USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                     Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi .....                     "Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" .....                     Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! .....                     Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub .....                     “Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir .....                     Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib .....                     AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır .....                     "İndi amerikalılar özləri etiraf edirlər ki..." .....                     “ForFinance” adlı BOKT yaradıldı .....                     Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib .....                     Litva şirkəti Azərbaycan bazarından gedir .....                     Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI .....                     Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? .....                 

Moldova üçün “Kreml layihəsi” işə düşdü - Qaçaq oliqarx çevriliş hazırlayır
Tarix: 24-04-2024, 08:18 | Çap et
Moldova üçün “Kreml layihəsi” işə düşdü
Moldovalı qaçaq oliqarx İlan Şor Moskvada başçılıq etdiyi Şor Partiyasının qurultayında “Qələbə-Viktoriya” siyasi blokunun yaradıldığını bəyan edib. "Kommersant" xəbər verir ki, blok Moldovada keçiriləcək prezident seçkilərinə və Avropa İttifaqına üzvlüklə bağlı referenduma hazırlaşacaq.

Moldovada Şor Partiyası ötən ilin yayında Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edilib və ölkənin hazırkı avropayönlü hakimiyyətinin nümayəndələri Moskvada Şor tərəfdarlarının qurultayını “utanc” adlandırırlar.

Mühacirətdə olan oliqarxın özü bazar günü Moskva mehmanxanasında keçirilən qurultayı “Moldova müxalifətinin birləşməsinə həsr olunmuş tədbir” kimi qiymətləndirib. Tədbirdə çıxış edən Şor iştirakçıların “məsuliyyəti öz üzərinə götürməyə və yoxsulluğu, məğlub etməyə hazır olduğunu” söyləyib. Oliqarx həmçinin “Moldovada gələcək qurmağa” hazır olduğunu qeyd edib və Rusiya ilə dostluqda, tərəfdaşlıqda alternativ görmədiyini qeyd edib.

Bu strukturu və onun siyasətçilərini Rusiyanın maraqları naminə ölkədəki sabitliyi pozmağa cəhd etməkdə ittiham edən hökumətin tələbi ilə Moldovada Şor Partiyasının fəaliyyəti qadağan edilib. Moldovada iş adamı İlan Şor bank fırıldaqlarında iştirak etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Şor ittihamları rədd edir və onları partiyasının Kişinyovda keçirdiyi “etirazların qisası" adlandırır.

Aprelin 21-də Moskvada keçirilən qurultayda İlan Şor bildirib ki, onun yeni təşəbbüsünün məqsədi payızda keçiriləcək prezident seçkilərində hakimiyyətə gəlməkdir. Bununla yanaşı oliqarx prezidentliyə namizədlərinin kim olacağını açıqlamayıb. Qadağan olunmuş Şor Partiyasının lideri həmçinin bildirib ki, hazırkı hökumətin dövründə Avropa İttifaqı ilə yaxınlaşmanın Moldova xalqına heç bir faydası olmayacaq, çünki Avropaya “bu gün qəsbkarlar və qeyri-peşəkarlar rəhbərlik edir”.

İlan Şor ona əlavə olaraq Moldovanın tərkibində muxtar ərazi qurumu olan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul və Moldova Parlamentinin üzvü Marina Tauberin də daxil olduğu yeni siyasi blokun rəhbərliyini təqdim edib.

Kişinyovda hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sözçüsü Adriana Vlas “Newsmaker” portalına deyib ki, Moldova siyasətçiləri “bütün dünya Kremli Ukraynadakı vəhşi müharibəyə görə qınayanda” Moskvada olmaqdan “utanmırlar”.

Moldovanın infrastruktur naziri Andrey Spinu Moskvada baş verən qurultayı şərh edib və yeni birləşməni “mütəşəkkil cinayətkar blok” adlandırıb.

