“İtə də toy edərlər? Gör, nə qədər harınlayıb” - partiya sədri
Tarix: 26-04-2017, 08:29 | Çap et
 Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlunun Amon və İsida adlı cins itlərinə toy etməsi mətbuatda geniş müzakirə oldu.
Bildirilir ki, toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub.
İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər.
Saytlarda “toy məclisi”nin videosunun yayılmasından qəzəblənən biznesmen həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içdiyini, zarafatlaşdığını bildirib:
“Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoynumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.
Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hurriyyet.org-a bildirdi ki, itlərinə toy edən iş adamı mənəviyyatsız bir adamdır: “İnsanlar bu gün xalq arasında dövlətə inamsızlıq yaratmaqdan ötəri bu üsullara əl atırlar. İnsanların əksər hissəsi kasıbçılıqdan əziyyət çəkir, gənc oğlanlarımız, qızlarımız imkansızlıqdan evlənə bilmirlər. İnsanın pulu, varı-dövləti ola bilər, ancaq insan bu qədər harınlaşmaz, ağ etməz. Onu etməyə kişiliyi çatırsa, o rayonda 3-4 ailəyə yardım etsin, o qədər Göranboy rayonunda kasıb insan var. Ermənilərlə üzbə-üz yanaşı bir rayondur. Onun kişiliyi çatrsa, qeyrəti varsa, iki tank alsın, ermənin qarşısına çıxarsın. Yoxsa ki, itə toy etmək, orada xəstə adamla məzələnilməsi yolverilməz və tərbiyəsiz bir haldır”.
“Bu məmurların himayədarlığından irəli gələn məsələdir”
Hacıyev hesab edir ki, gərək Göranboy rayon hüquq mühafizə orqanları ciddi tədbir görsün: “Göranboy rayon İcra Hakimiyyətinin gözü kordursa, eynək taxsın, lazımdırsa, plyus, minusunu da təşkil edək. Baxsın ki, orada vəziyyət hansı formadadır. Ona görə ki, bu məmurların himayədarlığından irəli gələn məsələdir. Bu cür insanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır. İcimai qınağa tuş gəlməlidir və insanlar bilməlidir ki, gördükləri işlərə görə xalq qarşısında məsuliyyət daşıyırlar, məmurlar başa düşməlidir”.
“Bu xalqla dövlət və dövlət başçısı arasında uçurum yaradan haldır”
H.Hacıyev əlavə etdi ki, Göranboy rayon təşkilatı ilə əlaqə saxlayacaq, görsün, bu nə məsələdir: “Ondan sonra müəyyən yerlərə məlumat verib, onun qarşısını almalıyıq. Görək, bu cür dələduz insanlar hansı yolla pul qazanır. Bu xalqla dövlət və dövlət başçısı arasında uçurum yaradan haldır. Şəxsən mən Hafiz Hacıyev olaraq bu hadisəni çox pisləyirəm və buna qarşı öz kin və nifrətimi bildirirəm”.
“İtə də toy edərlər? Gör, nə qədər harınlayıb”
“O qələt edir deyir ki, zarafat etmək onun haqqıdır. O cür düşünürsə, o mənəviyyatsız, ağılsız bir adamdır, onun imkanı varsa, 5 kasıb ailəyə çorək versin. Yoxsa ki, kiminsə onu göz götürmür düşünmək ağılsızlıqdır. Deməli, sənin pulu var deyə, hansı formada oğurluq və yaxud doğruluqla pul qazanmısansa, gedib itə toy etməlisən? Azərbaycanda, müsəlman dünyasında buna yol yoxdur. Bizim dədə-baba qanunlarımız, el adətimiz var. İtə də toy edərlər? Gör, nə qədər harınlayıb, qudurubdur. O səviyyədə danışırsa, elə it ağıllı bir şeydir. Eləsinə Allah verdiyi çörəyi əlindən alacaq. Bu qədər kasıbçılıq olan bir zamanda ehtiyacı olanlar yardım etmək əvəzinə, itə toy edirəsən. Bu çox xoşagəlməz bir haldır. Mən bunu qətiyyətlə pisləyirəm”, - dedi partiya sədri.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Dünən, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Dünən, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Dünən, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Dünən, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Dünən, 12:38 |
|
|
|
|