SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... .....                     Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi .....                     "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... .....                     Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi .....                     Məmura “donuz” deyən şəxs cəzalandırıldı .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? .....                     Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” .....                     “Loğman” ASC səhmdarlarının yığıncağı .....                     Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub .....                     “Azercell” abunəçiləri nömrələrindən imtina edir .....                     Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır .....                     Azərbaycanın beton şirkətinə .....                     Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? .....                     SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` .....                     “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” .....                     Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir .....                     Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir .....                     Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub .....                     Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                 

“BİR ÜZÜM GÜLÜR, BİR ÜZÜM AĞLAYIR”
Tarix: 5-05-2012, 14:02 | Çap et
“BİR ÜZÜM GÜLÜR, BİR ÜZÜM AĞLAYIR”

“KİMLƏR ÜÇÜNSƏ QOY PAXIL İNSAN OLUM”

Musiqi yeganə dildir ki, yaşından, millətindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq onu hər kəs başa düşür. Cəmi 7 kəlməsi olan bu dil sözlə ifadə olunmayacaq qədər mənalar kəsb edir. O, insanı həm sevindirə, həm kədərləndirə bilir. Məhz buna görə də əsl sənətkarlar sözünü ifası ilə deyir.

Şəlalənin bugünkü qonağı şou biznesin Maestro Ceyhun kimi tanıdığı İsmayılov Ceyhun Təhmasib oğludur...

- Maestro Ceyhun kimdir?

- Ceyhun Təhmasib oğlu İsmayılov. Sumqayıtda doğulmuşam, əslim Qubadlıdandır. Sumqayıt Musiqi Texnikumunu, bir də Konservatoriyanı bitirmişəm. Ailəliyəm, iki övladım var.

- Niyə məhz skripka?

- Beş yaşım olanda məni valideynlərim nağara çalmağa qoyublar. Sonra müəllimlərim görüb ki, skripkaya həvəsim böyükdür və mənə bu sahədə ifa etməyi məsləhət görüblər. Artıq on beş ildir ki, orta məktəbi əlaçı bitirmişəm. Şükürlər olsun ki, bir zamanlar oxuduğum Sumqayıt Musiqi Texnikumunda müəllim işləyirəm.

- Skripkanın sirlərini ilk dəfə sizə kim öyrədib?

- İlk müəllimim Zemfira Kərimova olub. İndi də bir yerdə çalışırıq.

- Tələbələriniz çoxdurmu?

- Bir də görürsən ki, dostlarımdan kimsə zəng edib deyir: «Axşam bizə gəl, gör oğlumun necə skripkaya həvəsi var, bir bax gör ifası yaxşıdırsa, ona müəllim kimi dərs de». Gedirəm, görürəm ki, bu uşağın skripkanı heç görməyə gözü yoxdur. Yalnız fikri həyətdə samokat sürməyə, bir də internetdə oyun oynamağa var. Halbuki, valideynləri elə tərifləyir ki, fikirləşirəm, yəqin düz deyirlər. Gedirsən görürsən bunluq olan sənət deyil. Azərbaycan xalqı həmişə istedadlar yetişdirib, yetirəcək də. Hansı bölgədə mən istəyən istedadlı uşaq olarsa, canla-başla kömək etməyə hazıram. Tələbələrim var, amma dərindən maraqları yoxdur, tənbəldirlər. Hər insanın taleyi öz əlindədir. Mən indinin özündə də dünya musiqilərinin müxtəlif janrları ilə maraqlanıram.

- Bəs bəyənmədiyiniz ifaçılar varmı?

- Var, adını çəkməyəcəm, müğənnidir. Bəyənmədiyim musiqiyə nə qulaq asmağı, nə də onun haqqında danışmağı sevirəm. Mən ömrümü boş-boş mövzulara sərf etməyi xoşlamıram. Hazırda ürəyimdən o keçir ki, skripkada muğamı da ifa edim.

