Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                 

Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da - NƏ BAŞ VERİR?
Tarix: 13-12-2024, 08:44 | Çap et
Hər kəs “Gürcü Arzusu”na qarşı: müxalifət də, Avropa da, şərabçılar da
Gürcüstanda hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının siyasətinə qarşı, eyni zamanda, ölkədə yeni parlament seçkiləri tələbi ilə keçirilən etiraz aksiyaları genişlənməkdədir. Bu dəfə Gürcüstan şərabçıları, şərab tənqidçiləri və gidləri, şərab barları və mağazalarının işçiləri işlərini dayandırdıqlarını və sabah etiraz aksiyasına çıxacaqlarını bildiriblər. Aksiyanın şüarı isə belədir: “Gürcü şərabının yeri Avropadır!”.

“Biz həmkarlarımıza və onların ailələrinə qarşı vətəndaş mövqelərinə görə fiziki zorakılığı və qeyri-insani rəftarı qəti şəkildə pisləyirik. Biz rejimin artıq açıq elan edilmiş siyasətinə etiraz edirik. Bu siyasətin nəticəsində Gürcüstan Avroatlantik məkana inteqrasiya imkanını itirir. Bu, həm üzümçülük və şərabçılıq sənayesi, həm də bütövlükdə dövlətçiliyimiz və mədəni kimliyimiz üçün ekzistensial təhlükə yaradır. Gürcü şərabı, min illər əvvəl olduğu kimi, yenidən öz sivilizasiya mühitinə - Avropa ailəsinə yol tapmalıdır!", - deyə şərabçıların bəyanatında deyilir.

Ekspertlər hesab edirlər ki, şərabçıların dəstəyini itirmək Gürcüstan hökuməti üçün yaxşı siqnal deyil. Bununla yanaşı, siyasi strateqlərin qənaətincə, hakim “Gürcü Arzusu” zorakılıq tədbirləri ilə nə xalqın etirazlarının qarşısını ala biləcək, nə də Avropa ilə danışıqlarda müsbət nəticələr əldə edə biləcək.

Məsələn, bu gün Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Aİ təsisatlarının yeni rəhbərlərinin “sözdən əmələ keçmək” əzmində olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət dekabrın 16-da Aİ xarici işlər nazirlərinin görüşündə, daha sonra isə Aİ Şurasının iclasında müzakirə olunacaq.

“Biz Gürcüstandakı hadisələrdən çox narahatıq. Aİ təsisatlarının yeni rəhbərliyi altında danışmağı dayandırmaq və fəaliyyətə başlamaq üçün güclü öhdəlik var”, Qerçinski vurğulayıb.

Diplomat deyib ki, Brüsseldə Gürcüstanla bağlı müxtəlif tədbirlərin razılaşdırılması üçün danışıqlar aparılır: “Ümid edirəm ki, 27 üzv dövlət konkret tədbirlər haqqında razılığa gələ bilər. Bütün variantlar masanın üstündədir. Bazar ertəsinə qədər gözləyək. Bütün variantlar, o cümlədən konkret pasport sahibləri üçün vizasız rejimin dayandırılması və ən əsası sanksiyalar nəzərdən keçiriləcək”.

Eyni zamanda, diplomatın sözlərinə görə, onlar “gürcü xalqına zərər vermək və onları cəzalandırmaq istəmirlər”.

“Bu insanlar hər axşam küçələrə çıxaraq Gürcüstan və Aİ bayraqlarını dalğalandırırlar. Məqsədimiz onları cəzalandırmaq deyil, bizim məqsədimiz hakimiyyətə güclü siqnal verməkdir ki, onların son aylarda seçdikləri yolun, xüsusən də son günlər etirazçılara qarşı amansız rəftarın qəbuledilməz olduğunu bildirək”.

Səfir Tiflisdə Avropayönlü mitinqlərin zorla dağıdılmasını pisləyib. Qerçinski haqsız yerə həbs edilənlərin azadlığa buraxılmasına və etirazçılara hücumlara görə məsuliyyət daşıyanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırıb.

Xatırladaq ki, Gürcüstanda 15-ci gündür ki, genişmiqyaslı etiraz aksiyaları keçirilir. Paytaxt Tiflisdə və ölkənin digər şəhərlərində insanlar hakimiyyətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilə qədər təxirə salmaq qərarına etiraz edirlər. Səlahiyyətlilərin məlumatına görə, son iki həftə ərzində 400-dən çox adam saxlanılıb. Onlardan üç nəfərə qarşı cinayət işi başlanıb.

Tiflisdə hökumət əleyhinə keçirilən çoxminlik aksiyalar dəfələrlə xüsusi təyinatlılar tərəfindən dağıdılıb. Etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə edilib. Polis xaotik həbslər həyata keçirib. Hüquq müdafiəçiləri bildirirlər ki, təhlükəsizlik qüvvələri əsasən dinc nümayişçiləri döyüb və həbs ediblər. İctimai müdafiəçilərin sözlərinə görə, həbs olunanların 65 faizə qədəri polis tərəfindən pis rəftar edildiyini bildirib. İstintaq təcridxanalarına və xəstəxanalara baş çəkən 352 nəfərdən 157-si xəsarət alıb. Bütün bunlara ötən həftə hakimiyyətlə əlaqəli olduğu iddia edilən aqressiv qruplar da əlavə edilib. Qoluzorlu şəxslər parkların qaranlıq hissələrində jurnalistləri və nümayişçiləri döyüblər. Hakimiyyətin əleyhdarları faktlarla bağlı aparılan araşdırmaların formal xarakter daşıdığını bildirirlər. Hələ də saxlanılan təhlükəsizlik qüvvələri əməkdaşı yoxdur.

Gürcü müxalifəti isə Gürcüstanda yeni prezident seçkilərini boykot etdiyini bəyan edib. Onlar bu yaxınlarda toplanmış parlamenti qeyri-legitim hesab edirlər. Hakimiyyətin əleyhdarları Salome Zurabişvilini yeganə legitim dövlət başçısı elan ediblər.

“Yeganə legitim dövlət qurumu Gürcüstan Prezidentidir... Biz qondarma qurumu tanımırıq. Dekabrın 14-nə təyin edilmiş sözdə prezident seçkiləri Bidzina İvanişvili tərəfindən oğurluq səslərlə qazandığı parlamentin nə beynəlxalq aləmdə, nə də ölkəmizdə ictimai-siyasi legitimlik qazanıb. Qeyri-legitim parlamentin Prezident seçmək səlahiyyəti yoxdur. Ona görə də Salome Zurabişvili Gürcüstanın Prezidenti, Gürcüstan ordusunun Ali Baş Komandanıdır. Xanım Zurabişvili həmçinin ölkənin xarici əlaqələr üzrə ali nümayəndəsi olaraq qalır”, - müxalifət partiyalarının birgə bəyanatında qeyd olunub.

Müxaliflər hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu yeni parlament seçkilərinin təyin edilməsidir. Müxalifət həmçinin son iki həftə ərzində Avropayönlü mitinqlərdə saxlanılan bütün vətəndaşların azad edilməsini tələb ediblər.

Bəyanatı “Birlik - Milli Hərəkat”, “Dəyişiklik və Güclü Gürcüstan üçün Koalisiya” imzalayıb. Oktyabrın 26-da keçirilən seçkilərdən sonra parlamentə daxil olan dördüncü siyasi qüvvə olan “Gürcüstan üçün Qaxariya” Partiyası ayrıca bəyanat yayıb. Partiya həmçinin yeni prezidentin “qeyri-qanuni seçilməsi prosesində iştirak etmədiklərini” və “de-fakto qeyri-legitim parlamentin qərarlarını tanımadıqlarını” vurğulayıb.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də parlamentdə keçiriləcək. İlk dəfə olaraq dövlət başçısı ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiya vasitəsilə seçiləcək. Yeganə namizəd hakim “Gürcü Arzusu” tərəfindən irəli sürülən sabiq futbolçu Mixail Kavelaşvili olub.

Seçki günü müxalifət partiyaları parlament qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) etirazçıların seçkiləri pozmağa çalışacaqlarını iddia edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru