![«ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək» «ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək»](/uploads/posts/2014-07/thumbs/1406709479_0001.jpg)
ABŞ Krımın zəbt olunmasını heç vaxt qəbul etməyəcək. Bunu ABŞ-ın Rusiyadakı səfir postuna növbəti namizədi John Teftt deyib.
O, bunu iyulun 29-da ABŞ Senatının xarici əlaqələr komitəsindəki dinləmələrdə deyib. Onun sözlərinə görə, ABŞ Ukrayna böhranı ilə Rusiyanın beynəlxalq düzəndə yaratdığı fundamental problemləri rədd edə bilməz.
ABŞ-ın bu ilin fevralından bəri Rusiyada səfiri yoxdur.
Barack Obama bu posta John Teftt-in namizədliyini irəli sürüb.