- Rəqibiniz varmı?

- Rəqibim yoxdur, toy məclislərində hamıdan da yüksək qonorar alıram.

- Bəzi kişi müğənniləri var ki, özlərinə bayağı şəkildə bəzək-düzək verir. Buna münasibətiniz necədir?

- Bu, bir bəladır. Fizioloji yox, bioloji, genetik bir müsibətdir. Heç kim mənə maraqlı deyil. Kim nə edir, özünə edir. Sənətimlə məşğul oluram.

- Hazırda sizə şou-biznesdə tələbat varmı?

- Əlbəttə, həmişə var. 1997-ci ildən sənətdəyəm. Bütün efirlər çağırır, nəsə bir yenilik olanda Kütləvi İnformasiya Vasitələrində yazılar dərc olunur. Xalqımın el şənliklərində iştirak edirəm. Vaxtı ilə Faiq Ağayevin, Aygün Kazımovanın orkestrinin bədii rəhbəri olmuşam. Sonralar solo ifaya başlamışam.

- Sirr deyilsə toylara neçəyə gedirsiniz.?

- Qiymət deməyəcəm. Çünki varlı təbəqə var, orta təbəqə var, kasıb təbəqə var. Kim istəyirsə, mən razılaşaram ki, həmin toyda iştirak edim. Çünki o, xeyir işində məni görmək istəyirsə, niyə də iştirak etməyim.

- Maestro Ceyhunun prodüseri yoxdur?

- İstəmirəm prodüserim olsun. Çünki bu sənətə gələn gündən özüm öz işlərimi görmüşəm. Bundan sonra da elə olacaq. Məclislərə gedəndə yanımda köməkçilərim olur.

- Toyda başınıza maraqlı bir hadisə gəlibmi?

- Maraqlı hadisələr çox olub. Yalnız birini deyə bilərəm ki, bir gün toya getmişəm. Həmin şadlıq sarayında üç mərtəbədə toy gedirdi. Mən birinci mərtəbədə ifa etməliydim, çıxıb ikinci mərtəbədə bir saatdır ifa edirəm. Ev yiyəsi yaxınlaşıb bildirir ki, Vallah, bizim elə də imkanımız yoxdur, sizi gördük, sevindik. Mən də dedim ki, halalınız olsun, bu qismətdir. Bir də gördüm ki, telefonuma zəng ediblər ki, sən harda qalmısan. Sonra getdik, ifa elədim. Səhər iki toy çıxdı yüksək qonorarla. Allah insanın ruzisini verir.

- Kişiyə xoşbəxt olmaq üçün nə lazımdır?

- Mənim rəhmətlik atam həmişə deyirdi: «Kişinin evi, maşını, ailəsi olmalıdır və yaxşı bir bağ evi olmalıdır. Evinə, uşağına bağlı olmalıdır. Qadın da evdə öz vəzifəsini yerinə yetirməlidir». Şükürlər olsun, mənim həyatda hər şeyim var, əsil kişiyəm. Həm də adımı qoruyub saxlayıram.

- Bəzi qadın və kişi həmkarlarınız sizi yekəxana adlandırır. Səbəb nədir?

- Məni kimlərsə yekəxana adlandırırsa, mən də onu yazıq insan adlandırıram. Məni efirdə görüb bəyənməyənlər küçədə gəzənlərdir. Öyrənməyiblər Ceyhun kimi kişi görməyə. Onlara sırğa taxan, onlar istədiyi kimi əylənən, «matışka» kimi kişilər lazımdır. Onlara mənim kimi əsil kişi lazım deyil. Ceyhunda yüksək mədəniyyət var, səviyyəsi böyükdür. Musiqinin bütün terminlərini bilirəm. Dünyagörüşüm böyükdür, hüquqları bilirəm. Senzura kimi tamaşaçıların, mənə dərs deyən müəllimlərin rəyini qəbul edirəm, belə bədbəxt insanların yox.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Daima yenilik etməyi sevirəm. Durmadan çalışıram. Bilirsiniz ki, bəstələdiyim musiqilərin əksəriyyətinin sözləri gənc şair Cavidə məxsusdur. Hər müğənniyə də musiqilərimi vermirəm. Yeni diskim və klipim işıq üzü görəcək. Diskimin adı «Qubadlı» olacaq. Müğənni Səadət Cəfərovayla yeni mahnı üzərində işləyirəm. Musiqidən əlavə bizneslə də məşğul oluram. Yeni restoranım da var. Həyatda bəzi insanlar var ki, məni «Maestro Ceyhun» yox, Ceyhun İsmayılov kimi tanımaqlarını istəyirəm. Yeniliklərlə məni sevənləri sevindirəcəm.

- Təklikdə qalanda nə və ya kim haqda fikirləşirsiniz?

- Öz-özümə deyirəm: “niyə bu an tək qaldım?” Uşaqlıq illərini fikirləşirəm, gələcəyimi fikirləşirəm.

- Qısqanc insansınız?

- Əlbəttə, çox qısqancam.

- Elə bir kütlə var ki, Maestro Ceyhunu tanımasın?

- Bilirsiniz, həyat davam edir. Ola bilər ki, kimsə məni tanımasın. Heç kimi məcbur edə bilmərəm ki, məni tanısın.

- Şou-biznesdə bəzi həmkarlarınız tez bir zamanda ulduzluq xəstəliyinə tutulur. Buna səbəb nədir?

- Kimsə tez bir zamanda özünü ulduz hesab edirsə, elə ulduz xəstəliyinin dərmanını da özləri bilir. Qıraqdan baxanda çox gülünc görünür.

- Sizcə sevmək asandır, yoxsa sevilmək?

- Sevilmək çox çətindir.

- İnsanın mövqeyini nə sarsıda bilər?

- Yalnız xəyanət.

- Ürəkdən haçan ağlamısınız?

- Mən çox kövrək insanam. Hansısa musiqiylə yaşayıram, bir üzüm gülür, bir üzüm ağlayır.

- Qalmaqala münasibətiniz necədir?

- Sarı it də çaqqalın tayıdır.

- Ceyhun paxıl insandır?

- Kim deyir ki, paxıl insanam, çıxıb üzümə desin. Zirvədəyəm. Naşükür insan deyiləm, niyə paxıl olmalıyam? Onu da məni sevməyənlər deyir. Çünki mən hər müğənnini müşayiət etmirəm. Səviyyəmi qoruyub saxlayıram. Bir müğənni var ki, ondan xoşum gəlmir. Elələri boşboğazlıq edir. Qoy Allahımın yanında alnım açıq olsun. Kimlər üçünsə qoy paxıl insan olum.

Ola bilər ki, bu yazı bir çoxlarına soyuq və darıxdırıcı təsir bağışladı. “Şəlalə” rubrikasının kəskin, təzadlı və qalmaqallı müsahibələri ilə müqayisədə bu, belə görünə bilər. Amma bir şeyi unutmaq olmaz ki, virtuoz ifaçı danışmaqdan çox ifaya önəm verir. Çünki musiqi dünyanın bütün dillərindən zəngin bir dildir.

Şəlalə kənarında görüşənədək...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Azərbaycanın məşhur pivə istehsalçısı əmlakını satışa çıxarır
Bu gün, 09:05
Azərbaycanın beton şirkətinə - YENİ SƏDR SEÇİLİR
Bu gün, 09:03
Qısaldılmış iş vaxtı hansı işçilərə tədbiq oluna bilır? - Ekspert danışır...
Bu gün, 08:50
SSRİ bayrağı qaldıran sədr: `Türkiyə bayrağına niyə bir söz demirsiniz...` - Adam SƏRSƏMLƏMƏYƏ DAVAM EDİR...
Bu gün, 08:47
“Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42
Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru