Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                 

Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Tarix: 21-12-2024, 03:06 | Çap et
Suriyanın “açarı” kimdədir?
Suriyada Bəşər Əsəd rejiminin devrilməsi, dünya gündəminin də dəyişməsinə səbəb oldu. Vəziyyəti rəğbət və sevinclə qarşılayan ölkələr olduğu kimi, Əsəd rejiminə dəstək verən azsaylı ölkələr də mövcuddur.

Əsəd rejiminin siyasətindən ən çox zərər görən ölkə isə Türkiyə olub. İstər PKK ilə mübarizə, istərsə də 3 milyon suriyalının müharibədən qaçqın düşüb Türkiyəyə sığınması bu zərərin hələ görünən tərəfləridir.

Bir neçə gün öncə ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan böhranın həllinə dair razılığa gəliblər və Suriyada keçid hökuməti formalaşdırılacağı bildirilib. Yeni hökumətin fəaliyyət istiqamətləri isə ilk növbədə qadınların, o cümlədən etnik və dini azlıqların hüquqlarının müdafiəsini özündə ehtiva edəcək.

Yaranmış şəraitlə bağlı ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp da mövqe bildirib. O deyib ki, Suriyadakı qeyri-müəyyənliklərin həllində açar ölkə Türkiyədir: “Bölgədəki son vəziyyətin necə olacağını və qalib ölkənin kim olacağını heç kim bilmir. Amma məncə bu, Türkiyə olacaq”.

ABŞ-nin bölgədə Türkiyə ilə birgə işləyə biləcəyini ifadə edən Tramp Suriyadakı 900 amerikalı hərbçinin gələcək taleyi ilə bağlı məsələyə aydınlıq da gətirib. Bildirib ki, bunun başqa bir yolu olmalıdır. Bunlardan biri də Türkiyədir: "Türkiyə böyük bir hərbi gücə malikdir. Və bu güc müharibələrdə zəifləmədi. Çox güclü bir dövlət və ordu qurdu".

Onu da qeyd edək ki, ABŞ vaxtı ilə PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-yə gizlicə daşınan zenit-raket kompleksləri verib.

Bəs ABŞ-nin mövqeyinin dəyişməsinin əsas səbəbi nədir? Suriyanın taleyini həll edən əsas ölkə həqiqətənmi Türkiyədir?

Politoloq Elxan Şahinoğlu Pressklub.az-a açıqlamasında bildirib ki, Əsəd rejiminə qarşı əsas mübarizə aparan ölkə məhz Türkiyə olub: “Türkiyə bu illər ərzində səbirlə öz mövqeyini qorudu və sonunda Əsəd rejimi süquta uğradı. Rusiya və İran da Əsədə dəstək verərək, nəticədə Suriyanı itirdilər. Amma bu o demək deyil ki, hakimiyyəti faktiki ələ keçirənlərin arxasında Türkiyə dayanır. Türkiyənin əsas iki istəyi var. Suriyanın ərazi bütövlüyü təmin edilsin və oradakı terrorçu qruplaşmalar ortadan qaldırılsın. Əsasən də söhbət PKK-dan gedir”.

E.Şahinoğlunun fikrincə, qarşıdakı mərhələdə Türkiyə Suriyaya dəstəyini artıracaq. Suriyanın yenidən qurulmasında, Konstitusiyanın formalaşmasında, bələdiyyələrin qurulmasında Türkiyə təcrübəsindən istifadə edilə bilər: “Suriyalı qaçqınların sayı isə türk mənbələrinə görə, 3 milyona yaxındır. Onların bir hissəsi geri qayıdıb. Bu da Türkiyə üçün vacib amillərdən biridir, çünki suriyalılar Türkiyə üçün müəyyən qədər yük idi, Türkiyə onlara müəyyən məbləğdə vəsait xərcləyirdi. Amma burada da Türkiyə uduşlu vəziyyətdədir. Oradan qayıdan suriyalılar türk dilini mükəmməl öyrəniblər. Onlar faktiki Suriyada Türkiyənin lobbisinə çevriləcəklər”.

Politoloqun fikrincə, ABŞ uzun müddət Suriyada PKK və ona bağlı YPG və PYD-ni dəstəkləyib, amma bəhanələri də var idi ki, onlar İŞİD-ə qarşı mübarizə aparırlar: “Faktiki olaraq, Suriyada İŞİD qalmayıb, bu təşkilat çox zəiflədi. Türkiyə də ABŞ-yə bildirir ki, İŞİD varsa, biz də onlara qarşı mübarizə aparacağıq. PKK-nın varlığına və ABŞ-nin dəstəyinə ehtiyac yoxdur. PKK-nın nəzarət etdiyi ərazilərdə də etirazlar artıb”.

Müsahibimiz bildirir ki, artıq PKK bir neçə şəhəri boşaltmaq məcburiyyətində qalıb, amma Suriya ərazisindən PKK tam çıxmayana qədər Türkiyə mübarizəsini davam etdirəcək. Alternativ isə budur ki, ya onlar tərksilah olmalıdır, ya da İraq və İran ərazisinə keçməlidirlər: “Dəməşqi ələ keçirən qüvvə də bəyan edib ki, artıq müharibə bitib. Suriyadakı bütün silahlı qüvvələr silahını təhvil verməlidir. PKK təhvil verməsə, ona qarşı mübarizə daha da şiddətlənəcək və ABŞ da artıq onları müdafiə edə bilməyəcək. Tramp yanvarın 20-də andiçmədən sonra vəzifəsinin icrasına başlayacaq. O, bölgədə Türkiyənin artan rolunu qəbul edib. Suriya ərazisində təxminən 800-900 ABŞ hərbçisi qalıb. Tramp onların bir hissəsini geri çağıracaq. Trampın özü üçün də PKK-ya dəstəyin heç bir mənası yoxdur”.

Digər müsahibimiz, politoloq Xaqani Cəfərlinin sözlərinə görə, ABŞ və Türkiyənin Suriya böhranının həllinə dair razılığa gəlməsi, yeni hökumətin etnik və dini azlıqların hüquqlarını müdafiə edəcəyi ilə bağlı fikirləri həddindən artıq nikbin dəyərləndirmə hesab edir: “Münaqişələr, xüsusilə də Yaxın Şərqdə münaqişələr belə asan həll olunsaydı, dünya cənnət olardı. Yaxın Şərqdə etnik və dini azlıqların dinc yanaşı yaşaması, qadın hüquqlarına hörmət edilməsi üçün bölgədə mədəniyyət inqilabı baş verməlidir. Bu inqilabın ilkin işartıları belə yoxdur. Məncə, qarşıdakı 100-150 ildə Yaxın Şərqdə etnik və dini azlıqların birgə yaşaması, qadın hüquqlarına hörmət edilməsi mümkün görünmür”.

Politoloq deyir ki, Trampın açıqlamaları onu göstərir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Yaxın Şərqdə nə baş verdiyindən tam xəbərsizdir. Türkiyənin açar ölkə olacağı ilə bağlı fikirləri də bu qəbildəndir. Türkiyə və Azərbaycanda da belə eyforiya var, ancaq bunlar reallıqlara uyğun deyil.

“Suriyanın bərpası üçün 300 milyard dollar lazımdır. Türkiyənin Suriyanın bərpası üçün ayıra biləcəyi 3 milyard dolları da yoxdur. Həmin 300 milyard dolları hansı dövlət ayıracaqsa, Suriyanın açarı da həmin ölkədə olacaq. Bu vəsait olmayacaqsa, Suriya Livandan da pis vəziyyətə düşəcək və dağılacaq. Suriyada Türkiyənin maraqları İsrail və əksər Qərb dövlətləri ilə yanaşı, ərəb coğrafiyasının aparıcı ölkələrinin maraqları ilə də üst-üstə düşmür. Ona görə də Suriyada Türkiyəni uğurdan çox problem gözləyir. Artıq bunun ilk əlamətləri də özünü büruzə verməyə başlayıb” – politoloq fikrini belə yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru