![AZAL-da CƏNGƏLLİK QANUNLARI... AZAL-da CƏNGƏLLİK QANUNLARI...](/uploads/posts/2022-11/thumbs/1668663286_0001.jpg)
DİA.AZ: - "Hər bir azərbaycanlı kimi şikayətim AZAL-dan, yerli hava yolu şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Bulud Fətullayev adlı istifadəçi giley edir.
![AZAL-da CƏNGƏLLİK QANUNLARI... AZAL-da CƏNGƏLLİK QANUNLARI...](/uploads/posts/2022-11/thumbs/1668663292_01.jpg)
Daha sonra narazı vətəndaş yazır: "Bu səfərki şikayətim aviabiletlərin bahalılığndan deyil, personalın onlara əmanət olunan əşyalara bivec yanaşmalarındandır. Üzərində “Fragile” etiketi olan bir çamadana bu cür münasibət göstərilirsə etiketi olmayanları siz düşünün.
![AZAL-da CƏNGƏLLİK QANUNLARI... AZAL-da CƏNGƏLLİK QANUNLARI...](/uploads/posts/2022-11/thumbs/1668663277_02.jpg)
Şikayətimi bildirdim və mənə verilən cavab belədir: əvvəllər çamadanlar yenisiylə əvəz olunsa da indi artıq təmirə yollanılır və uzun müddət təmirdə qalır, nə siz özünüzü yorun nə də bizi.
İndiyədək yetəri qədər şikayət bölüşülüb , müqayəisələr edilib, xidmətin sıfırlığından və meşə qanunlarından danışılıb bu barədə üzərinə əlavə edəcəyim hər hansısa bir cümləni havaya sovurmuş kimi qəbul edirəm".
![AZAL-da CƏNGƏLLİK QANUNLARI... AZAL-da CƏNGƏLLİK QANUNLARI...](/uploads/posts/2022-11/thumbs/1668663332_03.jpg)
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...