"DÜŞMƏNƏ MÜNASİBƏTİ İSRAİLDƏN ÖYRƏNMƏLİYİK"
Tarix: 3-03-2012, 14:22 | Çap et
“DİALOQ TƏKLİFİ GÜCLÜ OLANDAN GƏLMƏLİDİR”
Gündəmdə olan məsələlərlə bağlı Modern.az-ın suallarını Ədalət Partiyasının sədr müavini, hüquqşünas Etimad İsmayılov cavablandırır.
- Etimad bəy, əvvəlcə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Bakıda və İstanbulda keçirilən aksiyalara münasibətinizi öyrənmək istərdik. Birində təmsil olunduğunuz partiya, digərində özünüz iştirak edirdiniz...
- Bu tədbirləri gecikmiş hesab edirəm. Çünki çoxdan görməli olduğumuz işləri yenə də ənənəvi olaraq hansısa konyukturaya uyğun şəkildə etdik. Amma gec də olsa vətənpərvərlik ruhunu cəmiyyətdə alovlandıran, iqtidarın və müxalifətin milli məsələlərdə vahid mövqedən çıxış etməsini göstərən bu hadisə təqdirəlayiq hesab olunmalıdır. İşğal olunmuş torpaqların hər bir kəndi bu və ya digər şəkildə Xocalı faciəsini yaşayıb. Şəxsən mən Xocalı soyqırımını ümumən işğal edilmiş ərazilərimizdəki insanlara qarşı həyata keçirilən təcavüzün simvolu hesab edirəm. Həm də mən kəsilmiş başın saçlarını ağlamağın tərəfdarı deyiləm. Biz İsrail dövlətindən düşmənlərə olan münasibəti örnək götürməliyik. Mövcud olduğu yerindən, tutduğu ictimai siyasi pillədən asılı olmayaraq İsrail xalqının düşməni cəzalandırılır.
- 26 fevralda çağdaş siyasi tariximizdə ilk dəfə olaraq hakimiyyət və müxalifət düşərgəsi eyni vaxtda, eyni məkanda ümumxalq toplantısında birgə yürüdülər. Bu zərif məqamın inkişaf etdirilərək Azərbaycanda iqtidar-müxalifət dialoquna başlanması perspektivini necə görürsünüz? Kim nə etməlidir?
- Ədalət Partiyası iqtidar-müxalifət münasibətlərində hər iki tərəfin mənəviyyat, qanun, əxlaq və ümummilli prinsipləri rəhbər tutmağa daim çağırıb. Taleyüklü məsələlərdə bir-birilərinə potensial müttəfiq gözü ilə baxmağın vacib olduğunu önə çəkib. Hər iki düşərgədə öz varlığını intriqalarda, qarşıdurma yaratmaqda göstərən irtica təfəkkür sahibləri olduğu kimi işıqlı, pozitiv yaradıcılıq qabiliyyəti olan insanlar da vard. Bu tip insanların iqtidarda və ya müxalifətdə olmasından asılı olmayaraq dövlətimizin, cəmiyyətimizin indiki durumunda birgə fəaliyyəti xüsusən önəm daşıyır. Dialoq təklifi güclü olandan gəlməlidir. İqtidar əlində dövlət resursları olduğuna görə, zatən güclüdür. Amma hakimiyyətin daxilində mövcud olan dar düşüncəli, qəlbiqara insanların mövcudluğu cəmiyyətin pozitiv qüvvələrinin bir araya gəlməsinə ciddi əngəldir. Ümidvaram ki, dövlətçilik təfəkkürü, dərin məsuliyyət hissi olan adamlar nəticədə inşallah qələbə qazanacaq.
- Xocalı soyqırımı ilə bağlı İstanbulda keçirilən konfransdakı çıxışınızda Qarabağın işğaldan azad edilməsi ilə bağlı, ənənəvi yanaşmadan fərqlənən bir sıra tezislər irəli sürdünüz. Fikirlərinizi təkrarlaya bilərsinizmi oxucularımız üçün?
