Təhsil sistemində TEXNİKİ PROBLEM... - BU NƏDİ BELƏ?
Tarix: 5-07-2023, 09:08 | Çap et
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalənin ƏVVƏLİ BURADA: YENİLMƏZ VİLAYƏT... - İTTİHAM VAR!
Məqalənin davamında deyilir: "Vilayət Vəliyev hələ 2019-cu ilin payızında universitetin müxtəlif şöbələrində işləyən qadınları bir neçə dəfə iclasa yığıb, onlardan sorğu aparırdı ki, kim nə işlə məşğul olur və bu iclaslarda üzünü qadınlara tutaraq, bir neçə dəfə demişdi ki, “hamınızı buradan iti qovan kimi qovacağam”. O vaxt bu sözlər universitetdə şok effekti yaratmışdı, çünki hələ heç bir rektordan xanımlara qarşı belə sözlər eşitməmişdik. Doğrudan da qovdu da. Bu sözlər rektorun hansı TƏRBİYƏNİN VƏ MƏDƏNİYYƏTİN SAHİBİ olduğunu göstərir. İnanmırıq ki, respublikamızdakı rektorların arasında ikinci belə bir adam tapılsın. Universitet yalnız təhsil deyil, həm də tərbiyə müəssisəsidir. Hələ indi də həmin xanımlar öz facebook səhifələrində tez-tez V.Vəliyevin bu sözlərini xatırladırlar. V.Vəliyevin AzTU-ya gətirdiyi qohumlarının, yerlilərinin, dost-tanışlarının uşaqlarının, onun regional klanının işə qəbul etdirmək üçün onun yanına göndərdiyi adamların sayı-hesabı yoxdur, artıq yüzlərlədir. Həm də rektor onlara digər işçilərin vəzifə maaşları ilə heç müqayisə oluna bilməyən çox yüksək maaşlar təyin edir (bu isə gizli korrupsiyanın bir növüdür). V.Vəliyev AzTU-da fakültələri, kafedraları, necə gəldi, profilləri bir-birinə uyğun oldu-olmadı, özünün başa düşdüyü kimi (özü isə texnika sahələrini, texniki ixtisasları başa düşmür və bilmir) birləşdirib. Nəticədə isə həmin fakültələr və kafedralar iş qabiliyyətlərini itiriblər və idarəolunmaz vəziyyətə gəliblər. Məsələn, keçmiş “Maşın və mexanizmlər nəzəriyyəsi”, “Maşın hissələri və yükqaldırıcı-nəqliyyat maşınları” və “Mühəndis qrafikası” kafedraları 3 il əvvəl birləşdirilsə də hələ də bir-birindən uzaq, müxtəlif yerlərdə qalmaqdadırlar, bir-birləri ilə əlaqəsiz, idarəolunmaz vəziyyətdədirlər və faktiki olaraq, AzTU-da mühəndis ixtisasları üçün ən vacib fənn olan “Mühəndis qrafikası” (yəni rəsmxətt, çertyoj) fənninin tədrisinə xitam verilib və kafedranın müəllimlərinin hamısı 0,5 ştata keçirilib. Keçmiş “İstilik və soyuqluq texnikası” və “Elektrik enerji təchizatı və elektrik izolyasiyası” kafedraları birləşdirilərək, “Enerji effektivliyi və yaşıl enerji texnologiyaları” (???) kafedrası adlandırılıb. Birləşən kafedralarda cəmi 3 nəfər cavan elmlər doktoru, professor olmasına baxmayaraq, təhsildən uzaq, yaşlı, sağlamlıq və intellektual durumu arzu olunandan çox uzaq, pedaqoji təcrübəsi olmayan bir nəfər elmlər namizədi kənardan gətirilərək, kafedra müdiri təyin edilib. İndi həmin kafedra da faktiki olaraq, iflic vəziyyətindədir. Belə faktlardan onlarla gətirmək olar. V.Vəliyev və onun komandası nəyi bilməsə də AzTU-da texniki təhsilin, mühəndis hazırlığının təməlini məqsədəyönlü şəkildə tamamilə kəsmək və dağıtmaq üçün baltanı haradan vurmağı çox yaxşı bilir və oradan da vurur. V.Vəliyevin AzTU-ya gəlişindən ilk “islahatlarından” biri o oldu ki, o, mühəndis tədrisinin təməlinin təşkil edən kurs layihələrini, kurs işlərini, qrafik işləri tədris planlarından çıxardı. Bu işlər üçün müəllimlərə daha tədris yükü verilmədi. Sonra bir fakültə istisna olmaqla, bütün fakültələrdə yekun buraxılış işləri layihələrini ləğv etdi və onları dövlət imtahanları ilə əvəz etdi. İndi isə bəzi ixtisaslarda yekun dövlət imtahanlarını ləğv etdi. İndi tələbə yalnız tədris haqqını ödəyib, 4 il universitetə yalandan gəlib-getməlidir ki, 4 ilin sonunda diplomunu alsın. Vəssalam. Konveyerin bu başında gir, heç nə oxumadan, yazmadan o biri başından çıxıb, mühəndis olacaqsan. Soruşa bilərsiniz ki, bəs imtahanlar? İmtahanlarda da müəllimlər müsbət qiymətlər yazmalıdırlar. İndi AzTU-da müəllimlərə elə misilsiz mənəvi təzyiq göstərilir ki, imtahan suallarına cavab verməyən tələbəyə qeyri-kafi qiymət yazmaq müəllimdən böyük cəsarət və qəhrəmanlıq tələb edir. Müəllim üçün ən salamatı odur ki, hamıya müsbət qiymət yazsın, özünə problemlər və başağrısı yaratmasın. Yaxşı, bəs niyə bir fakültədə tələbələrin yekun buraxılış işi layihələri ləğv olunmadı və bu hansı fakültədir? Bu, “Xüsusi texnika və texnologiya” fakültəsidir ki, respublikamızın Müdafiə Sənayesi Nazirliyi müəssisələri üçün mühəndis kadrları hazırlayır. Təqribən 3 il əvvəl rektor özü iclasda dedi ki, həmin nazirliyin rəhbərliyində ona deyiblər ki, bu fakültədə yekun buraxılış işləri layihələri ləğv olunsa, nazirlik fakültənin məzunlarını işə qəbul etməyəcək. Yəni həmin məzunları mühəndis hesab etməyəcəklər. Bax belə! Digər fakültə məzunlarının isə yiyəsi olmadığından, onların başlarını aldadıb, saxta diplomlar vermək olar. Sirr deyil ki, bu, tələbələrin də çoxunu qane edir. Çünki, tələbələrin çoxu zəif tələbələrdir və öz gələcəyini düşünmür. Lakin bu, real mühəndis təhsili almaq istəyən tələbələri (belə tələbələr isə az da olsa, vardır) və dövləti aldatmaq deməkdir. Həm də yekun buraxılış işləri layihəsini yerinə yetirməyən tələbə xarici ölkələrə işləməyə getsə, orada onun diplomunu tanımayacaqlar. Amma bu, V.Vəliyevin vecinədirmi?"
DAVAMI VAR...
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Bu gün, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Bu gün, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Bu gün, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Bu gün, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
|