
Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin "AİS" (Avtomatlaşdırılmış İdarəetmə Sistemi) texniki dəstək xidməti ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil.
Satınalmanın dəyəri 263 347 manat olub.