![Suriyada İŞİD rəhbərlərindən biri və ən azı 47 terrorçu məhv edilib Suriyada İŞİD rəhbərlərindən biri və ən azı 47 terrorçu məhv edilib](/uploads/posts/2016-02/thumbs/1455256677_0001.jpg)
Suriya xalq müqavimət dəstəsi İŞİD-in İraqla sərhəddə yerləşən Əbu-Kemal şəhərindəki komanda məntəqəsinə hücum zamanı terror təşkilatının 22 üzvü və "Əbu Yaser" ləqəbli rəhbərini zərərsizləşdirib.
SalamNews-un RİA "Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə Suriya hərbi mənbəsi məlumat verib.
Onun sözlərinə əsasən, çərşənbə günü Suriya hərbçiləri Deyr-əz-Zor şəhərində 25-dən çox İŞİD terrorçusunu zərərsizləşdiriblər. Bir neçə terrorçu dəstəsi Suriya ordusunun bütün əyalətdə başlıca dayağı olan Deyr-əz-Zor hərbi aerodromundan cənubdakı blok-postlara hücuma cəhd edib. Terrorçuların hücumu dəf edilərkən bir neçə pulemyotlu avtomobil və artilleriya toplu yük avtomobili məhv edilib.