İran-Azərbaycan münasibətləri və Böyük Azərbaycan məsələsi - Fars-molla rejimi ilə hara qədər yol gedə bilərik? - TƏHLİL
Tarix: 10-04-2014, 10:39 | Çap et
DİA.AZ: - Əslində İlham Əliyevin İran səfəri iki qonşu ölkə arasındakı münasibətlərin qaydasına salınma cəhdindən daha çox, Qərbin İrana münasibətinin dəyişməsinin təzahürü kimi qəbul edilməlidir. Təbii ki, Azərbaycan bir müstəqil ölkə olaraq İranla həssas qonşuluq siyasəti yürüdür. Amma buna rəğmən dünənə qədər əlaqələrdə bir gərginlik ruhu var idisə də, məhz Qərbin, xüsusən də ABŞ-ın İran siyasətindəki yeniliklər özünü Azərbaycan-İran münasibətində də hiss elətdirmiş oldu.
Və İranda Qarabağdan…
…danışıldı. İranda əslində ən axırıncı mövzu kimi Qarabağdan danışıla bilərdi. O səbəbə görə ki, rəsmi Tehranın bu problemə əlahiddə baxışı var. Xamneyinin dediyi kimi, Azərbaycanla İran eyni məzhəbdən olsalar da, İran hər zaman Qarabağ münaqişəsinin həllində adındakı «İslam Respublikası» ifadəsinə uyğun mahiyyətdən uzaq dayanıb. Bu bir faktdır ki, İran bu gün Ermənistanın həyatında əsas rol oynayan bir ünvandır və Ermənistan bir dövlət olaraq siyasi, iqtisadi anlamdan Rusiyanın çiyinlərində dayanırsa, nəfəslik olaraq İrana borcludur.
Belə bir şəraitdə…
…İranda Qarabağla bağlı söylənilən istənilən bir fikri ciddiyə almaq olmaz. Bunu sübutlayan bir hadisə isə prezident İlham Əliyevin İran səfəri ərəfəsində baş verdi. Yayılan xəbərlərdən aydın olurdu ki, İlham Əliyevin İran səfəri ərəfəsində Ruhani Azərbaycan prezidenti ilə danışıqlarının predmeti barədə açıqlama verib.
Məlumatda deyilirdi: «Ölkə Prezidenti doktor Ruhani ölkənin Azad Zonaların müdirləri ilə iclasında söz verib ki, Azərbaycan Prezidentinin bu yaxınlarda baş tutacaq Tehrana səfəri çərçivəsində Culfa dəmir yolunun Azərbaycan Respublikasına və bu vasitə ilə Ermənistan və Avropaya birləşdiriləcəyi mövzusu gündəlikdə dayanır və bununla da Araz və Maku Azad Zonalarının ticarət şəraitləri daha da genişlənəcək.
Azad Zonalar Katibliyinin Əlaqələndirmə Şurasının ictimai əlaqələr ofisindən verilən məlumata əsasən, Prezident höccətul-islam vəl-müslimin doktor Ruhani ölkənin Azad Zonalarının İranın inkişafı və müqavimət iqtisadiyyatındanın gerçəkləşməsindəki rolunu çox önəmli adlandırıb».
Yəni anlaşılanı o idi ki, rəsmi Tehran İlham Əliyevi Culfa dəmir yolunun Ermənistan ərazisindən keçməklə Avropaya uzanmasına razı salmağa çalışacaq.
Əslində bu fakt…
…o demək idi ki, İran tərəfi rəsmən Azərbaycanı ələ salmağa çalışır. Bunun başqa bir adı yoxdur. Təbii ki, İranda Azərbaycanın özünün Qarabağ itkisinə hansı müstəvidə yanaşdığını gözəl bilirlər və onu da gözəl bilirlər ki, məhz İlham Əliyevin israrları ilə illərdir ki, Ermənistan çox ciddi layihələrdən kənarda saxlanılır.
Halbuki bunun müqabilində Azərbaycan izafi xərclərə düşür. Yəni normalda Azərbaycana da sərf edir ki, bütün layihələr daha az məsafə qət edilməklə həllini tapsın. Amma Azərbaycan üçün bir nömrəli priritet məhz onun Qarabağ probleminə olan münasibətdir ki,
İranda bunu başa düşmədilər.
Və yaxud da özlərini başa düşməmiş kimi göstərdilər. İlham Əliyevi «Culfadan Ermənistana» layihəsinin anonsu ilə qarşılayan rəsmi Tehranın daha bundan sonra bütün deyəcəklərində nə səmimiyyət axtarmalı deyilik, nə də hansısa kəlmədən coşub, eyforiyaya qapılmalı deyilik.
İrandakı fars hakimiyyəti illərin ənənəsinə malikdir və bu ənənədə hiyləgərlik - siyasət kimi, dəfərlərə xəyanət isə diplomatiya kimi təqdim olunursa, daha İranda nə şiə təəssübkeşliyini aramalı deyilik, nə də din qardaşlığını.
Bu bir faktdır ki, bu gün fars-molla rejiminin işğalı altında olan Güney Azərbaycanda özlərinin ən sıradan milli haqqlarını tələb edən bacı və qardaşlarımıza dar ağacına qədər bir yol göstərilir. Amma onlardan fərqli olaraq ermənilər bu gün fars-molla rejiminin göz bəbəyi kimi xüsusi imtiyazlara madikdir. Hətta İran adlanan ərazidə yerli yəhudilər belə Güney Azərbaycan türklərindən daha azad və daha çox hüquqlu bir qövmdürlər.
Bu səfər uğurludur,
amma bu səfərin uğuru daha çox Qərbin ayağındadır. Azərbaycan heç bir halda İranı Qarabağ probleminə münasibətdə hətta neytrallaşdırmağa da müvəffəq ola bilməz. Hələ onların bizi müdafiə etmələri niyyətini bir kənara atırıq.
Çünki İranda yaxşı bilirlər ki, Xankəndinin, İrəvanın azadlığının ardından hədəfdə ilk olaraq nə Dərbənd deyil, nə Borçalı, nə Qars-İğdır-Diyarbəkir, nə də ki Kərkük… Azərbaycan türkünün ən yaxın hədəfi özünün böyük adını, böyük kimliyini ona qaytaracaq Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsidir, bütövləşməsidir.
Bu, tarixi biz yaşayacağıq. Geci və tezi var…
Elə buna görə də Qarabağ münaqişəsinin həllində İrandan mədət ummağımız və yaxud da İranı neytrallaşdırma imkanlarımız xəyalpərəstlikdir. Salamatı bir pis qonşular kimi gəlir-çıxar barədə danışmaqdır. Hələlik… DİA.AZ Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
|