Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? .....                     “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” .....                     "Uşağın şüuraltısı pozulur" .....                     İran-Azərbaycan münasibətləri normallaşacaq? .....                     Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb .....                     Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib .....                     “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” .....                     Azərbaycanda məktəblər pullu olacaq? .....                     Maliyyə Nazirliyinin tenderləri ləğv edilir .....                     Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... .....                     İcra başçısı həmin gün harada olub? .....                     Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub .....                     “Zevs”in qardaşı hakim qarşısına çıxır .....                     Həkimdən deputata cavab: .....                     Eçmiədzindəki qondarma “Artsax bayrağı” .....                     Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı .....                     "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..." .....                     Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? .....                     Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     Mesaj verildi: .....                     Ermənistan buna qarşı çıxsa... .....                     Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? .....                     "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" .....                     Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? .....                     Tramp və Putin niyə hələ də görüşməyib? .....                     İlyas İsmayılovun son durumu açıqlandı .....                     Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? .....                     Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar .....                     Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı .....                     İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? .....                     Tiktokda “Bakcell”in adından dələduzluq edilir .....                     “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü .....                     Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs .....                     "Paşinyan türklərin ayaqlarına düşür" .....                     “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” .....                     Rövşən Mehdiyev həbsdə qaldı .....                     USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? .....                     “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? .....                 

Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var... - ŞOK FOTOFAKT!
Tarix: 20-06-2023, 08:29 | Çap et
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Heç kəsə sirr deyil ki, ilbəil dövlət büdcəsindən həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır.

Vətəndaşlara tibbi xidmətlər də TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyindəki tibb müəssisələrində Xidmətlər Zərfi çərçivəsində göstərilir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır.

Xatırladaq ki, TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən (göstərilən xidmətlərdən) əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir.

***

...Son 20 ildə ölkədə 800-dək xəstəxana binası ya yenidən tikilib, ya da əsaslı təmir olunub.

Bəziləri isə uzun illərdir onlara da diqqət ayrılacağı, daha doğrusu, həmin xəstəxanalara üz tutanlar da, tibb işçiləri də şəraitsizlikdən can qurtaracağı günü gözləyirlər...

Bunlardan biri də Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası kimi yaddaşlarda qalan 4 saylı xəstəxanadır. Əslində bu xəstəxanadakı vəziyyətlə tanış olmaq üçün elə birinci mərtəbəsindəki liftinə daxil olmaq kifayətdir: əlbəttə, əgər daxil ola bilsəniz. Yarımçıq açılan liftin qapılarından qol-qanadınız əzilmədən içəri keçmək böyük hünər tələb edir, hətta deyərdik ki, akrobatik ustalıq...

Hələ xəstəxanaya təcili tibbi yardım maşınlarında gətirilmiş xəstələri (əsasən insult) arabaya əyləşdirib 3-cü mərtəbədə yerləşən nevrologiya şöbəsinə qaldırmaq da tibb işçilərindən xüsusi bacarıq tələb edir: həm qapıları tutaraq özünü içəri salmalı, həm də arabadakı xəstəni silkələyə-silkələyə, təkərlərini yerdən qaldıraraq yerləşdirməyi bacarmalıdır. Bu zaman ən azı 2 nəfər həmin yarımcan xəstəni liftə qəzasız-bəlasız keçirib - düşürmə “əməliyyatını” həyata keçirməlidir (adi vaxtda çox adam qorxudan liftə yaxın düşməyib pilləkənlərdən istifadəyə önəm verir).

Uzun illər, sabiq səhiyyə nazirinin dönəmində belə əldən düşmüş, sökülüb–dağılmış, taleyin ümidinə buraxılmış xəstəxananın halına yanan olmayıb. Hansı ki, bu gün də xəstəxananın nevrologiya şöbəsində qazilər, hərəkət məhdudiyyəti olan əlillər, insult keçirmiş xəstələr müalicə olunurlar. Otaqların, koridorların suvağı tökülmüş divarları, tavanları, linoliumu nimdaşlaşmış, qopub cırılmış döşəmələri, bərbad palata qapıları, ayaqyolundakı şəraitsizlik göz çıxarır.

Hətta yataq xəstələri üçün çanaq (unitaz) rolunu oynayan oturacağı xüsusi ovulmuş köhnə stullar xidmət göstərir, hansı ki, 21-ci yüzillik üçün xəstəxanadakı “ixtiraçıların” ən müasir kəşfi sayıla bilər...

