Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                     Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası .....                     Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu .....                     Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! .....                     Abşeron-Xızı təhsilində yepyeni macəralar... .....                     "Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" .....                     Ermənistan futbolunda həbslər başlayır: .....                     İrəvan meriyasında əməliyyat keçirilib, .....                     Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə .....                     İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? .....                     Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək .....                     Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... .....                     Maskın işçiləri USAID-in məxfi otağına daxil olub .....                     Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib .....                     Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… .....                     İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? .....                     İki yeniyetməni zorladı, biri intihar etdi .....                     “Qumar kralı” Şəkili Yusif .....                     "150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ .....                     Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... .....                     İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib .....                     Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib .....                     Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir .....                     "ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra .....                 

Siz kimə tabesiniz, Kərəm Mustafayev: Ali Baş Komandana, yoxsa «Xan» həzrətlərinə? - BU NƏDİ BELƏ?
Tarix: 22-10-2022, 10:14 | Çap et
Siz kimə tabesiniz, Kərəm Mustafayev: Ali Baş Komandana, yoxsa «Xan» həzrətlərinə?
Son vaxtlar Naxçıvan Muxtar Respublikasında maraqlı hadisələr baş verir. İddialara görə, muxtar respublikada fəaliyyət göstərən bir sıra şirkətlərdə yoxlamalar aparılır, ciddi nöqsanlar aşkara çıxarılır.

Naxçıvanda baş verən hadisələr barədə xəbər tutmaq, rəsmi informasiyanın verilib-verilmədiyini öyrənmək üçün muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini diqqətlə izləyirik. Son günlər yerli mediadakı bir məqam TNS-i əməkdaşlarının diqqətini xüsusilə cəlb edib.

Bildiyimiz kimi, əvvəllər Ali Məclisin sədri Vasif Talıbovun muxtar respublikada keçirilən rəsmi tədbirlərdəki çıxışları media vasitəsilə geniş ictimaiyyətə təqdim edilirdi. Vasif Talıbovun çıxışlarını təkcə muxtar respublikanın yerli mediası deyil, ölkəmizin kütləvi informasiya vasitələri, xüsusilə Azərbaycan Dövlət İnformasiya Agentliyi də yayımlayırdı. Həm muxtar respublikanın yerli kütləvi informasiya vasitələrini, həm də Azərbaycan mediasını izləyənlər görür ki, bir neçə vaxtdır, Vasif Talıbov keçirilən rəsmi tədbirlərdə çıxış etmir. Hər halda mediada belə təqdim olunur.

Məsələn, sentyabrın 26-da Sirab kəndində keçirilən açılış mərasimlərində, oktyabrın 5-də Naxçıvan şəhərində uşaq bağçasının açılışında, oktyabrın 18-də Şahbuz rayonunda keçirilən rəsmi tədbirlərdə Vasif Talıbovun çıxışını media təqdim etməyib. Bəs Vasif Talıbov tədbirlərdə niyə çıxış etmir? İctimaiyyət qarşısındakı çıxışlarının yayımlanmasında maraqlı olan, bu məsələyə xüsusi həssaslıqla yanaşan Vasif Talıbov birdən-birə niyə tədbirlərdə nitq söyləməyi dayandırıb? Açığı bu suallar bizi çox düşündürürdü.

Bir az araşdırma apardıqdan sonra məlum oldu ki, əslində Vasif Talıbov əvvəlki kimi keçirilən tədbirlərdə çıxış edir. Sadəcə olaraq, onun çıxışları muxtar respublikanın rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzetində, “Nuhçıxan” İnformasiya Agentliyində, eləcə də ölkə KİV-lərində yayımlanmır. Yəni Ali Məclisin mətbuat xidməti yaydığı xəbərlərdə Vasif Talıbovun çıxışlarını təqdim etmir. Amma... Bax elə məsələnin maraqlı tərəfi də burdadır. Sən demə, Vasif Talıbovun çıxışları yerli mediada yayımlanırmış. Yalnız Naxçıvan televiziyasında. Hətta bu çıxışlar Naxçıvan televiziyasının YouTube kanalında belə yerləşdirilmir. Yəni yalnız daxili auditoriyaya hesablanıb. Bu zaman isə başqa suallar ortaya çıxır. Vasif Talıbovun iştirakı ilə keçirilən tədbirlərdə, onun çıxışlarında cəmiyyətə hansı mesajlar ötürülür ki, onların Azərbaycan miqyasında təqdim edilməsi “məsləhət deyil”? Yaxud Vasif Talıbov niyə öz çıxışlarının yalnız Naxçıvan sakinləri tərəfindən eşidilməsini istəyir? Bunlar həm maraqlı, həm də ciddi suallardır. 30 ilə yaxındır ki, muxtar respublikaya rəhbərlik edən Vasif Talıbovun bu qərarı sıradan bir qərar kimi qəbul edilə bilməz. Əgər Vasif Talıbov belə bir qərar qəbul edibsə, bunun çox ciddi səbəbləri vardır.

Son günlər Ali Məclis sədrinin Naxçıvan televiziyasında yayımlanan tədbirlərini, çıxışlarını izlədikdən sonra bu suallara müəyyən qədər cavab tapdıq. Ancaq indi təqdim edəcəyimiz faktlar da məsələnin mahiyyətini tam açmır.

Deməli, oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Havuş və Buzqov bölgələrindəki hərbi hissələrdə olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb. Həmin tədbir də Naxçıvan televiziyasında geniş işıqlandırılıb. Vasif Talıbovun hərbi hissələrə gedişindən hazırlanan reportajda həm onun, həm də əsgər və zabitlərin çıxışları Naxçıvan ictimaiyyətinə təqdim edilib. Kapitan Elgiz Yusifli Vasif Talıbovun qarşısında çıxış edərək deyib: “Çox hörmətli cənab Ali Məclisin sədri! Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən tədbirlər istər hakim yüksəkliklərdə, istərsə də daimi yaşayış məntəqələrində eyni səviyyədə görülür. Şəxsi heyət sizin qayğınızla daha da qürurlanır. Sizin qayğınızla torpaqlarımız ayıq-sayıq müdafiə olunur”.

Goranboy rayonundan olan əsgər Nicat Həmidli çıxışında Vasif Talıbovu daha da göylərə qaldıraraq deyib: “Fəxr edirəm ki, bu gün Naxçıvanda, ulu torpaqlarımızda sizin müdrik idarəçiliyiniz altında xidmət aparırıq. Əsgər yoldaşlarım adından sizi əmin edirəm ki, düşmənin istənilən təxribatının qarşısnı almağa hər zaman hazırıq”.

Maraqlıdır ki, bu çıxışların heç birində Azərbaycan Respublikasının Prezidenti, bu hərbçilərin Ali Baş Komandanı İlham Əliyevin adı çəkilməyib. Aydın məsələdir ki, Naxçıvanda aparılan ordu quruculuğu da, görülən digər işlər də Prezident İlham Əliyevin diqqət və qayğısı ilə, nəzarəti altında həyata keçirilir. Bəs o zaman hərbçilər görülən işlərə görə, niyə Prezident İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq edir? Bu hərbçilərə belə danışmağı kim öyrədib? O əsgər bilmirmi ki, Ali Baş Komandanın rəhbərliyi altında xidmət aparır? Bilirsə, niyə Vasif Talıbovun müdrik idarəçiliyindən danışır? Biz bilirik ki, həmin hərbçilərin çıxışları dəfələrlə yoxlanılıb, onları tədbirdən əvvəl dəfələrlə dinləyiblər. Heç şübhə yoxdur ki, bu çıxışlarda nədən danışalacağı ilə bağlı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayev məlumatlı olub. Bəs birbaşa Ali Baş Komandanın təyin etdiyi Kərəm Mustafayev hərbçilərinə niyə İlham Əliyevə deyil, Vasif Talıbova minnətdarlıq etməyi tapşırıb? İndi burdan soruşuruq: Siz kimə xidmət edirsiniz, cənab general?

Əgər bu çıxışlar televiziya vasitəsilə yayımlanmasa idi, bunu anlamaq olardı. Ancaq açıq-açığına ölkə rəhbərinin adını çəkməməklə hörmətsizlik etmək, özünü qabardıb muxtar respublika əhalisinə nəsə mesaj ötürmək başqa mətləblərdən xəbər verir.

Hörmətli oxucularımız yəqin ki, Vasif Talıbovun çıxışlarının niyə Azərbaycan KİV-lərində təqdim edilmədiyinin, ölkə ictimaiyyətindən gizlədildiyinin fərqinə vardı. Deməli, o, daxili auditoriyaya hesablanmış çıxışlar edir, mövqeləri zəiflədiyindən ölkə rəhbərliyini qıcıqlandırmamaq üçün bu çıxışların Azərbaycan miqyasında təqdim olunmasına imkan vermir. Beləliklə,Vasif Talıbov daxili auditoriyaya, Naxçıvan sakinlərinə deyir ki, siz heç kimə əhəmiyyət verməyin, buranın yiyəsi-sahibi də, rəhbəri də mən özüməm. Vasif Talıbovun bu yanaşması isə qəbuledilməzdir. Görək, onun bu hərəkətlərinə siyasi hakimiyyət nə qədər dözəcək?

Ovqat.com-un qısa əlavəsi:

Yeri gəlmişkən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu il iyul ayının 1-də maraqlı bir Sərəncam imzalamışdı. Sərəncama əsasən, ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə, Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişan ilə təltif edilmişdı. Maraqlıdır ki, Azərbaycanın rəsmi hərbi nişanları arasında belə bir mükafat mövcud deyil. Sadəcə, Ali Məclis sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı təsis edilib ki, bu mükafatın adında da «qızıl» sözü yoxdur. Belə görünür, Ali Məclisin sədri Vasif Talıbov Kərəm Mustafayevin «Naxçıvana xidməti»ni elə feyzyab olub ki, hətta onun fəaliyyətini qanunvericilikdə mövcud olmayan nişanla mükafatlandırıb.
//Ovqat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:50
Paşinyan Bakıya təzyiq etməməyi xahiş edəcək - Sərkisyan
Bu gün, 11:44
Məhkəm sistemi QAZİLƏRƏ QARŞI... - AXI NİYƏ?..
Bu gün, 11:41
Maskın işçiləri USAID-in məxfi otağına daxil olub - “Bloomberg”
Bu gün, 11:35
Ukrayna, Gürcüstan, Ermənistan USAID-in "demokratiyasından" əziyyət çəkib - Dövlət Dumasının sədri
Bu gün, 11:34
Samux Rayon Mərkəzi Xəstəxanasında qəribə “alış- veriş”… - 125 min manat hara xərclənib?
Bu gün, 11:33
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? – Qalmaqal yaradan olay...
Bu gün, 11:24
İki yeniyetməni zorladı, biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT
Bu gün, 11:20
“Qumar kralı” Şəkili Yusif - Həbs edildi
Bu gün, 11:17
"150 manatlıqsan" dedi, verilişdə QIRĞIN DÜŞDÜ - VİDEO
Bu gün, 11:16
Naxçıvanda FHN sahibkarlara `RACON KƏSİR`... - "Tez-tez gəlib müxtəlif bəhanələrlə..."
Bu gün, 11:13
İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:08
Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski
Bu gün, 11:07
Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir - İNCƏLƏMƏ
Bu gün, 10:54
"ABŞ-dan deportasiya olunan şəxslər Azərbaycana daxil olduqdan sonra barələrində yoxlama aparıla bilər"
Bu gün, 10:48
Pərviz Bülbülə lüks avtomobilində belə görüntüləndi - VİDEO
Bu gün, 10:43
"Yaxşı, bəs gəliri az olan insanlar nə etsinlər?" - ETİRAZ VAR...
Bu gün, 10:40
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin! - Milli Qəhrəmanın ATASI
Bu gün, 10:29
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub - ƏMR
Bu gün, 10:26
“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir - DİQQƏT!
Bu gün, 10:25
Yazıçı-jurnalist Bəhram Çələbi vəfat edib
Bu gün, 10:18
AZAL təyyarəsinin Rusiyanın hava məkanında vurulması inkar edilməsi mümkün olmayan faktdır – ŞƏRH
Bu gün, 10:17
"İndi amerikalılar özləri etiraf edirlər ki..." - deputat
Bu gün, 10:16
“ForFinance” adlı BOKT yaradıldı – 1 milyon manat nizamnamə kapitalı ilə!
Bu gün, 10:13
Rusiyada bu gündən miqrantlarla bağlı sərtləşdirilmiş qaydalar qüvvəyə minib
Bu gün, 10:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru