Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib .....                     Xankəndindəki zavodda çörək bahalaşıb? .....                     Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi .....                     'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ .....                     Nazirlik ləğv olunur, əvəzində isə... .....                     “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” .....                     “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər” .....                     "Razi kimdir, mənim haqqımda nəsə desin?!" .....                     “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… .....                     Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə .....                     Nadir Quliyevə vəzifə verildi .....                     Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək .....                     Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə .....                     Azərbaycanda 117 minlik nəqliyyat şirkəti .....                     Paşinyan ABŞ-də etirazla qarşılandı .....                     Quru sərhədlər niyə bağlıdır? .....                     Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik .....                     USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: .....                     Rusiyada “İntervision” keçiriləcək .....                     Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi .....                     Tiktoker "Əfi" həbs olundu .....                     Bu həkimlərin “bazarı bağlanır” .....                     Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... .....                     Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... .....                     Başınızı qaldırsanız, yumruq gələcək! .....                     İrəvan seçim qarşısındadır! .....                     Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... .....                     Öləndən sonra yandırılma .....                     MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın .....                     Ənvər Həsənov xəstəxanadan evə buraxıldı .....                     "Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." .....                     Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı .....                     Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları .....                     Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR .....                     Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR .....                     QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi .....                     Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR .....                     Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? .....                     USAID-in sonu .....                     İrəvanda oxunan “Qarabağ”: .....                 

ƏBÜLFƏZ QARAYEVİN “SEZONU” BAŞLAYIR
Tarix: 4-04-2012, 14:19 | Çap et
ƏBÜLFƏZ QARAYEVİN “SEZONU” BAŞLAYIR

NAZİR “QAZ VURUB QAZAN DOLDURACAQ”

İrəlidə yay mövsümü yaxınlaşdıqca Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin də “sezonu” başlamaqdadır. Hər dəfə olduğu kimi dincəlmək istəyən azərbaycanlıları turizm sahəsindəki qiymətlər heç də onlara "cənnət həzzi" hissi etdirmir. Təbii ki, Əbülfəz Qarayevin manopoliyasında inildəyən turizm sektoru Azərbaycanda istirahətin qiymətini digər ölkələrlə müqayisədə çox yüksəklərə qaldırıb.

Sözsüz ki, turizm naziri yüksək gəlirli ailələr və oliqarxlar üçün seçim imkanlarını əla yaradıb. Bundan külli miqdarda gəlir əldə edən Əbülfəz Qarayev “qaz vurub qazan doldurur”. Ancaq ölkə əhalisinin böyük əksəriyyətinin maddi durumu Azərbaycanın gözəl güşələrinin birində istirahət etməsi turuzim nazirliyinin rəhbər şəxslərini maraqlandırmır.

Ölkədəki istirahət mərkəzlərinin, otellərin getdikcə artan qiyməti əhalinin bu imkanlarını məhdudlaşdırıb. Geridə qoyduğumuz ötən ili Azərbaycan hökuməti "turizm ili" elan edib. Həmin il qiymətlər ucuz olmalı idi ki, "turizm ili" layihəsi gerçəkləşsin. Lakin bu baş vermədi.

Konkret faktlar onu göstərir ki, indi ölkənin regionlarından asılı olaraq bir nəfərin bir günlük dincəlməsi minimum 60-70 manata başa gəlir. Adətən bu qiymətə səhər yeməyi daxil olsa da, nahar və şam yeməyi daxil olmur. Əksər hallarda isə insanlar istirahətə tək deyil, ən azı 2 nəfərlə, yaxud ailəvi getməyə üstünlük verir. Araşdırmalar göstərir ki, bir nəfərin 7 gün ərzində Azərbaycanda dincəlməsi üçün minimum 350-400 manat lazım olur. 2 nəfərdən ibarət ailə isə 1 həftəlik istirahət üçün 700-800 manatdan keçməli olur.

Şübhəsiz ki, qiymətlərin bu dərəcədə yüksək olması Azərbaycana gələn, yaxud gəlmək istəyən turistlərin istiqamətini başqa ölkələrə yönəldir. Yəni, insanlar eyni qiymətə Azərbaycanda dincəlməkdənsə, digər xarici ölkədə istirahətə üstünlük verir. Bu isə son nəticədə ölkəyə gələn turistlərin sayının və müvafiq olaraq turizm sahəsindən daxil olan vəsaitlərin azalmasına səbəb olur. Amma hər il 27 milyondan artıq turist qəbul edən Türkiyədə 1 nəfərin 1 həftəlik dincəlməsi üçün cəmi 400 dollar tələb olunur. Şimali Kipr Türk Cümhuriyyətində isə bu rəqəm 300 avronu keçmir. Təsəvvür edin, Nabranda ötən yay mövsümü istifadəyə verilən "Kaspian Sea" istirahət mərkəzində adi nömrədə bir nəfər üçün bir günlük istirahət 280 manat müəyyənləşdirilib. Lüks şəraitli VİP nömrələrdə isə bu qiymət 1000 manatdan 2 min manata qədər dəyişir. Halbuki Amerikada 1 həftəlik səyahət bizim vətəndaşa gediş-gəliş xərcləri də daxil olmaqla 4-5 min dollardan artıq etmir. Birləşmiş Ərəb Əmirliklərində I həftəlik istirahətin qiyməti 1000 dollardır. Şimali Kiprdə isə belə istirahət təxminən 800 dollara başa gəlir. Türkiyənin Antalya, Bodrum, Quşadası kimi tanınmış turizm bölgələrində istirahət 600-700 dollar civarındadır.

Azərbaycanın rayonlarında - Qax, Zaqatala, Quba, Şəki, İsmayıllı və digər rayonlarında da istirahət ucuz deyil. Bu rayonların əksəriyyətində koteclərin qiyməti 50 manatdan başlayır. Yemək üçün isə əlavə ödəniş etmək lazımdır. Bu turizm rayonlarında kafelərin də qiyməti bahadır. Məsələn, bir şiş kabab Bakıda 3 manatdırsa, turistik zonalarda azı 5 manatdır. Bir çox istirahət mərkəzinin restoranındakı qiymətlər də kəllə-çarxda olur. Məsələn, Bakıdakı mağazalarda 6-7 manata satılan "7 Gö­zəl" adlı Azərbaycan şərabı həmin mərkəzin restoranında müştərilərə 15 manata təklif olunur. Mineral sular, şirələr və digər sərinləşdirici içkilərin də qiyməti şəhərdəki məzənnə ilə müqayisədə çox yüksəkdir.

Qonşu Gürcüstan da azərbaycanlıların son zamanlar ən çox səyahət etdiyi yerdir. Gürcüstanın Türkiyə qədər inkişaf etmiş turizm infrastrukturu olmasa da, bir çox səbəblərdən cəlbedicidir. Gürcüstan demokratik ab-hava, qiymətlərin ucuzluğu ilə Azərbaycanı geridə qoyur. Tiflisin özündə 30-40 dollara normal şəraiti olan hotellər tapmaq mümkündür. Qara dəniz sahilində yerləşən Batumi şəhərində 1 həftəlik istirahət də 250-300 manat arasında dəyişir. Turist səfəri təşkil edən şirkətlər Batumidə üç ulduzlu hoteldə, nəqliyyat xərcləri və yemək də daxil olmaq 330 manata bir həftə dincəlmək təklif edir. Əgər Batumiyə yolunuzu qatar və ya avtobusla salsanız daha ucuz qiymətə yüksək səviyyədə istirahət edə bilərsiniz.

Maraqlıdır ki, Azərbaycanda turzm infrastrukturu niyə bahadır? Nədən ən adi istirahət mərkəzlərində belə qiymətlər Avropa ölkələrindəki qiymətləri də arxada qoymaq üzrədir? Axı niyə istirahət mərkəzlərində qidalanmanın qiyməti paytaxt restoranlarındakı qiymətlərdən də yüksək olmalıdır? Ekspertlər bu sualların cavabını turizm sektorundakı korrupsiya və rüşvətxorluqda axtarmağın gərək olduğunu bildirirlər. Ekspertlər hesab edirlər ki, otellərin fəaliyyətinə icazə verən xüsusi lisenziyalara görə iş adamlarından tələb olunan yüksək məbləğli rüşvət, istirahət mərkəzləri üçün öhdəlik kimi müəyyənləşdirilmiş qeyri-rəsmi aylıq ödənişlər son nəticədə Azərbaycanda istirahərin qiymətinin qonşu ölkələrlə müqayisəolunmaz dərəcə baha olmasına gətirib çıxarır. Bura vergi müfəttişlərinin, polis rəislərinin, "sanepideomoloji" stansiyaların əməkdaşlarının və xüsusi ilə də Mədəniyyət və Turizm Nazirliyinin rəhbər şəxslərinin "yola salınması" üçün xərcələnən pullar “istirahətin qiyməti niyə bahadır" sualına cavab tapmaq üçün "dağa-daşa" düşməyə ehtiyac qalmır.