Ayağı çəliklə yer tutan, lakin dizdən qatlamaqda çətinlik çəkən xəstələrə isə ayaqyolundakı yer çanaqları “xidmət göstərir” (kişilərin bu sarıdan bəxti gətirdiyi bildirilir - onların ayaqyolunda oturacaqlı çanaqların olduğu deyilir...), əlbəttə, ayaqlarını qatlaya bilməyənlərə təklif olunur ki, bir nəfər özü ilə xidmətçi gətirsin və onlar üçün çarpayı pulu 12 manat ödəməklə həmin “son model stul-qarşoklardan” istifadə etməsinə yardımçı olsunlar. Buna isə bir çoxunun nə maddi imkanı yol verir, nə də işsiz-gücsüz ailə üzvü tapa bilirlər... Seçim isə sənindir: ya müalicə olunmaq üçün qulluğunda dura biləcək – “qarovulçu” tapmalısan, ya da müalicədən imtina barədə kağıza qol çəkib gedə bilərsən...

Məsələn, xəstəxananın adı çəkilən şöbəsində müalicə alan 2-ci qrup əlil, şəhid anası Xəlilova Bəyim bildirir ki, müalicədən çox razıdır, amma şəraitsizlikdir.

“49-cu məhəllədə yaşayıram. Xəstəliyimlə əlaqədar mən şəkər xəstələri üçün olan xəstəxanada müalicə olunmalıydım, amma yer olmadığı üçün göndərdilər Sumqayıtdakı 45 saylı xəstəxanaya, orada da yer tapılmadı deyə bura gətiriblər... Mən yeriyə bilmirəm, zorla, əsa ilə gəzirəm, mənim burada xidmətimdə dura biləcək adamım da yoxdur, çünki hamı işləyir. Burda isə şərait yoxdur – unitaz da yoxdur, ancaq yerdəndir”, - deyə Bəyim xala bildirir.

O, üzrxahlıq edərək əlavə edir ki, 4 gündür xəstəxanada yatır, amma unitaz yerdən olduğuna görə istifadə edə bilmir və buna görə də çalışır ki, az yemək yesin(?!)...

“Mən öturub-dura bilmirəm. Qorxuram ki, tavandakı kərpic başıma düşə”, - deyir ağbirçək qadın.

Bəyim xala dava-dərmanının hamısının xəstəxana tərəfindən verildiyini, hər gün masaj olunduğunu, fizioterapiyadan istifadə etdiyini, tibbi personaldan razı olduğunu bildirir.

Lakin bütün xəstələr Bəyim xala kimi dava -dərmanla əhatə olunmayıb. Misal üçün, insult xəstələri xəstəxanaya çatan kimi ailə üzvləri çağırılır və 10 günlük resept yazılaraq onlara verilir. Çünki insult xəstələri üçün həyati əhəmiyyət daşıyan iynələrin bir çoxu xəstəxanada yoxdur və əgər bu dərmanlar alınıb verilməzsə, müalicə başlanılmayacaq. Müalicə alan xəstənin bəzi iynələri xəstəxanadan verilsə də, əksəriyyəti (MAHH�?Т-i apteklərdən belə, tapmaq müşküldür, hansı ki, beyin üçün vazkeçilməz preparatdır və mütləq lazımdır) aptekdən alınmalıdır, hətta 2 və 5 qramlıq şprislərədək, çünki onlarda əsasən 10 qramlıq şprislər olur.

Ümumiyyətlə, illərlə baxımsızlıqdan bərbad vəziyyətə düşmüş xəstəxananın adı çəkilən şöbəsinin ayaqyolunda ən adi – oturacaqlı çanaq (unitaz) belə yoxdur, yaxud da yataq xəstələrinə vacib lazım olan, həm də qiyməti çox ucuz olan oturacaqlı, daşınan plastik olanları da...

Burada plastik unitazları ortası dairəvi ovularaq kəsilmiş köhnə stullar və vedrələr əvəzləyir – həmin stulların taxta kənarlrından isə mismarlar çıxır.

