![Qərbin İŞİD-ə qarşı yaratdığı koalisiyanın sırası genişlənir Qərbin İŞİD-ə qarşı yaratdığı koalisiyanın sırası genişlənir](/uploads/posts/2014-09/1411620560_0001.jpg)
Yunanıstan ekstremist qruplaşma olan İŞİD-ə qarşı beynəlxalq alyansda iştrak edəcək.
ANS PRESS-in məlumatına görə, bu barədə baş nazirin müavini və Yunanıstan Xarici İşlər Naziri Evanqelos Venizelosun müraciətində deyilir.
“Yunanıstan İŞİD-ə qarşı beynəlxalq alyansı alqışlayır. Ölkə koalisiyada siyasi səviyyədə, humanitar yardımın çatdırılması, eləcə də hərbi sahədə İraq Kürdüstanının silahlandırılmasında iştrak edəcək”- deyə ölkənin diplomatik ofisinin sənədində qeyd edilir.
Niderland hakimiyyəti isə İraqda İŞİD-ə qarşı NATO əməliyyatlarına 6 ədəd F-a6 qırıcıları göndərir. Bu barədə ölkə hakimiyyətinin rəsmi müraciətində qeyd olunur.