![Mikayıl Cabbarov daha bir rektoru yola salmağa hazırlaşır Mikayıl Cabbarov daha bir rektoru yola salmağa hazırlaşır](/uploads/posts/2014-03/1394891522_0001.jpg)
DİA.AZ: - Təhsil naziri Mikayıl Cabbarovun rektorlara qarşı planı davam edir. Bu barədə DİA.AZ-a nazirlikdəki mənbələrdən verilən informasiyada vurğulanır ki, növbəti hədəf Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru Yusif Məmmədovdur.
Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, artıq Yusif Məmmədovla bağlı müvafiq qərarın verilməsi üçün tədarük görülməkdədir.
Xatırladaq ki, ilk tələbə etirazları da elə ADPU-da başlamışdı. Lakin həmin ərəfədə rektorun mövqeyi silkələnsə də, onun vəzifədən alınması barədə hansısa qərar verilmədi.
Görünür keçən ilin noyabr ayında baş verən tələbə etirazlarını nazirlik unutmayıb.