İşçiləri Kəmaləddin Heydərova qarşı... - İLGİNC FAKTLAR
Tarix: 9-09-2022, 09:42 | Çap et
Əgər bu Nazirliyin tabeli qurumunun birində yaşanan intim olayları bir cür biabırçılıqdırsa, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində şablom xarakterli cavab məktublarının hazırlanması isə, tamam başqa bir biabırçılıqdır Artıq xeyli müddətdir ki, Şamaxı rayonunun Muğanlı kəndində mərhum Rəcəbov Yadigar Ağadadaş oğlugilin ailə üzvlərinə məxsus fərdi yaşayış evi ilə bağlı yaşanan problemin varlığı, bu gün də ölkə gündəmini zəbt edən mövzulardan birinə çevrilib. O halda sual oluna bilər ki, görəsən yaşanan problemin kökündə hansı səbəblər durur ki, problem 2014-cü bugünə kimi öz həllini tapmayıb? Bu yöndə apardığımız araşdırmalardan, FHN-nə ünvanladığımız məktublara verilən rəsmi cavablardan aydın olur ki, indiyə kimi Rəcəbovlar ailəsinin getgələ salınmasında, problemin ədalətli həllini tapmamasında əsas səbəb, məhz FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə Şamaxı Rayon İcra Hakimiyyəti Aparatı əməkdaşlarının qurduqları işbirliyinin varlığıdır. Qeyd edək ki, 2012-ci ilin mart ayında Şamaxı rayonunun Muğanlı kəndi ərazisində torpaq sürüşməsi hadisəsi baş verir və hadisə nəticəsində bu kənddə yaşayan 62 ailənin yaşadığı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi yararsız vəziyyətə düşür. Hadisədən dərhal sonra Muğanlı kəndinin ərazisinə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstitunun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə birlikdə baxış keçirirlər və yarasız vəziyyətə düşmüş evlərlə, həyətyanı torpaq sahələri ilə bağlı akt da tərtib edirlər. Həmin vaxt 47 ailəyə məxsus fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin yararsız vəziyyətə düşməsi, adları çəkilən qurum əməkdaşlarının keçirdikləri birgə baxış zamanı müəyyən edilir və bununla bağlı akt da tərtib olunur. Hətta, tərtib olunmuş akt əsasında 47 ailəyə daha təhlükəsiz ərazidə yeni fərdi yaşayış evlərinin tikilməsi və bununla bağlı FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” İnstituna layihə-smeta sənədlərinin hazırlanması barədə göstəriş də verilir. Az sonra yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 47 ailədə yaşayan şəxslərin ümumi siyahısı dəqiqləşdirilir və hər bir ailə üzvünün sayı barədə toplanmış məlumatlar aidiyyatı üzrə dövlət qurumlarına təqdim olunur.
Qeyd edək ki, 2012-ci ildə baş verən torpaq sürüşməsi hadisəsindən sonra Muğanlı kəndində evləri qəzalı, həyətyanı torpaq sahələri yarasız vəziyyətə düşən ailələrə bağlı tərtib olunmuş siyahıda Yadigar Rəcəbovgilin ailə üzvləri 46-cı sırada (7 nəfər olmaqla) olurlar. Bunları həmin illərdə Muğanlı kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşımış şəxs də, məhz əməkdaşımızla etdiyi söhbət zamanı şifahi formada təsdiq edir. Onu da bildirək ki, inşa olunacaq yeni fərdi yaşayış evləri ilə bağlı layihə-smeta sənədləri hazırlandıqdan sonra, Muğanlı kəndinin daha təhlükəsiz ərazisində yaşayış evlərinin inşaasına başlanılır və büdcə vəsaitiləri hesabına tikilən evlər 2014-cü ildən başlayaraq zərərçəkən ailələrə paylanılır. Tərtib olunmuş siyahıda Yadigar Rəcəbovgilin 7 nəfərdən ibarət ailə üzvləri 46-cı sırada olsalar da, son anda Şamaxı RİH bu ailə üçün inşa olunmuş evi onlara deyil, məhz başqa bir ailəyə verirlər. Belə olan halda Yadigar Rəcəbov ailə üzvləri adından möhtərəm Prezidentə, FHN-nə, Şamaxı RİH Aparatına şikayət ərizələri göndərir və bu cür ədalətsiz yanaşma ilə bağlı aidiyyatı dövlət qurumlarını da məlumatlandırır. Diqqəti cəlb edən hal o olur ki, Rəcəbovlar ailəsinə verilməli olan evə yerləşdirilmiş başqa bir ailə, üç gündən sonra Şamaxı RİH Aparatı əməkdaşlarının iştirakı ilə həmin evdən çıxarılır və ev ötən 8 il ərzində boş qalır. Redaksiyamıza daxil olan məlumatlara görə, Rəcəbovlar ailəsinə verilməli olan evdən çıxarılmış həmin ailə, son 4-5 gün ərzində hansısa qüvvələrin himayədarlığı sayəsində gecə saatlarında təkrar həmin evə yerləşdirilir.
Bütün bunlardan əlavə, Yadigar Rəcəbovun sonuncu dəfə yazmış olduğu ərizəsinə 23 iyun 2022-ci il tarixdə Şamaxı RİH Aparatının baş memarı cənab Ceyhun Əbilhəsənovun imzası ilə təsdiq olunmuş Ş-06-1147 saylı məktubla cavab verilir və məktubda qeyd olunur ki, “Evlər paylanana qədər sizə məxsus fərdi yaşayış evinizlə bağlı FHN-nin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirmişlər və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanmışdır”. Zərərçəkən şəxsgilə bu cür gülünc, bu cür ucuz və əsassız cavabın verilməsinə baxmayaraq, ailə üzvlərinin bildirdiklərinə görə sürüşmə baş verən vaxtlarda FHN-i, Baş Nazirin müavinləri və digər rəsmi şəxslər Muğanlı kəndində olurlar, yerində araşdırma işləri aparırlar və şəxsən Rəcəbovgilin həyətində iclas da keçirirlər. Həmin vaxt bu ailəyə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması da müəyyən olunur. Faktdır ki, Şamaxı rayonunun Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir və tərtib olunmuş siyahı əsasında yeni inşa olunmuş fərdi yaşayış evləri 2014-cü ildə zərərçəkən ailələrə paylansa da, həmin vaxt Yadigar Rəcəbovun ailəsinə ev almaq nəsib olmur. Çünki, istər bu şəxsin özü tərəfindən, istərsə də redaksiyamız tərəfindən müxtəlif dövlət qurumlarına, ələlxüsus FHN-nə ünvanlanan məktublara verilən cavablarda qeyd olunur ki, “Evlər paylanana qədər sizə (Yadigar Rəcəbovgilə) məxsus fərdi yaşayış evinizlə bağlı Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəsisləri tərəfindən akt tərtib olunmamışdır. Bu yöndə akt tərtib olunmadığından ilkin siyahıda adınızın olmasına baxmayaraq, sonradan adınız siyahıdan çıxarılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə fərdi yaşayış evinizə viziual texniki baxış keçirilmiş və 03 mart 2014-cü il tarixdə müvafiq akt tərtib edilmiş və həmin aktda fərdi yaşayış evinizin qəzalı vəziyyətdə olması qeyd olunmuşdur. Sizin fərdi yaşayış evinizlə bağlı akt tərtib olunana qədər yeni tikilmiş evlər vətəndaşlara paylanılmışdır”. O halda ortaya belə bir sual çıxır ki, axı Muğanlı kəndində torpaq sürüşməsi hadisəsi 2012-ci ilin mart ayında baş verir? Hansı səbəbdən həmin vaxtlarda Yadigar Rəcəbovgilin yaşadıqları evin sağ-sol hissəsində yaşayan qonşuların evləri ilə bağlı akt tərtib olunur, amma bu şəxsin evinə 03 mart 2014-cü il tarixdə vizual baxış keçirilir və akt da tərtib olunur. Hətta, tərtib olunmuş aktda Rəcəbovgilin ailə üzvülərinə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətdə olması da qeyd olunur. Bundan əlavə, ortaya başqa bir sual da çıxır ki, Rəcəbovgilin ailə üzvülərinə məxsus fərdi yaşayış evinə vizual baxış keçirib akt tərtib etmək hansı səbəbdən 2014-cü ilə saxlanılır? Sözsüz ki, bütün bunların hər biri ortaya müxtəlif sualların çıxmasına da səbəb olur. Qeyd edək ki, Rəcəbovlar ailəsindən deryaz.az-ın redaksiyasına daxil olan şikayət ərizəsi əsasında, 25 iyul 2022-ci il tarixdə bəzi problemlərin varlığına aydınlıq gətirilməsi məqsədilə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri cənab Cəbrayıl Xanlarova məktubla müraciət etdik. Düzdür, uzun müddətli çəkçevirdən, dəfələrlə telefon danışıqlarından sonra adı çəkilən bu dövlət qurumundan rəsmi qaydada cavab əldə edə bilməsək də, son anda hazırlanmış şablom xarakterli cavab məktubunun surətini əldə edə bildik. Təəssüf və təəccüb doğuran hal odur ki, deryaz.az-ın redaksiyasından ünvanladığımız № 529 saylı məktubda konkret bir neçə məsələlər barədə suallar yazıb lazımi cavab əldə etmək xahişimizi qarşı tərəfə çatdırsaq da, bu Agentliyin rəis müavini cənab Elxan Əsədovun imzası ilə təsdiq olunmuş 18 avqust 2022-ci il tarixli № 37/36-05763 nömrəli cavab məktubunda təkrar söz yığnağından ibarət cavab yazılmışdır. Bu da onu sübut etməyə əsas verir ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bəzi rəsmi şəxsləri, məhz bu cür addımları ilə Kəmaləddin Heydərova “badalaq gəlib”, cənab Nazirin işgüzar fəaliyyətinə kölgə salmaqla məşğul olurlar. Digər tərəfdən, bu dövlət qurumuna ünvanladığımız məktuba başdansovdu, qeyri-ciddi cavabın hazırlanması da onu sübut edir ki, qeyd olunan problemin ədalətli qaydada həllini tapmamasında, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində çalışan bəzi şəxslərin hansısa maraqları var. Əgər bu belə olmasaydı, o halda ünvanladığımız məktuba doğru-dürüst cavab verilərdi.
Deməli, belə bir halların, bu kimi yanaşmaların varlığıdır ki, son vaxtlar FHN-də baş verən iyrəncliklər geniş ictimaiyyətin əsas müzakirə mövzusuna çevrilmişdir. Əgər bu Nazirliyin tabeli qurumunun birində yaşanan intim olayları bir cür biabırçılıqdırsa, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanladığımız məktuba şablom xarakterli cavabın hazırlanması isə, tamam başqa bir biabırçılıqdır. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Azərbaycan Respublikasının fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov, həm bu kimi halların varlığına, həm də ünvanına göndərdiyimiz məktubda qeyd etdiklərimizə lazımınca diqqət yetirib, qısa zaman kəsiyində müvafiq qərarını verəcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
P. S. Hörmətli oxucular! Biz bu mövzuya yenidən qayıdacağıq və növbəti yazılarımızda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində qol qoyulan bir çox maxinasiyalar barədə məlumatları, məhz hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Deryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58 |
|
|
|
• "Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05 |
|
|
|
• İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
• Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00 |
|
|
|
• Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59 |
|
|
|
• Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56 |
|
|
|
• USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54 |
|
|
|
• ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46 |
|
|
|
• USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38 |
|
|
|
• Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34 |
|
|
|
• Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30 |
|
|
|
• Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20 |
|
|
|
• Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18 |
|
|
|
• Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15 |
|
|
|
• Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11 |
|
|
|
• "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09 |
|
|
|
• Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06 |
|
|
|
• İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59 |
|
|
|
• Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55 |
|
|
|
• İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50 |
|
|
|
• Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44 |
|
|
|
• Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41 |
|
|
|
• Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35 |
|
|
|
• Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34 |
|
|
|
• Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33 |
|
|
|
• İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24 |
|
|
|
• İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20 |
|
|
|
• “Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17 |
|
|
|
• "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16 |
|
|
|
• Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13 |
|
|
|
• İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08 |
|
|
|
• Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07 |
|
|
|
• Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54 |
|
|
|
|