“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                 

NATO-nun müharibə qorxusu - Müharibə və utanc arasında seçim
Tarix: 8-04-2024, 00:02 | Çap et
NATO-nun müharibə qorxusu
NATO bloku özünün yubileyinə çox gərgin və demək olar ki, mövcudluğunun həlledici məqamında yaxınlaşır. 75 illik tarixi olan NATO indi Vladimir Putinin Ukraynaya qarşı təcavüzü fonunda xarici deyil, daxili təzyiqə məruz qalmaqdadır.

1949-cu ildə ABŞ və Qərbi Avropa ölkələri tərəfindən yaradılmış NATO blokunun məqsədi SSRİ-nin mümkün təcavüzü qarşısında bu ölkələri birləşdirmək idi. NATO effektivliyinə görə unikal ittifaq oldu ki, bu, təkcə hərbi əməkdaşlıq və kollektiv müdafiə üçün deyil, həm də Avropa və Amerikanı siyasi və hətta mədəni əlaqələrlə möhkəm birləşdirdi.

NATO bir çox çağırışlara tab gətirdi, lakin Sovet İttifaqının dağılmasından və Varşava Müqaviləsi tarix olandan sonra Alyans, bildiyimiz kimi, birbaşa düşmənsiz qaldı və bir çoxlarının fikrincə, öz mənşəyini itirdi.

1990-cı illərdə NATO-nun ləğvi məsələsi ortaya çıxdı, o zaman Rusiya rəhbərliyi bu ideyanı böyük həvəslə irəli sürməyə çalışdı. Və bəyan etdi ki, Avropanın özünün təhlükəsizlik təşkilatı - bütün Avropa dövlətləri və ABŞ-ın daxil olduğu ATƏT var. Rusiya da daxil olmaqla, ümumi, kollektiv və bölünməz təhlükəsizlik sisteminin əsasına bu təşkilat çevrilə bilər. Ancaq siyasi deyil, bürokratik ətalət sayəsində NATO sağ qaldı. Blok daha geniş təhlükəsizlik sahəsində problemlərin həllində, xüsusən kibercinayətlərlə, yeni çağırışlar və təhdidlərlə və s. mübarizədə “özünü saxladı”. Sonra NATO ölkələrinin iştirak etdiyi Yuqoslaviya müharibəsi baş verdi və iki dəfə Slobodan Miloşeviçin simasında Serbiya qüvvələri sülhə məcbur edildi.

Vladimir Putin Rusiyada hakimiyyətə gəldikdən və 2000-ci illərin ikinci yarısında Qərblə əvvəlki sovet qarşıdurmasının bərpasına doğru kifayət qədər açıq-aşkar dəyişiklik olduqdan sonra NATO ürəkləndi və onların mövcudluğunun mənasının qaldığını anladı. Bundan əlavə, Şərqi Avropa ölkələri də Alyansa üzv olmağa can atırdılar, bunu öz təhlükəsizliyinin və müstəqilliyinin qorunub saxlanmasının əsas bazası hesab edirdilər. Ukrayna indi də eyni mövqedən çıxış edir, Alyansa bir növ universal qoruyucu mexanizm kimi baxır.

Bununla belə, NATO-nun belə etibarlı təhlükəsizliyin təminatçısı olduğuna dair bütün ümidlər əslində yalnız bir mülahizəyə əsaslanır, yəni Birləşmiş Ştatlar blokun əsas hərbi qüvvəsi kimi müttəfiqlik öhdəliyinə sadiq qalaraq hər an hazır olacaq, Avropa ölkələrinin köməyinə gələcək.

Bu üstüörtülü anlaşma 2022-ci ilə qədər davam etdi. O zaman birdən məlum oldu ki, təcavüzkarda müəyyən həyasızlıq və cəsarət varsa, hətta ilk hərbi güc belə, əslində başqa bir nüvə dövləti ilə mümkün qarşıdurma qorxusu ilə iflic vəziyyətinə düşür.

Bəlli oldu ki, Vaşinqton təcavüzə məruz qalmış və ABŞ-ın özünün müəyyən təhlükəsizlik təminatları verdiyi ölkəyə yardım naminə nəinki əsgərlərini, hətta anbarlarındakı sahibsiz silahları belə qurban verməyə tam hazır deyil. Məlumdur ki, 2022-ci ilin yazında Ukraynanın məğlubiyyəti qaçılmaz görünəndə məhz ABŞ Şərqi Avropa ölkələrinə təzyiq göstərərək onlardan Ukraynaya heç bir silah, ilk növbədə onların MiQ-29 qırıcılarını ötürməmələrini tələb edib. Hansı ki, Kiyevin buna çox ehtiyacı vardı. Ardıcıl üçüncü ildir ki, Birləşmiş Ştatlar həddindən artıq qərarsızlıq və sadə dillə desək, Rusiyadan qorxu nümayiş etdirir - bu qorxu Vaşinqtonun “dünya liderliyi” iddialarına uyğun gəlmir.

Eyni zamanda, hazırda Bayden administrasiyası özünü axmaq vəziyyətə salıb, ləngliyi və qorxusu ucbatından Ukraynanı 2022-ci ildə və ya ən azı 2023-cü ildə işğalçıya qəti məğlubiyyət yaşatmaq üçün kifayət qədər vəsait vermədi, administrasiya özünü Donald Trampın eqoist kursunun girovuna çevirdi. Bu, öz maraqlarına uyğun olaraq, Baydenin Ukraynaya yeni silahlar verməsinin qarşısını alır və bununla da, əslində Ukraynanı açıq-aşkar məğlubiyyət perspektivinə məhkum edir. NATO-nun əsas üzvü və onun müdafiə qabiliyyətinin təminatçısı olan dövlətin tərəfdaşlarına münasibəti göz qabağındadır.

Həm ABŞ-ın, həm də Almaniya kimi digər NATO ölkələrinin NATO-nun heç bir halda Rusiya ilə müharibəyə cəlb edilməməsi ilə bağlı ritorikası NATO liderlərinin adi rahatlıqlarını itirmək ehtimalı qarşısında hiss etdikləri panikadan xəbər verir. Və burada sual yaranır - əslində təcavüzə qarşı kollektiv müdafiəni təmin edə bilməyən müdafiə bloku nəyə lazımdır? Əgər hər hansı bir müharibədən bu qədər qorxursunuzsa, o zaman müdafiə bloku əvəzinə kollektiv təslim bloku yaratmalı və bunu açıq elan etməlisiniz. O zaman müharibə təhlükəsi aradan qalxacaq! İstənilən potensial təcavüzkar, istər Putin, istər Si Cinpin, istər Taliban, istərsə də İŞİD sizi öz qaydalarına uyğun dinc yaşamağa məcbur edəcək.

NATO-da eşidilən Fransa Prezidenti Emmanuel Makronun mövcud reallığı qəbul edib qəti addımlara başlamağın, ona qarşı istənilən təcavüzü boğmağa hazır olmağın vaxtı gəldiyi barədə səsi okeanın hər iki tərəfində qəzəbli səslərin uğultusu ilə qarşılaşdı.

Həm Şərqi Avropada, həm də “Qlobal Cənub” ölkələrində ciddi sual verirlər - Rusiya diktatoru NATO ölkəsinə hücum etsə, nə baş verəcək? Alyansın digər üzvləri təcavüz qurbanına kömək edəcəkmi? Vaşinqton müqaviləsinin 5-ci maddəsi işə salınacaqmı? Bu gün bu məğlubiyyət ritorikasının işığında yüksək dərəcədə əminliklə deyə bilərik ki, belə bir şey olmayacaq. NATO ölkələrindən heç biri əsl müharibənin qorxusundan təcavüz qurbanına kömək etməyəcək.

NATO-da düşüncə ətaləti, rahatlıq vərdişi və dəyişmiş reallıqları qəbullanmaq istəməməsi qaçılmaz siyasi, bəlkə də, hətta tarixi məğlubiyyətə gətirib çıxaracaq. Təəssüf ki, biz hələ Avropanın siyasi üfüqündə reallığı aydın dərk edəcək və yeni çağırışlara cavab vermək üçün fəal addımlar atacaq qüvvələr və siyasətçilər görmürük.

Hələlik biz ancaq özbaşınalıq və NATO rəsmilərinin səriştəsizliyini nümayiş etdirən bəyanatlar eşidirik. Xüsusilə, NATO-nun Ukraynanı məhz Rusiya ilə müharibə qorxusuna görə öz sıralarına dəvət etməyəcəyi ilə bağlı son xəbərlər bunu açıq şəkildə təsdiqləyir.

Uinston Çörçilldən sonra təkrar-təkrar söyləmək olar: “Müharibə və utanc arasında seçim etməli olacağıq və qərarın nə olacağına şübhəm yoxdur".

Əgər Qərb liderləri öz illüziyalarında israr etməkdə davam edərlərsə, NATO çox güman ki, növbəti əlamətdar ildönümünü görə bilməyəcək.

Müəllif: Boris Bondarev - İstefada olan diplomat, silahların yayılmaması, tərksilah və silahlara nəzarət üzrə ekspert.

Mənbə: Moscowtimes.ru
Tərcümə AYNA-ya məxsusdur









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru