Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                     Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi .....                     Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi .....                     Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb .....                     Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb .....                     Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... .....                     Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor .....                     "10 minlik ətir bəyənsəm, ərim ALAR" .....                     Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı .....                     Azərbaycanlı gənc yüksək vəzifəyə .....                     Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR .....                     Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                 

Qərbin Ukrayna və Zelenski ilə bağlı planı bəlli deyil... - İNCƏLƏMƏ
Tarix: 30-11-2023, 07:00 | Çap et
Qərbin Ukrayna və Zelenski ilə bağlı planı bəlli deyil...
Ukrayna müharibəni uduzur, yoxsa hələ qalib gəlmək iqtidarındadır? Tərəfdaşları Kiyevi məcburi sülhə vadar edirmi? Ümumiyyətlə, hərbi əməliyyatlar başlayandan silah verilməsi məsələsində ləng və ehtiyatlı addımlar atan Qərb Zelenskini satıbmı?

Bu gün Ukraynada hərbi əməliyyatların uğurundan danışmaq mümkün deyil. Nə Rusiya, nə də Ukrayna ciddi üstünlük əldə edə bilməyərək, daha çox mövqe döyüşlərinə keçiblər. Əgər ukraynalılar Dnepr çayının Qərb sahilində nisbi uğur əldə ediblərsə, rusiyalılar da böyük itkilər hesabına da olsa, Avdeyevkada irəliləyə biliblər. Lakin tərəflərin bu “uğuru” müharibənin taleyinə ciddi təsir göstərə bilmir. Belə demək mümkünsə, tərəflər döyüş əməliyyatında “ölü nöqtə”yə çatıblar.

Buna görə də, indi bütün dünya Ukraynada nə baş verdiyi, xüsusən də nə baş verəcəyi üzərində baş sındırır. Və onların bir hissəsi Qərbin Ukraynanı qurban verdiyi fikrindədir.

Məsələn, bir qədər əvvələ qədər Ukrayna prezidenti administrasiyasında çalışan, hazırda isə müxalifətdə olan və növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini bəyan edən qalmaqallı siyasətçi Aleksey Arestoviç Qərbin Ukraynanı “atdığını” bildirir. Prezident ofisi rəhbərinin keçmiş müşaviri Qərbi Rusiyaya qalib gəlmək üçün lazım olan və söz verilən silahları çatdırmamaqda ittiham edib. Arestoviçin sözlərinə görə, Ukraynanın hücumunun dayanması da bununla bağlıdır.

“Bütün məsuliyyət Ukraynaya həqiqi böyük müharibə aparmaq üçün əsl dəstək sözü verən, amma bu dəstəyi göstərəməyən – bizə “atanların” üzərinə düşür”, – Arestoviç qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın hücumunun ilk aylarında “öz müharibəsində” qalib gəlib və Qərb kifayət qədər dəstək göstərsəydi, onu başa çatdırmaq olardı: “Sonra isə digər müharibə başladı. Bu müharibəni isə təyyarələr, uzaq mənzilli raketlər və Quru Qoşunları üçün beş dəfə daha çox dəstək olmadan uda bilməzdik. Bütün bunlar olmadı. Biz buna görə çox böyük qiymət ödədik”, – o, deyib.

Arestoviçin iddiasına görə, Qərb yenidən Ukraynanı ataraq, onu Rusiya ilə danışıqlara məcbur edir.

Artıq bəzi Qərb siyasətçiləri də eyni ruhlu bəyanatlarla çıxış edilər. Məsələn, Çexiyanın yeni seçilən prezidenti Petr Pavel də Qərbin Ukrayna ordusu üçün artilleriya mərmiləri ilə bağlı verdiyi sözün üstündə durmadığını, F-16 təyyarələrinə pilotların hazırlanması proqramının lazımi səviyyədə olmadığını bildirib. Onun sözlərinə görə, hazırkı sursat təminatı Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsi üçün kifayət deyil. Çexiya lideri əlavə edib ki, hətta Ukraynanı dəstəkləyən ölkələrdə də tərəddüd artır. Bu isə ona gətirib çıxaracaq ki, ukraynalılar arasında məyusluq hissi artacaq, qeyri-müəyyənlik Kiyevə hərbi planlaşdırma aparmağa mane olacaq. Çexiya lideri onu da bildirib ki, bu il uğurun əsasını qoymaq üçün həlledici əhəmiyyətə malikdir. 2024-cü il isə daha mürəkkəb olacaq.

“Euractv” iddia edir ki, ABŞ və Almaniya Ukraynanın tez bir zamanda NATO üzvü olmasını istəmirlər və buna görə də, bütün cəhdlərlə bunun qarşısını almağa çalışırlar. “Bild” isə Almaniya və ABŞ arasında Ukrayna razılaşması ilə bağlı bir qədər də irəli gedərək, Şolts və Bayden arasında gizli sövdələşmə olduğunu iddia edib. Məqalədə qeyd edilir ki, Vaşinqton və Berlin Kiyevin qələbəsində maraqlı deyillər. Amma onlar Moskvanın da qələbəsinin qəti əleyhinədirlər. Buna görə də, Ukrayna ordusuna o qədər də güclü dəstək göstərməmək qərarına gələrək, müharibəni Rusiyanın tam taqətdən düşməsinə qədər uzadırlar.

Bundan əlavə, “Bild” ABŞ və Almaniyanın Rusiya ilə danışıqlara başlaması üçün Ukrayna tərəfinə təzyiq etdiyini də bildirir. Düzdür, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn dərhal bu məlumatı təkzib edərək, belə bir təzyiq iddiasının həqiqətə uyğun olmadığını deyib: “Həmişə demişik ki, bunu Kiyev həll etməlidir. Biz Ukrayna ilə bağlı heç bir məsələni Ukraynasız həll etməyəcəyik”.

“Bild”in iddialarının həqiqiliyi ilə bağlı heç bir fakt yoxdur. Amma eyni zamanda, bəzi analitiklər kömək məsələsinin şübhəli olduğunu etiraf edirlər. Məsələn, Mixail Şerşevski qeyd edir ki, Qərbin Ukraynaya yardımı həqiqətən də müharibəni udmaqdan çox, uzatmaq xarakteri daşıyır: “Tərəflərdən birinin qələbəsini arzu edəndə, ona ən azı ən müasir 300 “Abrams” tankı verirlər, 30 tank deyil. Bir tərəfin qələbəsini arzu edəndə, ona ən azı 100 ədəd ən müasir F-16 Block 70/72 təyyarəsi verirlər, köhnəlmiş F-16-rı bir neçə ay sonra verəcəklərinə söz vermirlər. Nəhayət, Qərb Ukraynanın həqiqətən də qələbəsini arzu etsəydi, havada üstünlüyü təmin etməmiş, Kiyevi yerdə hücuma təhrik etməzdi” .

Macarıstanın XİN rəhbəri Peter Siyyarto isə Brüsseldə nazirlərin görüşü barədə danışanda NATO üzvlərinin Ukrayna ordusunun əks-hücumunun uğursuzluğa düçar olduğunu etiraf etdiklərini deyib. Onun sözlərinə görə, NATO ölkələri əks-hücumun onların gözləntilərini doğrultmadığını, güman etdiklərindən qat-qat az nəticə əldə olunduğunu bildiriblər.

NATO-nun baş katibi Yens Stoltenberq isə Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında F-16 təyyarələrinin döyüş meydanında vəziyyəti köklü şəkildə dəyişəcəyinə əmin olmadıqlarını söyləyib: “Təyyarələr vəziyyəti köklü şəkildə dəyişə biləcək “gümüş güllə” deyil”.

Beləliklə, bütün göstəricilər rəsmi Kiyevin əleyhinədir. Kiyev hazırda məğlub duruma düşüb. Bəli, Rusiya hücumunun qarşısı alınıb, Moskvanın planları alt-üst edilib. Rusiya Odessa, Xarkov, Xersonu tutmaq planları üzərində deyil, əldə etdiklərini saxlamaq üzərində düşünür. Amma eyni zamanda, Ukrayna torpaq itirən tərəfdir və bu gedişlə o torpaqları qaytara bilməyəcək.

Qərb isə həqiqətən də mövcud durumla barışmış kimi görünür. Söyləmək olar ki, Vaşinqtonda da, Brüsseldə də, Avropanın ayrı-ayrı paytaxtlarında da Ukraynaya yardımın davam etməsinin zəruriliyi ilə bağlı bəyanatlar səsləndirilir və bu yardımın davam edəcəyi ilə bağlı vədlər verilir. Amma reallıqda yardımın getdikcə zəiflədiyi göz önündədir və bir gün kəsiləcəyi ehtimalı var.

Prezident Zelenskinin vəziyyəti isə o qədər də ürəkaçan deyil. “Bild” yazır ki, orduda prezident əleyhinə əhval-ruhiyyə yaranmağa başlayıb. Buna, ölkə başçısı ilə Silahlı Qüvvələrin Baş komandanı general Valeri Zalujnı arasında yaranan narazılıq da səbəb olur. Hər şeyin kökündə isə Qərbin vaxtında lazımi yardım göstərməməsi və ordunu məğlub duruma salması durur.

Adamın yadına dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin 165 il əvvəl yazdığı “Aldanmış kəvakib” satirik povesti düşür.

Zelenski həqiqətənmi aldanmış kəvakib seçilib?

Müəllif: Səlim Əzizoğlu - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru