“Xalqını belə murdar ətlə zəhərləyən Heydər Əsədovdur”
Tarix: 29-04-2017, 09:58 | Çap et
 Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999" MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub. Bu hadisə, mənşəyi məlum olmayan ətlər mövzusunu bir daha ictimaiyyətin gündəminə gətirib. Maraqlısı budur ki, leş ətlər mövzusu dəfələrlə ictimailəşdirilsə də, görünür bu işlə məşğul olanlar öz əməllərindən geri çəkilmək niyyətində deyillər...
1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsində rəhbər vəzifələrdə çalışan Hafiz Hacıyev problemin əsas səbəbkarı kimi kənd təsərrüfatı naziri Heydər Əsədovun adını çəkib. O, “Yeni Müsavat”a bildirib ki, bu məsələyə görə Heydər Əsədov məsuliyyətə cəlb olunmalıdır:
“Hələ bir neçə ay öncə bildirmişdim ki, Daşkəsəndə murdar ətləri gətirib Bakıda xalqımıza, restoranlara, dönərxanalara satırlar. Bu məlumatı mənə rəhbər vəzifədə çalışan hörmətli şəxs vermişdi. Bu gün Azərbaycan xalqını belə murdar ətlərlə zəhərləyən adam nazir Heydər Əsədovdur. Heydər Əsədov bu xalqa eşşək əti də, it əti də satdırıb. Bu adam harada və nə qədər murdar ət varsa, hamısını Azərbaycan xalqına sırıyır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov deyib ki, Heydər Əsədova yarım milyon pul vermişəm, ona görə də bildiyimi edəcəyəm. Yəni bunlar hamısı əlbir olan adamlardır. Daşkəsəndə tutulan ətlə də bu adamların birbaşa olaraq əlaqəsi var. Heydər Əsədov bu gün Ermənistandan Azərbaycana kənd təsərrüfatı ilə bağlı dərmanlar da gətirir ki, onların da hamısı zəhərli maddələrdir. Nəticədə, ölkədə bitkiçiliyin də kökü kəsilir. Ötən il pambıq sahəsində həşəratları öldürmək üçün aldığı dərman keyfiyyətsiz çıxdı, əksinə, qurdlar ölmək əvəzinə daha da çoxaldılar. İndi də Heydər Əsədov xalqa eşşək əti, mənşəyi məlum olmayan ətlər yedirməyi qarşıya məqsəd qoyub".
H.Hacıyev bildirib ki, bu kimi hallar ölkədə restoranlara da təsir edib: “Bu gün insanlar qorxularından gedib restoranda yemək yemirlər. Çünki bu ətlər ora da verilir. Hüquq-mühafizə orqanları yoxlasınlar ki, Heydər Əsədovun xalqla nə qəsdi-qərəzliyi var. Bu kimi halların hamısının bir mənbəyi var ki, Heydər Əsədovla keçmiş nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Bilirsiniz ki, onlar da xaricdə Azərbaycanın imicinə qarşı zərbə vuran dəstənin başında dururlar. Bu adamların Azərbaycanın qida sənayesinə rəhbərlik etməsi cinayətdir. Düşünürəm ki, Heydər Əsədov haqqında təcili olaraq cinayət işi qaldırılmalıdır. Azərbaycanın kənd təsərrüfatına ayrılan milyonlarla vəsaitin hesabı sorulmalıdır. Bəs bu vəsait hara gedib? Əgər hara getdiyini bilmirlərsə, biz onlara kömək edərik. Əsədovun Həsən Əliyev küçəsində aldığı 6 milyonluq villası və eləcə də digər yerlərdəki evlərinin hamısı bu pulların hesabına alınıb. Xalq da Əsədovdan haqq-hesab tələb etməlidir ki, nə üçün vətənə xəyanət edir. Səlahiyyətli orqanlar tədbir görməlidirlər. Bütün məsələlər bəllidir və ciddi araşdırma aparılıb, Azər Süleymanovla Heydər Əsədov təcili şəkildə istintaqa cəlb olunmalıdır. Belə olarsa, bu işin dalınca gedən, bu sahədən pul qazanmaq arzusunda olan insanlar da dərs alarlar. Onlar da görərlər ki, bu işlə pul qazanan adamların aqibəti yoxdur”. Hafiz Hacıyev Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun 28 aprellə bağlı söylədiyi fikirlərə də sərt münasibət bildirib:
“Rauf Qurbanov da işğal gününü bayram hesab edirsə, deməli, bu adamın heç tarixdən, siyasətdən anlayışı yoxdur. Azərbaycanın işğal səbəbi kommunistlər olublar. Bu gün də elə mənəvi cəhətdən işğallarına davam edirlər. Hökumətdə insanlar var ki, keçmiş kommunist partiyanın aparıcı fiqurlarından olublar. Çox təəssüf ki, Rauf bəy kimi insanlar ya tarixi bilmirlər, ya da siyasi savada malik deyillər. Onlar çalışırlar ki, kommunistləri ”diriltsinlər", bu da mümkün olan məsələ deyil. “20 Yanvar” hadisələrini də kommunistlərin tör-töküntüləri həyata keçirdilər. Rauf Qurbanova da sözüm odur ki, özünü biabır eləməsin, gedib başqa işlərlə məşğul olsun. Azərbaycan kommunist ideyaları çoxdan dəfn olunub. Rauf haradasa içmək, bayram eləmək istəyirsə, bunun adını başqa qoysun, gedib istədiyini eləsin".
Onu da qeyd edək ki, mövzu ilə bağlı H.Əsədovla danışmaq istəsək də, hər dəfə cəhdlərimiz boşa çıxıb. \\musavat.com\\


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Dünən, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Dünən, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Dünən, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Dünən, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Dünən, 12:38 |
|
|
|
|