Qeyd edək ki, xəstəxanada reanimasiya şöbəsi olmadığı üçün insult (beyin qan dövrnının kəskin pozulması) xəstələrinin yanında mütləq bir nəfər qoymaq tələb olunur. Xəstənin yaxınlarına bildirilir ki, onlara baxmağa (yedirtmək, unitaza əyləşdirmək və s.) tibbi personalları yoxdur. Mütləq kimsə işdən icazə alıb, yaxud günəmuzd çalışandırsa çörək pulundan olub xəstəsinin xidmətində durmalıdır – evindəymiş kimi. Və icbari tibbi sığortaya əsasən (belə izah olunur) xəstənin yanında qalacaq şəxsə veriləcək çarpayı üçün gündəlik 12 manat pul da ödəməlisən. Hesablasaq ki, xəstə tam müalicə kursu almaq üçün bəzən 21 gün stasionarda yatmalıdır, demək ki, yanında gecələyən üçün 252 manat pul ödənilməsi deməkdir. Üstəgəl dava-dərman, işə getməyib itirdiyin günlərin pulları, xəstənin yanında qalan şəxsin də ehtiyaclarını ödəmək üçün yanına gəlib-getmək və s. Və buna görə də bu şəraitsiz yerdən hamı maksimum tez bir zamanda can qurtarmağa – xəstəsini ev şəraitində ayağa qaldırmağa çalışırlar.

Xatırladaq ki, 4 saylı xəstəxananın birinci mərtəbəsinin bir hissəsində (4-cü mərtəbəsində də olduğu deylir) 19 məcburi köçkün ailəsinin məskunlaşdığı deyilir. Hazırda 1-ci mərtəbədə yaşayanlar da var. Məlumatlara görə, xəstəxanada əsaslı təmirin məcburi köçkünlərin doğma yurdlarına dönəcəkləri vaxtdan sonra başlanacağı bildirilir.

Amma bu, xəstəxanada ən sadə təmirin belə, aparılması üçün, yaxud ayaqyoluna çox ucuz qiymətə olan oturacaqlı çanaq qoymaq, liftin qapılarını təmir etmək... üçün bəhanə ola bilərmi?

Əslində fotolar xəstəxananın inanılmaz bərbad vəziyyətdə olduğunun göstəricisidir və əlavə şərhə də ehtiyac yox idi.

Biz isə yazdıq, dedik bəlkə bu zavallı insanların üz tutduğu xəstəxanaya rəhmi gələn tapılar, tez bir zamanda minimum problemlər belə, həllini tapmış olar..

Onu da əlavə edək ki, 4280 m² sahəsi olan 4 saylı xəstəxana ötən il yanğına məruz qalmış və 15 nəfər tüstüdən zəhərlənmişdi.

P.S. Deyilənə görə, müstəqillik illərindən bir qədər əvvəl məşhur alim Xudu Məmmədov xəstəliyi ilə əlaqədar Bakıda fəaliyyət göstərən xəstəxanalardan birinə yerləşdirilir. Alimin müalicə aldığı xəstəxana o qədər bərbad vəziyyətdə olur ki, dillə təsvir olunası deyilmiş, hətta tarakanlar da stolun üstündə rahatca qarınlarını doyururmuş... Xəstəxanada müalicə olunduğunu eşidəndə dostu, Xalq şairi Bəxtiyar Vahabzadə Xudu Məmmədovu yoluxmağa gəlir və ora çatan kimi alimi məzəmmət edir ki, niyə indiyədək burada müalicə alması barədə xəbər verməyib?

Xudu müəllim isə üzünü ona tutaraq “Bəxtiyar, mən bu günlər ərzində bir şeyi kəşf etdim – sən demə, bu cür bərbad, zir-zibilli, tarakanlı... xəstəxanada insanlar müalicə olunaraq sağalıb evə gedirlərmiş”....
//tezadlar.az//

Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...
Sumqayıtdakı Bərpa Müalicə Xəstəxanası: Buraların özünün bərpaya ehtiyacı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05
“Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03
"Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34
İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32
Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27
AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26
Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15
Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51
“Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02
Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00
Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58
Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14
İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10
Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06
“Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03
Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58
Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52
Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43
"O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40
Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36
Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30
Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22
Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16
Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08
"6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59
Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56
İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53
Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48
Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43
Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41
İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39
Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36
“Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32
Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24
"Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22
“Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18
Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09
USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04
“Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00
İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50
“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45
1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Dünən, 15:38
Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Dünən, 15:37
USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Dünən, 15:32
Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Dünən, 15:31
"Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Dünən, 15:28
Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru