![İsrail və Hamas Qəzzada qələbəsini elan edir İsrail və Hamas Qəzzada qələbəsini elan edir](/uploads/posts/2014-08/thumbs/1409202385_0001.jpg)
İsrail və Həmas Qəzzada yeddi həftəlik münaqişədən sonra qələbə çaldığını elan edib. İsrailin baş naziri Benjamin Netanyahu avqustun 27-də bildirib ki, Həmasa “ağır zərbələr endirilib və tələblərindən heç birinə çatmayıb”.
Qəzzada isə maskalı yaraqlılar dağıdılmış evlərin dağıntıları üzərinə toplaşıb, pulemyotlarını, raketləri və tank əleyhinə qurğuları nümayiş etdiriblər.
Avqustun 26-da atəşkəs döyüşlərə son verib. Münaqişədə 2.100-dən çox adam ölüb. Onlardan əksəriyyəti fələstinlilərdir.
BMT-nin Ərzaq Proqramı bildirib ki, yardım karvanlarından biri Qəzzaya girib, beş gün ərzində 150 min nəfərə yetərli ərzaq çatdırılacaq.