“Bütün ölkə Moskvada vətən xainlərini gördü. Düşünürəm ki, Moskvada “Pobeda” mütəşəkkil cinayətkar blokunun yaradıldığını açıq şəkildə deyə bilərik. Moskvada, Kremlin yanında seçki bloku yaratmaqla kimin üçün işlədiklərini, kimə xidmət etdikləriniaçıq şəkildə bildirmiş oldular. Lakin onların heç də hamısı cinayət yerində - yəni Moskvada yox idilər. Bəziləri hələ də Kişinyovda hər cür əclaflıqların arxasında gizlənir. Biz yaxın bir neçə ildə onlardan qurtulmalıyıq”, - infrastruktur naziri “Facebook”da yazıb.

Qeyd edək ki, Şor Partiyasının Moskvadakı tədbiri və görüş digərləri ilə yanaşı, rusiyalı müğənni Nikolay Baskovun da çıxış etdiyi konsertlə başa çatıb. Media, xüsusən “Novaya Gazeta Europe” Filip Kirkorovun da səhnəyə çıxdığı haqqında yazıb. “Azadlıq” radiosunun Moldova xidməti qeyd edir ki, qurultay iştirakçıları Rusiyanın Ukraynaya təcavüzü barədə danışmaqdan yayınıblar.

Xatırladaq ki, Moldovada qadağan olunmuş Şor Partiyasının üzvləri Moldovanın Avropaya inteqrasiyasının qarşısını almaq və ölkəni Avrasiya İqtisadi İttifaqına (Aİİ) yönəltmək məqsədi daşıyır. Oliqarx İlan Şor 2019-cu ildə Moldovadan qaçıb və dörd ildən çox İsraildə gizlənib. Moldova Baş Polis Müfəttişliyinin məlumatına görə, Şor fevralın 25-dən Moskvada daimi yaşayır. Əvvəllər Rusiya cinayət törətmiş şəxslərin ekstradisiyası haqqında müqaviləyə baxmayaraq, onu Kişinyova təhvil verməkdən imtina edib.

Şorun tərəfdarlarının Moskvada toplaşdığı ilk görüş aprelin 3-də baş tutub və üç gün sonra siyasətçi məqsədini açıqlayıb - Moldovanın Aİ və NATO-ya daxil olmasının qarşısını almaq üçün hər şeyi etmək. Oliqarx ölkənin gələcəyini “Rusiya, MDB və Aİİ ilə məhsuldar qarşılıqlı fəaliyyətdə” görür.

Moldovalı analitik, “WatchDog” ekspertlər assosiasiyasının icraçı direktoru Valeriu Paşa hesab edir ki, 2022-ci ildən Kişinyovda hökumət əleyhinə etiraz aksiyaları təşkil edən Şor “minimum proqramı yerinə yetirib” və İsraildən Moskvaya köçmək şəklində Kremlin “mükafatına” layiq görülüb: “Ona Moskvada sakit həyat vəd edilmişdi. Və onun üçün maksimum proqram iğtişaşlar və vətəndaş müharibəsi də daxil olmaqla, Rusiyayönlü qüvvələr tərəfindən Moldovada siyasi hakimiyyətin ələ keçirilməsidir”.

Aprelin əvvəlindən Moldova daxilində Şor Partiyasının rayon təşkilatları fəallaşıblar. Moldovanın Qaqauz muxtariyyətinin oliqarxla əlaqəsi olan rəhbəri Yevgeniya Qutsul əvvəlcə Dirçəliş Partiyasının liderləri - parlamentin ən böyük müxalifət partiyasından İlan Şorun partiyasına keçmiş deputatlarla görüşüb. Aprelin 8-də isə Qutsul Moldova Parlamentində “Şor komandasının beş deputatı” ilə iş görüşməsinə dəvət edilib və burada Qaqauziya rəhbəri Moldovanın Aİ-yə daxil olmasına qəti “yox” deməyə çağırılıb. Deputatlar Qaqauziyaya dəstək vəd edib və əmin ediblər ki, “əsl tərəqqi yalnız Rusiya ilə sıx əməkdaşlıq şəraitində mümkündür”.