Azerinews.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47
Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43
Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39
'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13
Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07
“Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56
“Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53
"Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51
“Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45
Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41
Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37
Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35
Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05
Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31
Quru sərhədlər niyə bağlıdır? - DTX və DİN-i əməliyyatı bu suala cavab verdi
Dünən, 23:29
Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik - Tramp
Dünən, 23:25
USAİD hər zaman öz məkrli planları ilə yadda qalıb: - Onun ləğvi mütərəqqi adım olar
Dünən, 22:00
Rusiyada “İntervision” keçiriləcək – Putindən fərman
Dünən, 21:55
Hüquq-mühafizə orqanları Bakıda "Rus Evi"nə nəzarəti gücləndirdi - TƏFƏRRÜAT
Dünən, 21:50
Tiktoker "Əfi" həbs olundu
Dünən, 21:46
Bu həkimlərin “bazarı bağlanır” – Yeni qadağa qüvvəyə minir?
Dünən, 21:45
Un istehsalçıları qiymətləri açıqladı: bahalaşma var... - BELƏ HARA GEDİRİK?
Dünən, 21:42
Kriminal avtoritet Əli Heydərov da orada güllələnmişdi... - Erməni Sərkisyanın partladıldığı binada
Dünən, 19:14
Başınızı qaldırsanız, yumruq gələcək! - Üzəduran Qaroya generaldan cavab
Dünən, 19:09
İrəvan seçim qarşısındadır! - Kreml Ermənistanı cəzalandıracaq
Dünən, 19:00
Həkimin reklam olunmasını dələduzluq hesab edirəm... - ZATƏN BELƏDİR...
Dünən, 18:58
Öləndən sonra yandırılma - Jurnalist vəsiyyət etdi, yazar qorxdu, folklorçu istəmədi
Dünən, 18:07
MN-dəki 143 milyonluq məhkəmə işi ilə bağlı generalın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Dünən, 18:01
Ənvər Həsənov xəstəxanadan evə buraxıldı
Dünən, 18:00
"Özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz..." - Razi Nurullayev Siyavuş Novruzova İTTİHAM
Dünən, 17:52
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - FOTO
Dünən, 17:47
Təhsilsiz kosmetoloqlar və onların gözəllik qurbanları – Özümüzü necə qoruyaq?
Dünən, 17:43
Paşinyan Zəngəzur dəhlizinə RAZIDIR – “Özünü müxalifətdən də sığortalamaq istəyir”
Dünən, 17:41
Moskvada öldürülən Sərkisyanla bağlı ŞOK FAKTLAR - Görün nələr edib!
Dünən, 17:37
QİÇS-lə Mübarizə Mərkəzi yenə `Dadaş-N`ə tender verdi - Bu dəfə 424 min manat...
Dünən, 17:33
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Dünən, 17:27
Banklar müflis olan vətəndaşlara möhlət borcu verə bilərmi? - AÇIQLAMA
Dünən, 17:26
USAID-in sonu - cinayətləri ifşa olunan təşkilat
Dünən, 17:21
İrəvanda oxunan “Qarabağ”: - Milyonlarla Azərbaycan türkünün səsi
Dünən, 17:12
Milli Məclisin Hesablayıcı komissiyasının sədri seçilib
Dünən, 17:07
Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
Dünən, 17:04
Daha bir icra başçısı üçün MƏHŞƏR AYAĞI... - O KİMDİR?
Dünən, 17:02
Azərbaycanda investisiyaların cəlb olunması üçün sığorta azdır - FAKT BUDUR!
Dünən, 16:54
Dəhlizlə bağlı Bakının son tələbi - Ağbəndən sonrakı xətt belə olacaq
Dünən, 16:50
Xatirə İslamın kommunal borcu şok etdi - 960 manata...
Dünən, 16:48
Siyavuş Novruzov İmişlinin icra başçısını qınadı: - "Niyə camaatın qarşısına çıxmadı?"
Dünən, 16:38
Azərbaycanda beş seçki məntəqəsinin nəticələri ləğv edilib
Dünən, 16:35
Bakı Apellyasiya Məhkəməsi “qaş düzəldən yerdə göz çıxardı” – “MTN işi”ndə növbəti biabırçı qərar
Dünən, 16:30
2 ildir boş qalan posta təyin edilən Rüfət Əzizov kimdir? - DOSYE
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru