Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                     AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' .....                     İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ .....                     “Niyə özümüzə hörmət etmirik?” .....                     Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                 

Lisey kollektivinin Mikayıl Cabbarovdan imdad diləyən şok müraciəti - BÖHRAN
Tarix: 5-02-2014, 12:44 | Çap et
Lisey kollektivinin Mikayıl Cabbarovdan imdad diləyən şok müraciəti
Etiraf etmək lazımdır ki, respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də bu vəzifəni icra edəcək şəxslərə qarşı irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Biz dəfələrlə bu problemə toxunaraq Bakıda fəaliyyət göstərən bir neçə peşə liseyində vəziyyətin son dərəcə arzuolunmaz bir duruma gəldiyindən söz açmışdıq. Məlum olduğu kimi son vaxtlar fəaliyyətində böhranlı vəziyyət yaşanan tədris müəssisələrindən biri kimi mətbuat səhifələrində 12 saylı Bakı Peşə Liseyinin də adı çox hallanmaqdadır.

Bu günlərdə isə redaksiyamıza bu liseyin kollektivi tərəfindən imzalanmış bir məktub daxil olmuşdur. Həmin məktubda kollektiv üzvlərinin Təhsil naziri Mikayıl Cabbarova ünvanladıqları müraciət də öz əksini tapmışdır. Əslində müəlliflər bu məktubun DİA.AZ vazitəsilə olduğu kimi yayılmasını istəmişdilər. Lakin ifadələrin həddindən artıq kəskin olduğunu nəzərə alaraq biz mətni bir qədər redaktə etməyi, bəzi yerlərdə isə öz şərhlərimizə əsaslanmağı qərara aldıq. Qeyd etmək istərdik ki, mətnlə tanış olarkən ilk diqqətimizi cəlb edən məqam yazı müəlliflərinin emosional gərginliyi oldu. Bu isə 12 saylı Bakı Peşə Liseyində vəziyyətin həqiqətən də ağır durumda olmasından xəbər verirdi.

Məktub müəllifləri öz müraciətlərinə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatları dəstəklədiklərini bildirməklə başlasalar da, artıq növbəti sətirlərdə 12 saylı liseydə yer almış neqativ hallar diqqət mərkəzinə gətirilir:

“Hörmətli Mikayıl müəllim! İlk öncə rəhbərliyiniz altında təhsil sahıəsində fəal şəkildə həyata keçirilən səmərəli islahat və dəyişikliklərə ğörə Sizə xüsusi minnətdarlığımızı bildirmək istəyirik. Müstəqil Azərbaycanımızın ən önəmli sahələrindən biri olan təhsil sistemində inkişafa əngəl törədən neqativ halların qarşısının alınması işində Sizin rəhbərliyinizə böyük ümidlər bəsləyirik. Buna görə də bildirmək istəyirik ki, təhsil sistemində həyata keçirilən bütün müsbət dəyişikliklərlə yanaşı bizim işlədiyimiz 12 saylı Bakı Peşə liseyində tənəzzül prosesi, neqativ hallar müşahidə olunur. Rüşvətxorluğun yüksək dərəcədə olması, dərslərin tədris olunmaması, muəllim və tələbələr arasında nizam-intizamın aşağı səviyyədə olması, əxlaqsızlıq və dərəbəyliyin hökm sürməsinin iki baiskarının mövcudluğu: tədris-istehsalat işi üzrə müdür müavini Şahin Bəylərov və dərs hissəsinin müdürü Şəlalə Əsədova (hər ikisi 25 ildən artıq liseydə işləyir) gənc nəsil və pedaqoji işçilərin fiziki və mənəvi sağlamlığını çürüdüb yarasız hala salırlar.”

Göründüyü kimi məktubda 12 saylı Bakı Peşə liseyində yer almış qanun pozuntularının, neqativ halların mövcudluğuna görə əsas məsuliyyət daşımalı olan şəxslərin adları müəlliflər tərəfindən dərhal çəkilir. Növbəti sətirlərdə isə bu şəxslərin qeyri-etik davranışlarına dair faktlar təqdim olunur. Bildirilir ki, Şahin Bəylərov və Şəlalə Əsədova artıq uzun illərdir ki, bir-birinə çox isti münasibət bəsləyirlər və bu cür munasibət işçilər və tələbələr üçün də sirr deyil. Qeyd etmək lazımdır ki, məhz bu problem dəfələrlə ölkənin müxtəlif kütləvi informasiya vasitələri tərəfindən də müzakirəyə çıxarılmışdı.

Aldığımız məktubda isə bu münasibətlər daha kəskin ifadələrlə şərh olunur: “Dəfələrlə işçi və tələbələr tərəfindən tədris hissəsinin otağına girməsi mümkünsüz olur, bir neçə dəfə də orada işləyən və oxuyan adamlar bu cütlüyün əxlaqsız hərəkətlərinin şahidi olmuşdur. Hər gün bu cütlük saat 20.00-dək liseyin binasında tək qalaraq müəllim şərəfinə sığmayan əxlaqsızlıqla məşğul olur və bundan sonra da sərxoş vəziyyətdə çıxaraq “Mersedes”lə restotana gedirlər.”

Daha sonra müəlliflər Şahin Bəylərov və Şəlalə Əsədova tərəfindən liseydə həyata keçirilən rüşvətxorluq və müxtəlif pul yığımları barədə açıqlamalar verirlər: “Kasıb tələbə və müəllimlərin halal qazancına sahıb olan bu iki şəxs indi aydın məsələdir ki, maliyyə dəstəyini haradan götürərək eyş-işrətlə məşğul olurlar. Mütəmadi olaraq Şəlalə xanım təlim ustası və tələbələri bir-bir öz kabinetinə çağırır, stolun ortasına böyük selofan paket qoyub hər kəsi ora pul qoymağa vadar edir. Kasıb-varlılığına fikir vermədən hər tələbədən 20 manatdan başlayaraq pul yığımı həyata keçirirlər, uşaqları və onların valideynlərini ağladırlar. Tələbələr öz təqaüdlərini axırıncı dəfə nə vaxt aldıqlarını bilmir, hər ay kartdan pul çıxarıb nağd şəkildə bu iki nalayiq şəxslərə verirlər. İmtahan üçün yığdıqları 20-25 manat həcmində pula tələbələri imtahandan keçirtməyiblər, onları “kəsdirib” qiymətləri 100 manara qədər qaldırıblar. Kasıb ailələrdən çıxmış tələbələr onların tələblərinə tabe olmağa məcbur qalırlar. Bundan əlavə, liseydə təhsil alan tələbələr hamısı müəyyən pul müqabilində (500-1000 manat) ora qəbul olunublar. Artıq valideyni kredit almayan bir tələbə də qalmamışdır.”