- Bilirik ki, BMT Təhlükəsizlik Şurasının, işğal olunmuş ərazilərdən işğalçı ordunun dərhal və qeyri-şərtsiz çıxması ilə bağlı 4 qətnaməsi var. Ancaq 2009-cu ildə BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsi səsverməyə çıxarılarkən, ATƏT-in Minsk qrupuna həmsədrlik edən hər üç dövlət - ABŞ, Rusiya və Fransa bu qərarın qəbulunun əleyhinə çıxıblar. İndi həmin qərarın əleyhinə olan qüvvələrdən Minsk qrupu çərçivəsində nə isə gözləmək cahillikdir. Onlar sadəcə, vaxtı udmaq, və baş qatmaqla məşğuldurlar. Biz onu da nəzərə almalıyıq ki, dünyada dinlərarası və millətlərarası savaş mövcuddur. Bu qüvvələr istəyir ki, müsəlman və türk olan Azərbaycanın hesabına xristian ermənini gücləndisin. Eyni zamanda Minsk qrupunun ortaya atdığı Madrid prinsipləri Azərbaycan üçün qəbulolunmazdır. Azərbaycan çoxmillətli dövlətdir. Ermənilərə yüksək status verəcəyiksə, həmin statusu ölkəmizdə toplu halda yaşayan, dini dinimizdən olan etnik qruplara verməməyimiz qeyri-mümkün olacaq. Nəzərə alaq ki, bundan qonşu dövlətlər və Azərbaycanı istəməyən qüvvələr məharətlə istifadə edəcək. Qarabağ məsələsinin həlli üçün Naxçıvan MR-nın statusu ləğv olunmalıdır. Çünki Azərbaycan konstitusiyaya görə unitar dövlətdir və unitar dövlət olaraq da qalmalıdır. Biz dərhal ATƏT-in süründürməçilik siyasətini əldə əsas tutub Minsk qrupunun bütün təkliflərindən imtina etməli və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası üçün hərəkətə keçməliyik. Və bu, hegemon dövlətlərin Türkiyəyə hazırkı ehtiyacı fonunda baş verməlidir.
- Bu arada Fransa Konstitusiya Şurası “Soyqırımı inkara görə cəza” qanunu ləğv etdi. Sizcə, bu Türkiyə və Azərbaycanın təpkiləri qarğısında geriçəkilmə idi, yoxsa, Fransanın öz demokratik ənənlərinə sahib çıxması?
- Sadaladığınız səbəblərin mövcudluğu ilə yanaşı, bu həm də Yaxın Şərqdə cərəyan edən gərginliklə bağlıdır. Siyasətin, xüsusilə də dövlət siyasətinin görünən və görünməyən tərəfləri var. Fransada qəbul olunmuş bu qərar yalnız Parisin yox, digər paytaxtların da birgə məhsuludur. Sadəcə olaraq Fransa üzərindən gerçəkləşməsinə can atılıb. Zənnimcə, Türkiyənin rəsmi və xüsusən də görünməyən təpkiləri ilə üzləşəndən sonra müvəqqəti olaraq, xüsusilə qeyd edirəm, müvəqqəti olaraq Türkiyənin timsalında müsəlman və türk toplumunun üzərindəki təhlükələr hələlik dondurulub. Bu Türkiyəyə gərginlik yaşayan Yaxın Şərqdə ehtiyacdan irəli gəlir. Bu təhdidlərin arxasında heç də «məzlum erməni xalqının haqlarının müdafiəsi» dayanmır. Bu müsəlman dövlətləri üçün örnək ola biləcək Türkiyənin zəiflədilməsi və Avrasiya məkanında mövcud ola biləcək türk dövlətlər birliyinin əngəllənməsini hədəfə alıb.
- Sabah Rusiyada prezident seçkisi keçiriləcək. Rusiya ictimai-siyasi mühitinə bələd olan şəxs kimi nə gözləyirsiniz bu seçkidən?
- Əvvəllər dediyim kimi yenə də təkrarlayıram rusiyalıların böyük əksəriyyəti Putini yenidən lider seçəcək. Və biz imperiya düşüncəli, ağıllı, yürütdüyü siyasətdə davamlı, hədəflərə çatmaqdan ötrü heç nədən çəkinməyən qüvvənin mövcudluğunu nəzərə almalıyıq. Amma çəkinməməliyik. Sadəcə, önlərinə çıxara biləcək kadr potensialımız olmalıdır.
- Qubada baş verən olaylarla bağlı nə düşünürsüz?
- Bu hadisənin səbəbələrini ciddi araşdırılmağa ehtiyacı var. Zahirən bəlli olan səbəblər analiz üçün yetərli deyil. Amma bu yenə də yuxarıda vurğuladığım kimi, qeyri-peşəkarlığın, dar düşüncələrin, hakimiyyətdə zora güvənən bəzi qüvvələrin uğursuzluğudur. Xüsusilə daxili siyasətə cavab verən qüvvələrin.
Modern.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Bu gün, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Bu gün, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Bu gün, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Bu gün, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
|