Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                     İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? .....                     "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış" .....                     “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır .....                     1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR .....                     Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib .....                     Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir .....                     USAID onlara görə bağlandı: .....                     Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək .....                     "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." .....                     Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb .....                     Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? .....                     "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." .....                     92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı .....                     Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? .....                     Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı .....                     İnternetdən alış-veriş edərkən diqqətli olun! .....                     Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub .....                     "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" .....                     Mövcud olmayan sensasiya .....                     Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib .....                     Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ .....                     Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? .....                     Sərkisyana sui-qəsdlə bağlı iki versiya: .....                     AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu .....                     Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır .....                     Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir .....                     1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... .....                     Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək .....                     Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK .....                     Burda doğru danışana TƏZYİQ EDİRLƏR... .....                 

AYDIN BƏŞİROV ÇƏTİN DURUMA DÜŞÜB
Tarix: 10-03-2012, 12:18 | Çap et
AYDIN BƏŞİROV ÇƏTİN DURUMA DÜŞÜB

DXDGİ-NİN RƏİSİ İDARƏNİ ƏLDƏN ÇIXARMAMAQ ÜÇÜN YOLLAR AXTARIR

DİA.AZ: - Yaxın vaxtlarda Dövlət Xəzər Dəniz Gəmiçilik İdarəsində (XDGİ) ciddi kadr dəyişikliyi gözlənilir. Bu barədə qəzetimizə hakimiyyətdəki etibarlı mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, idarənin rəisi Aydın Bəşirov vəzifəsindən uzaqlaşdırılacaq. Buna səbəb isə onun ətrafında yaranmış böhranlı vəziyyət və yuxarı dairələrin ona göstərdiyi etimadsızlıqdır.

Mənbə bildirir ki, son dövrlər mətbuatda adı bir çox qalmaqallarda hallanan, habelə rəhbərlik etdiyi XDGİ-in iş tempi və dövriyyəsinin aşağı düşməsi, habelə bəzi siyasi oyunlara qarışdığına dair iddiaların meydana çıxması Aydın Bəşirovun vəzifəsindən getməsinə şərait yaradıb. Hətta o da deyilir ki, XDGİ-də bir çox yeyinti hallarının da üzə çıxması idarə rəisinin işlərini çıxılmaza salıb.

DİA.AZ-a verilən xəbərə görə, Aydın Bəşirov vəziyyətdən çıxmaq üçün optimal yollar axtarır. Hakimiyyət dairələri ilə apardığı danışıqlarda vəzifəsində qalması məsələsini müzakirə etsə də, bunun bir nəticəsi olmadığı deyilir. Bildirilir ki, Bəşirov dəfələrlə xahiş etsə də, ona əvvəlki vəzifəsində qalmasının mümkünsüz olduğunu çatdırıblar. Lakin bu xahişlərindən birini nəzərə alıblar ki, o da idarə rəisinin qardaşı oğlu ilə bağlıdır.

Mənbə bildirir ki, Aydın Bəşirovun qardaşı oğlu Rasim Bəşirovu öz yerinə gətirmək istəyir. Qeyd edək ki, bir vaxtlar Salyanın icra hakimi işləmiş Rasim Bəşirov 2009-cu ildə tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Ardından isə əmsinin yardımı sayəsində Azərbaycan Respublikası Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub. Salyanda işlədiyi müddətdə bir sıra qalmaqallı layihələrə imza atan sözügedən şəxsin XDGİ-yə rəhbər gətirilməsi isə hər nə qədər asan görünsə də, bir o qədər də çətin hesab olunur. Amma buna baxmayaraq, Aydın Bəşirov qardaşı oğlunu yerinə gətirməkdə israrlıdır.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Aydın Bəşirovun belə bir addım atmasının digər səbəbləri də var. Birinci məsələ odur ki, XDGİ kimi gəlirli bir yerin başqa əllərə keçməsini istəmir. İdarə rəisi qardaşı oğlunu yerinə gətirdikdən sonra bu sahədə olan payını da qorumağa nail olacaq. Digər bir səbəb isə odur ki, Aydın Bəşirov indiyə qədər yığdığı sərvətini qorumağa çalışır. Çünki bilir ki, vəzifəsindən gedəcəyi təqdirdə, onun əlindəki imkanlarının böyük bir qismini geri alacaqlar. Belə olan təqdirdə, ən optimal yol rasim Bəşirovun varis kimi təyinatını reallaşdırmaq və bununla da biznes imkanlarını mühafizə etməkdir.