Eyni zamanda da məktubda tədrisin səviyyəsinin xeyli aşağı olduğu vurğulanır. Digər tərəfdən isə rəhbərliyin korrupsiyaya bulaşdığı bir müəssisədə vəziyyətin fərqli olacağını gözləmək də sadəlövhlük olardı: “Əgər onlar bu pula Amerika və ya Avropa təhsilllərini alsaydılar anlamalı olardı. Amma burada hər məsələni rüşvət həll edir. Dərslərin çoxusu keçirilmir, elə fənnlər var ki, onlar ümumiyyətlə heç vaxt tədris olunmayıb. Hər qrupda belə fənlərin sayı 3-4 hətta 5-ə çatır. Şahın Bəylərov və Şəlalə Əsədovaya yaxınlığı ilə seçilən müəllimlər həyat boyu işə gəlmirlər, onların maaş kartları bu iki şəxsdədir. Liseydə kağızda olan yarımqruplar real mövcud deyil, qruplar bölünmür. Siz bunu asanlıqla yoxlada bilərsiniz. Uşaqlar da bu müəllimləri üzdən tanımırlar. Tədris olunan dərslərin də çoxusu keyfiyyətsiz keçirilir. Nəticədə külli miqdarda pul vəsaiti iki nəfərin ciblərinə axır. Onlar hər ikisi pulun çoxluğundan başlarıni itiriblər. Şahin müəllim öz daxma evini villaya çevirib, köhnə “Moskviç” avtomobilini təzə və bahalı “Mersedes”ə dəyişib, qıza dəbdəbəli toy eləyib. Şəlalə Əsədova isə bahalı paltar və qızıl-zinyət əşyalarını hər gün dəyişir.” Lakin 12 saylı liseydə korrupsiyaya məruz qoyulanlar heç də təkcə şagirdlər deyil. Məktubdan məlum olur ki, müxtəlif pul tələbləri eynilə liseyin müəllim kollektivinin də qarşısında qoyulur: “Tələbələrin pul yığımı ilə iş bitmir, müəllimlər də soyulurlar. Hər il və yarımilə onlara dövlət tərəfindən ayrılan dərs yükünü almaq üçün müəllimlərdən 100-500 manat məbləğində pul istəyirlər. İşçilər və tələbələr tərəfindən liseyin əvvəlki rəhbərliyindən Təhsil Nazirliyinin keçmiş rəhbərliyinə dəfələrlə şikayət göndərilməsinə baxmayaraq heç nə dəyişmədi və şikayətçilər hamısı müxtəlif bəhanələrlə işdən qovulmuşlar...”

Nəhayət məktubun sonunda təsvir olunan hallar isə əsil kriminal hadisə ssenarilərini xatırladır. Qeyd etməyə bilmərik ki, əgər irəli sürülən ittihamlar öz təsdiqini taparsa, bu zaman Şahın Bəylərovun nəinki tədris müəssisəsində, hətta islah müəssisələrində belə pedaqoji fəaliyyət göstərməsi məqbul hesab oluna bilməz: “Təhsil Nazirliyin işçisi Zakir Əhmədov hər dəfə gələndə Şahin Bəylərov və Şəlalə Əsədova ilə yeyib-içib məsələni başlı-başına buraxırdı, onun özünün də liseydə çoxlu dərs saatları vardır və o, heç vaxt bir dərsə gəlməyərək qanunsuz maaş alır. Belə “rüşvət və içki diplomatiyası” indiyə qədər davam etdirilir. Artıq bir ildir ki, liseyin direktoru dəyişilib, Eynulla Qasimov olub. O, yaranmış vəziyyəti düzəltməyə çalışsa da alınmayıb, çünki Şahin Bəylərov onun üstünə əl-qol açıb müqavimət göstərərək güclü döyüb və oturacaqla başına ağır zərbə yetirib. Əgər vaxtında adamlar içəri girməsəydilər ağır cinayət hadisəsi ilə nəticələnə bilərdi. Nəticədə iradəsiz direktor ona tabe olub. Hər gün baş usta tərıfindən keçirilən səhər iclaslarında Şahin Bəylərov təlim ustaları xuliqan və nalayiq sözlərlə təhqir edir...”

Necə deyərlər burada artıq şərhə də heç bir ehtiyac qalmır. Buna görə də materialın sonluğunu da məktub müəlliflərinin sözləri ilə başa vururuq: “Hörmətli Mikayıl müəllim! Biz dəfələrlə Sizin adınıza şikayət məktubları ilə müraciət etmişik. Amma məktublar hamısı dolayı yollarla Sizdən yan keçmiş, şikayət olunan insanlar rüşvət yolu ilə məktubu geri götürərək əlinizə keçməsinə imkan verməmişlər. Buna görə də bu dəfə Sizə mətbu orqanı vasitəsilə müraciət etmək qərarına gəlmişik. Sizdən artıq dərəcədə xahiş edirik ki, liseyimizdə qayda-qanunun bərpa olunması üçün təcili ölçü götürəsiniz.

12 saylı Bakı Peşə Liseyin kollektivi.”


Bütün tərəfləri dinləməyə hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru