna və Avropa İttifaqının qanunvericilik bazasını uyğunlaşdırmaq üçün keçilməli olan titanik işdən və yolun mürəkkəbliyindən xəbərdarıq.

“Ev tapşırığı” siyahısında Aİ qanunvericiliyinin daha iki minə yaxın aktı var ki, biz onları Ukraynanın hüquqi sahəsində həyata keçirməyə borcluyuq. Biz bilirik ki, 27 Aİ ölkəsinin hər biri ilə ayrılıqda danışıqlar aparacağıq və Aİ-yə daxil olmağımızla bağlı çərçivə sazişi memorandumları bağlayacağıq. Xüsusilə davam edən hərbi əməliyyatlar və dövlətin iqtisadi gücünün zəifləməsi şəraitində bu prosesin mürəkkəb və uzun sürdüyünü bilirik. Biz Aİ-yə tamhüquqlu üzvlük yolunda mühüm irəliləyişlər əldə edirik ki, bizim bədxahlarımız gələcəkdə buna göz yuma bilməyəcəklər.

Ukrayna öz inkişafının geosiyasi seçimi, sivilizasiya seçimi yolundan dönməyəcək. İnkişaf etmiş iqtisadiyyatı, yüksək sosial standartları, səmərəli hüquq və məhkəmə sistemi, güclü müdafiə sektoru olan dövlət olmaq bizim məqsədimizdir”.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Yaroslav Bojko:

“Ümumiyyətlə, Aİ-yə daxil olmaq iki amildən asılı olan məsələdir: birincisi, Aİ ölkələri rəhbərliyinin Ukraynanı qəbul etmək üçün siyasi istəyi, ikincisi, Aİ standartlarına uyğun olaraq standartlaşdırma qanunvericiliyinin və iqtisadi əlaqələrin böyük və əziyyətli işi.

Ukrayna üçün ən vacib siqnallar Aİ-nin bizi siyasi nöqteyi-nəzərdən qəbul etməyə hazır olmasıdır. Aİ tərəfindən belə bir addım əhəmiyyətli stimul kimi görünür.

Vaxt haqqında danışmaq hələ çox çətindir, amma əsas odur ki, Ukrayna bütün lazımi standartları qəbul etdikdən sonra Aİ-də tez qərarın mümkünlüyü ilə bağlı siyasi konsensus formalaşsın.

Ukrayna üçün bu, müəyyən dərəcədə müharibə başa çatdıqdan sonra iqtisadi və infrastrukturun bərpası proseslərinin maliyyələşdirilməsi üçün uzunmüddətli və keyfiyyətli prosesin təminatıdır. Əslində, bu, ukraynalıların xoşbəxt gələcəyə ümid edə biləcəyi konkret nümunədir”.

Müəllif: Rauf Orucov - Mənbə: AYNA.az
Təqdim etdi: DİA.AZ (Ərsoyun Bloqu)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru