Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Tarix: 24-12-2024, 17:04 | Çap et
Böyük dövlətlərin Afrika qitəsi uğrunda mübarizəsi davam edir. Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə, Rusiya və Çin Afrika ölkələri ilə əməkdaşlığı ildən-ilə genişləndirməyə çalışırlar. Bu dövlətlərin içərisində geridə qalan Fransadır. Baxmayaraq ki, Paris uzun illər Afrikada siyasi və hərbi maraqlarını qorumağa çalışıb. Ancaq son bir neçə ildə Afrika ölkələri ard-arda Fransanın nəzarətindən çıxıblar. Afrika ölkələrində dəyişən hakimiyyətlər Fransanın koloniyası olmaq istəmirlər. Afrikada yaranan boşluğu daha çox Çin doldurmağa çalışır. Afrika Pekin üçün Çin sərhədlərindən kənarda hərbi və təhlükəsizlik strategiyası baxımından kritik arenaya çevrilib. Çinin Cibutidə hərbi bazasının yaradılması və 53 Afrika ölkəsini əhatə edən Çin-Afrika Əməkdaşlıq Forumunun fəaliyyəti Pekinin strateji hədəflərindən xəbər verir. Çin Xalq Azadlıq Ordusu Birləşmiş Millətlər Təşkilatının 17 sülhməramlı missiyasını əhatə edən 2000-ə yaxın əsgəri ilə Afrika sahillərində piratçılığa qarşı mübarizə aparır. Çinin Afrikanın bir sıra ölkəsində, o cümlədən Ekvatorial Qvineya, Anqola və Atlantik sahilindəki Namibiyada əlavə hərbi bazalar yaratmaq barədə planları var. Çin Afrika dövlətləri, o cümlədən onların hərbi liderləri üzərində təsirini gücləndirib, çoxtərəfli forumlar və hərbi təhsil proqramları vasitəsilə bu ölkələrə silah satışını artırıb. Bununla belə, artan bu təsir Afrika ölkələrinin suverenliyinə potensial təhlükə ilə bağlı narahatlıqları artırıb. Afrika ölkələri Fransanın təsirindən qurtulub bir başqa ölkənin təsiri altına düşmək istəmirlər. Çinin ucuz kreditləri Afrika ölkələri üçün qaytarılması böyük yük olan borca çevrilir. Çin Xalq Respublikasının Afrika ilə təhlükəsizlik və hərbi əməkdaşlığı onun sərmayələrini və “bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə qurulan infrastrukturunu qorumaqda mühüm amil kimi qiymətləndirilir. Pekin dəfələrlə Afrika ilə hərbi əməkdaşlığın gücləndirilməsi və təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Bu əməkdaşlıq bu layihələrin uğur qazanması üçün lazım olan sabitliyi və təhlükəsizliyi qorumaq üçün vacibdir. Beləliklə, Çinin Afrika dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı iqtisadi maraqlarını qorumaqla yanaşı qitədə və onun ətrafında daha geniş geosiyasi məqsədlərinin olduğunu da üzə çıxarıb. Çin qlobal təsirini genişləndirməyi və beynəlxalq təhlükəsizlik nizamını yenidən formalaşdırmağı hədəfləyib. Bu ilin sentyabrın 4-dən 6-dək Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumunda Çin lideri Si Cinpin bu əməkdaşlığın ölkəsi üçün əhəmiyyətli olduğunu bildirib. Si Cinpin Çinin Afrika ilə əməkdaşlığın və buradakı ölkələrə dəstəyin Pekin üçün əsas prioritetlərdən biri olacağını vurğulayıb. Çinin Afrika qitəsində mökhəmlənməsi Pekinin ABŞ-la qlobal və regional rəqabət strategiyasının bir hissəsidir. Çin Afrika ölkələrinə müxtəlif növ hərbi texnika, o cümlədən təyyarələr, döyüş sursatları, zirehli maşınlar, artilleriya, dronlar, elektron müşahidə sistemləri, raketlər, radar və raketlər təqdim edib. Bunlar Afrika ölkələrinə münasib qiymətlərə satılıb. Çin hərbi satışlarla yanaşı Afrika ölkələri ilə zabit hazırlığı proqramlarını da genişləndirib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, Çin 2019-2023-cü illər arasında 21 Afrika ölkəsinə silah ixracı həyata keçirib. İnstitutun hesabatına görə, hazırda Afrika ölkələrinin hər 10 ordusundan yeddisi Çin hərbi texnikasından istifadə edir.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Bu gün, 23:31 |
|
|
|
• Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Bu gün, 23:29 |
|
|
|
• Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Bu gün, 23:25 |
|
|
|
• USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Bu gün, 22:00 |
|
|
|
• Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Bu gün, 21:55 |
|
|
|
• Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Bu gün, 21:50 |
|
|
|
• Tiktoker "Əfi" həbs olundu
Bu gün, 21:46 |
|
|
|
• Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Bu gün, 21:45 |
|
|
|
• Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Bu gün, 21:42 |
|
|
|
• Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Bu gün, 19:14 |
|
|
|
• Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Bu gün, 19:09 |
|
|
|
• İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Bu gün, 19:00 |
|
|
|
• Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Bu gün, 18:58 |
|
|
|
• Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Bu gün, 18:07 |
|
|
|
• MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 18:01 |
|
|
|
• Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Bu gün, 18:00 |
|
|
|
• "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Bu gün, 17:52 |
|
|
|
• Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Bu gün, 17:47 |
|
|
|
• Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Bu gün, 17:43 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Bu gün, 17:41 |
|
|
|
• Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Bu gün, 17:37 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Bu gün, 17:33 |
|
|
|
• Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Bu gün, 17:27 |
|
|
|
• Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Bu gün, 17:26 |
|
|
|
• USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Bu gün, 17:21 |
|
|
|
• İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Bu gün, 17:12 |
|
|
|
• Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Bu gün, 17:07 |
|
|
|
• Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Bu gün, 17:04 |
|
|
|
• Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Bu gün, 16:54 |
|
|
|
• Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Bu gün, 16:50 |
|
|
|
• Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Bu gün, 16:48 |
|
|
|
• Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Bu gün, 16:38 |
|
|
|
• Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Bu gün, 16:35 |
|
|
|
• Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Bu gün, 16:30 |
|
|
|
• 2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Bu gün, 16:29 |
|
|
|
• 60 yaşlı kişi toyda 2 nəfərin başını niyə kəsmək istəyib? - TƏFƏRRÜAT
Bu gün, 16:26 |
|
|
|
• "Nikol Paşinyana olan ictimai etimad... - tarixi minimuma düşüb"
Bu gün, 16:02 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi gənclər üçün yeni iş imkanları yaradır - DİQQƏT
Bu gün, 15:59 |
|
|
|
• Şimal bölgəsi POLİS NƏZARƏTİNDƏ - ƏMƏLİYYAT VAR...
Bu gün, 15:56 |
|
|
|
• “Lay's” çipslərinin ölümcül TƏHLÜKƏSİ – Azərbaycanda satışı QADAĞAN EDİLƏCƏK?
Bu gün, 15:54 |
|
|
|
• Günün fotosu: MALƏSƏF... - BURA BAKIDIR!...
Bu gün, 15:52 |
|
|
|
• Paşinyan Zənğəzur dəhlizini açır - KİV
Bu gün, 15:50 |
|
|
|
• “Qusarda zərərsizləşdirilən terror qrupu qlobal güclərin Qafqaz uğrundakı mübarizəsinin göstəricisidir”
Bu gün, 15:47 |
|
|
|
• Erməni cəmiyyəti aşınıb - FAKT BUDUR!
Bu gün, 15:44 |
|
|
|
• "Kişi də heç öz ailə sirrini gətirib efirə çıxarar?" - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru TƏYİN OLUNDU
Bu gün, 15:40 |
|
|
|
• Mart ayından sosial müavinətlərin və təqaüdlərin artırılmasını görəcəyik - MM komitə sədri
Bu gün, 15:39 |
|
|
|
• Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:37 |
|
|
|
• Minimum pensiyanın 320 manata çatdırılması ilə bağlı qanuna dəyişiklik təsdiqlənib
Bu gün, 15:30 |
|
|
|
|