Siyasi partiyanın qeyri-qanuni maliyyələşdirilməsində şəriklik və 2021-ci il seçkiləri ilə bağlı maliyyə hesabatını saxtalaşdırmaqda 6 aydan artıqdır ki, mühakimə olunan Marina Tauber bundan əvvəl Moskvada İlan Şor tərəfdarlarının qurultayında çıxış edənlərdən biri olub.

Valeriu Paşa qeyd edir ki, rusiyayönümlü qüvvələr ölkə Prezidenti Maya Sandunun Moldovanın Aİ-yə daxil olmasına rəhbərlik edəcəyi təqdirdə ehtimal olunan müharibənin başlanacağına dair təbliğatı gücləndiriblər: “Bu təbliğatın heç bir əsası yoxdur. Ancaq rusdilli vətəndaşlara belə məlumatlar təsir göstərir”.

Ekspertlər Moldovada payızda keçiriləcək prezident seçkilərində Şor Partiyasının namizədinin rusiyayönlü olan hansı siyasətçi olacağını söyləməyin hələ tez olduğu fikirindədirlər. Amma Qaqauziya rəhbəri Qutsulun namizəd ola biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Qutsul bir ay ərzində iki dəfə Moskvaya səfər edib və hətta Vladimir Putinlə görüşüb, şəkil də çəkdirib. Qutsul İlan Şorun vəd etdiyi əlavə ödənişləri köçürmək üçün Qaqauziyanın pensiyaçılarına və dövlət qulluqçularına “Mir” bank kartları verməyə razılaşıb və Moldovanın Rumıniya ilə hipotetik birləşməsi halında Rusiyadan kömək istəməsi barədə qalmaqallı açıqlama verib.

Qayıdandan sonra Qaqauziya Xalq Assambleyasının vitse-spikeri Aleksandr Tarnavski bildirib ki, İlan Şor Kişinyovda hökuməti devirmək üçün muxtariyyətin indiki rəhbərliyindən istifadə edir. Bununla belə, ekspertlər Qutsulu “diqqəti yayındırmaq üçün saxta hədəf” adlandırır. Onu da nəzərə almaq lazımdır ki, aprelin 10-da Yevgeniya Qutsul Moldovada siyasi partiyanı qanunsuz maliyyələşdirməkdə ittiham olunub.

Valeriu Paşa qeyd edir ki, Qutsulun yaşına görə hələ prezidentliyə namizəd olmaq hüququ yoxdur: “Lakin uzunmüddətli perspektivdə Qutsul Moskvanın əsas adamına çevrilə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Litva şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:06
Rusiya ilə sərhəddə əməliyyatların SENSASİON PƏRDƏARXASI - NƏ BAŞ VERİR?
Bu gün, 10:01
Talıbovla bağlı BÖYÜK SİRR: Kürsüsü niyə BOŞ QALIB? - SƏN DEMƏ...
Bu gün, 09:56
Günün fotosu: - Uçmağa var qanadım...
Bu gün, 09:54
Çörəyin qiymətini ucuzlaşdırmaq mümkündür - TƏKLİF VAR...
Bu gün, 09:44
SOCAR-ın dənizdəki bəzi işçiləri TƏXLİYYƏ OLUNDU
Bu gün, 09:37
"Başçıya demişik... amma nə olsun..." - GİLEY
Bu gün, 09:36
Şantaja görə həbs olunan sayt rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 09:23
Azərbaycanı onlar ŞİKAYƏT EDİB - Elə məlumatlar AÇIQLANDI Kİ...
Bu gün, 09:19
Ağstafada hərbçilər dəm qazından zəhərləndi
Bu gün, 09:17
Ermənistan Azərbaycanın şərti ilə artıq razılaşıb - İNCƏLƏMƏ
Bu gün, 09:14
Hacı Qalib SÜKUTU POZDU... - “İstəyirdilər mənə qarşı belə bir şey etsinlər”
Bu gün, 09:13
Sərhəddəki görüntülər SÜLHÜN XƏBƏRÇİSİ DEYİL - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru