![Gürcüstan parlamenti AB sazişini ratifikasiya edir Gürcüstan parlamenti AB sazişini ratifikasiya edir](/uploads/posts/2014-07/thumbs/1404982710_0001.jpg)
Gürcüstan parlamentinin spikeri deyir ki, ölkənin Avropa Birliyi ilə Assosiasiya Sazişi iyulun 18-də ratifikasiya olunacaq.
Davit Usupashvili iyulun 9-da bildirib ki, prezident Giorgi Margvelashvili-dən parlamentin fövqəladə sessiyasını çağırmağı xahiş edəcək. Parlament hazırda tətildədir.
Gürcüstan, Moldova və Ukrayna həmin sazişi iyunun 27-də imzalayıb. Bu sənəd onları AB-yə daha da yaxınlaşdırır.
Moldova parlamenti Assosiasiya sazişini iyulun 2-də təsdiqləyib. Rumıniya isə ilk AB ölkəsi kimi bu ayın əvvəlində Gürcüstan, Moldova və Ukrayna ilə AB sazişlərini ratifikasiya edib.