![Moskva yaxınlığında faciə: sərnişin və yük qatarları toqquşdu Moskva yaxınlığında faciə: sərnişin və yük qatarları toqquşdu](/uploads/posts/2014-05/1400591390_0001.jpg)
Moskva yaxınlığında sərnişin və yük qatarları toqquşub.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 12.38-də baş verən hadisə nəticəsində 3 nəfər ölüb.
Qeyd olunur ki, Moskva-Kişinyov marşrutu ilə hərəkət edən sərnişin qatarı Naro-Fominsk yaxınlığında yük qatarı ilə toqquşub. Hazırda yaralıların sayı dəqiqləşdirilir.