Bu əsnada Aydın Bəşirovla bağlı yaranmış yeni bir qalmaqala da aydınlıq gəlməkdədir. Belə ki, Xəzər Dəniz Gəmiçilik İdarəsi rəisinin və övladlarının tikinti biznesi ortaya çıxıb. Bəzi məlumatlara görə, uzun illərdir idarədə çalışanların əksəriyyəti bu gün yataqxanalarda ağır həyat şərtləri altında yaşamağa məcburdurlar. Lakin müxtəlif vaxtlarda XDGİ-də çalışanların mənzil şəraitinin yaxşılaşdırılması adı ilə torpaq sahələri ayrılıb ki, burada onlar üçün binalar tikilsin.

Amma sonradan həmin ərazilər tamam başqa məqsədlərlə istifadə olunub. Məlumatda deyilir ki, həmin ərazidə «gəmiçilik şefi» Aydın Bəşirovun oğlanları tikinti işi ilə məşğuldur və onların inşaat firmaları var. Həmin firmalar XDGİ əməkdaşları üçün bina tikintisi məqsədi ilə ayrılan əraziləri bu və ya digər formada qəsb edərək orada yüksək mərtəbəli binalar inşa edib satırlar. Həmin binalardan biri köhnə «Dəniz Vağzalı» ilə üzbəüz, «Abşeron» mehmanxanasının yaxınlığında tikilib və orada bir mənzilin kvadratmetri 5 min manatdan aşağı satılmayıb.

Mənbə A.Bəşirovun övladlarının maxinasiyalarının bununla bitmədiyini deyir: «Aydın Bəşirov XDGİ-nin balansındakı bir çox uşaq bağçalarının yerində də göydələnlər tikilməsi üçün onu oğullarına peşkəş edib. Məsələn, belə binalardan biri keçmiş «Əzizbəyov» heykəlinin yaxınlığındakı uşaq bağçasının ərazisində inşa olunub, uşaq bağçasının özü isə tamamilə tarixin arxivinə göndərilib.»

Qeyd edək ki, əslində, XDGİ rəisinin növbəti hədəfi qurumun təmir-tikinti idarəsinin Bakı Metropoliteninin «Xətai» stansiyası yaxınlığındakı sahəsidir. Kifayət qədər böyük olan bu ərazidə də «gəmiçilik şefi»nin övladlarının göydələnlər inşa etməyə hazırlaşdığı barədə məlumatlar almışıq. Son məlumatlara görə, hazırda ərazidə olan təmir-tikinti idarəsinin inzibati binasının sökülməsinə hazırlıq görülür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23
Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20
"Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17
92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15
Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40
Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39
İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37
Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00
Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58
Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51
Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04
Xankəndidə dəhşətli gecə: 200-dən çox erməni necə öldü? – Onun adı hallanır
Bu gün, 13:01
Sərkisyana sui-qəsdlə bağlı iki versiya: - onu kim öldürüb?
Bu gün, 13:00
AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB
Bu gün, 12:54
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır – Rəsmi statistika
Bu gün, 12:47
Həbsdəki general 12 milyon 415 min ödəməsinin nəzərə alınmasını istəyir - GƏLİŞMƏ
Bu gün, 12:44
1 milyon mənimsəmədə ittiham olunan Raqif Abbasov hakim önündə: Azadlıqdadır... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Dünyada taxılın bahalaşması Azərbaycana da təsir göstərəcək - NƏ ETMƏLİ?
Bu gün, 12:40
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Bu gün, 12:38
Burda doğru danışana TƏZYİQ EDİRLƏR... - AXI NİYƏ?..
Bu gün, 12:36
"Atam hələ xəstəxanadadır" - AÇIQLAMA
Bu gün, 12:26
Əmlak Xidmətinin 5.5 milyonluq tenderinə “stop” qoyuldu
Bu gün, 12:24
"Hazırda vəziyyətim çox pisdir, maddi imkanım acınacaqlıdır..." - GİLEY
Bu gün, 12:20
Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq - Ovannisyan
Bu gün, 12:16
Bakıdan Pezeşkiana siqnal göndərildi – “Həmin qüvvələr…”
Bu gün, 12:11
Bakıda “Rus Evi”nin yerləşdiyi binanın üzərində adın rus dilində yazılması ilə bağlı tədbirlər görüləcək - AÇIQLAMA
Bu gün, 12:08
Ermənistanın salamat olmasını istəyiriksə, bunu etməliyik - Paşinyan
Bu gün, 12:06
“Təhsil deyil, biznesdir” – Elvin məktəblərdən gileyləndi
Bu gün, 11:50
Suriyanın yeni lideri Türkiyəyə arxa çevirir? - “Regnum”
Bu gün, 11:47
Gömrük generallarının pensiya QALMAQALI – Büdcəyə vurulan zərər GERİ ÖDƏNİLƏCƏK?
Bu gün, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru