ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”
Tarix: 23-03-2012, 15:04 | Çap et
ARDNŞ-DƏ CƏRƏYAN EDƏN MÜDHİŞ KORRUPSİYA FAKTININ TƏFƏRRÜATLARI
DİA.AZ: - Azərbaycan hakimiyyəti korrupsiya və rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaratmaqda davam edir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dövlət başçısı Ilham Əliyevin adından Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirəndən sonra dövlət qurumlarının rəhbərləri korrupsiya və rüşvətxorluğu “lənətləmək” üçün növbəyə düzülüblər. Hətta onlardan bəziləri irimiqyaslı korrupsiya əməllərini ört-basdır etmək üçün xırda çinovnikləri qurban da veriblər. Sanki Azərbaycanda korrupsiyanın başında işdən çıxarılan, yaxud məsuliyyətə cəlb olunan hansısa beşinci, altıncı dərəcəli məmur dayanır.
Əgər hakimiyyət doğrudan da, korrupsiyaya qarşı mübarizədə səmimidirsə, onda bu yazını diqqətlə oxusun və həmən, qeyd edəcəyimiz faktların araşdırılması barədə göstəriş verilsin. Bu faktlar maye qaz satışındakı korrupsiya əməliyyatları ilə bağlıdır. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hər il maye qaz satışı zamanı 20 milyon manata yaxın vəsait mənimsənilir. Məlumatlarda bildirilir ki, Azərbaycanda maye qaz satışını Məişət Maye Qaz Birliyi həyata keçirir. Birliyin rəhbəri Rasim Salmanovdur. Bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevə yaxınlığı ilə seçilir. Birlik maye qazı iki zavoddan - Qaradağ Qaz Emalı Zavodu və Heydər Əliyev adına Neft Emalı zavodundan alır. Əmlak Məsələləri üzrə Komitənin balansında olan Məişət Maye Qaz Birliyi əslində Rövnəq Abdullayev üçün maye qaz satışında korrupsiya əməliyyatlarını həyata keçirən əsas qurumdur.
Bu ilin yanvarın 1-nə qədər birlik satış mərkəzlərinə maye qazın 1 tonunu 370 manata satıb. Amma bu məbləğ 240 manat rəsmiləşdirilib. Deməli, satış mərkəzlərindən hər tona görə 130 manat əlavə haqq alınıb. Hansısa səbəbdən Rövnəq Abdullayev yanvarın 1-dən sonra əlavə haqqı 10 manat azaldıb. Əvəzində rəsmiləşdirilən məbləğ 10 manat artıb. Yəni, indi də maye qaz 370 manata satılır, lakin bu məbləğ 250 manat kimi rəsmiləşdirilir.
Bəs Məişət Maye Qaz Birliyi zavodlardan maye qazın 1 tonunu neçəyə alır? Məlumatlara görə, birlik 1 ton maye qaz üçün 100 manat ödəyir. Məlumatlarda deyilir ki, ölkə daxilində 1 il ərzində 150 min ton maye qaz satılır. Nəzərə alsaq ki, hər tona görə satış mərkəzlərindən 120 manat əlavə haqq alınır, bu, bir ilə 18 milyon manat edir. Burada bir incə məqam da var: Birlik zavodlardan maye qazı kiloqramla alır. 1 kq maye qaza görə 10 qəpik ödənilir. Əgər maye qazın tonu 370 manata (250 manat rəsmi qiymət, 120 manat əlavə haqq) satılırsa, deməli, bir kiloqramı 37 (25 qəpik rəsmi qiymət, 12 qəpik isə əlavə haqq) qəpiyə düşür.
Əziz oxucular, o cümlədən korrupsiyaya qarşı “savaş” açan Ilham Əliyev və Ramiz Mehdiyev, maye qaz satışı mərkəzlərində 1 litr maye qazın 35 qəpiyə satıldığını görüb təəccüblənməyin ki, nə üçün işbazlar aldıqları məhsulu 2 qəpik ziyanına satırlar. Burada hər hansı ziyandan söhbət gedə bilməz. Çünki 1 kiloqram maye qaz 1.7 litr təşkil edir. Maye qazın 1.7 litri 37 qəpikdirsə, 1 litri təxminən 21 qəpiyə düşür. Işbazlar da maye qazın 1 litrini 35 qəpiyə sataraq nəinki ziyan edirlər, əksinə 14 qəpik qazanırlar.
Yuxarıda qeyd etdik ki, Məişət Maye Qaz Birliyi maye qazı Qaradağ Maye Qaz Emalı və Heydər Əliyev adına Neft Emalı zavodlarından alır. Hələ sovetlər dönəmində əhalini maye qazla Qaradağ Maye Qaz Emalı zavodunun təmin etməsi məqsədəuyğun sayılıb. Çünki bu zavodda emal olunan qaz mədən qazıdır və zəhərlənmə riski azdır. Amma Heydər Əliyev adına Neft Emalı Zavodunun satdığı qaz neftdən alınır və bu qazın əhaliyə satılması yolverilməz hesab edilir. Əlbəttə ki, keyfiyyətinin aşağı, zəhərlənmə riskinin isə daha çox olmasına görə. Dəhşətli burasıdır ki, bu gün Azərbaycanda əhaliyə məhz Heydər Əliyev adına Neft Emalı zavodunun istehsal etdiyi maye qaz satılır. Daha keyfiyyətli və zəhərlənmə riski minimum olan Qaradağ Maye Qaz Emalı Zavodunun istehsal etdiyi qaz isə Gürcüstan vasitəsilə xarici ölkələrə daşınır. Hələlik həmin ölkələrin siyahısı bizdə yoxdur. Lakin araşdırmalarımızı davam etdirib Rövnəq Abdullayevin daha keyfiyyətli maye qazı hansı ölkələrə satdığını öyrənməyə çalışacağıq...
Sonda daha bir fakt: Qəbul olunmuş standartlara görə əhaliyə satınla maye qazın tərkibində 40-45 faiz propan, 55-60 faiz isə butan olmalıdır. Amma hazırda əhaliyə satılan maye qazın tərkibində propan 5-10 faiz təşkil edir. Bu da əhaliyə satılan maye qazın keyfiyyətsiz olmasını bir daha sübut edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
• Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub
Bu gün, 14:30 |
|
|
|
• "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur" - deputat
Bu gün, 14:00 |
|
|
|
• Mövcud olmayan sensasiya - Ortada heç bir əsas yoxdur axı...
Bu gün, 13:58 |
|
|
|
• Qoruqları İdarəetmə Mərkəzinə yeni sözçü təyin edilib - BUNDAN SONRA...
Bu gün, 13:51 |
|
|
|
• Hikmət Hacıyevin sürpriz Tehran SƏFƏRİ - AKTUAL
Bu gün, 13:04 |
|
|
|
|