"İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki..." - deputat
Tarix: 5-05-2017, 08:33 | Çap et
 Son vaxtlar Rusiyanın Sergey Markov, Oleq Kuznetsov, Aleksandr Duqin kimi məşhur politoloqlarının Azərbaycana səfərləri intensivləşib. Cəmiyyətdə maraqla qarşılanan bu səfərlərdə sözügedən politoloqlar Azərbaycan reallıqları ilə bilavasitə tanış olurlar və Qarabağ məsələsinin həllinin yolları ilə bağlı fikirlərini ifadə edirlər. Öz ölkələrində şərhləri, təklifləri ilə ictimai rəyə təsir edən politoloqların Rusiya hakimiyyətinin də mövqeyinə təsir edib-etməyəcəyi maraq doğurur.
YAP-çı deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə dünya bu münaqişədən xəbərsiz idi. O dövrdə dünyaya çıxış ancaq SSRİ-nin informasiya agentlikləri, mətbuatı, televiziyası vasitəsilə mümkün idi. Onlar isə ermənilərin nəzarətində idi . Ona görə də dünyada belə bir ictimai rəy var idi ki, “zavallı məzlum ermənilərə” “vəhşi, qaniçən azərbaycanlılar” zülm edir, onlara Azərbaycanda yaşamağa imkan vermir: “Məqsədyönlü şəkildə bu cür təbliğat aparılırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan ətrafındakı informasiya blokadasının aradan qaldırılması istiqamətində çox ciddi iş başlatdı. Heydər Əliyev özü bu işin önündə gedirdi. Hətta xatirimizdədir ki, müxtəlif ölkələrə səfər edəndə Azərbaycan xəritəsini asırdı divardan, əlinə çubuq götürüb Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, hətta Ermənistanla sərhəddə yerləşmədiyini, Dağlıq Qarabağa daxil olmayan 7 rayonumuzun da işğal olunduğunu əyani şəkildə göstərirdi. Tədricən informasiya blokadası dağıdıldı. Dünyada, həmçinin Rusiyada erməni lobbisi çalışır ki, Azərbaycanın haqq işinə kölgə salsınlar, Azərbaycan haqqında mənfi rəy formalaşdırsınlar. İndi də cənab prezident İlham Əliyev elə bir siyasi xətt yürüdür ki, ermənilərin təbliğatı alt-üst olur və Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Rusiyanın tanınmış politoloqlarının kifayət qədər ciddi auditoriyaları var, həmin politoloqların fikirləri ictimai rəy formalaşmasında rol oynayır. Bu cür politoloqlar Qarabağ məsələsi ilə bağlı həqiqətləri söyləyirsə, bu, Azərbaycanın xeyirinədir. Biz onlardan istifadə etməliyik, əməkdaşlıq etməliyik. Onların şərhləri, təhlil və təklifləri şübhəsiz ki, Rusiyanın hakimiyyət dairələri tərəfindən də dinlənilir, onların mövqeyinə təsirsiz ötüşmür. Ermənistanın işğalçı olduğunu, Azərbaycanın işğala məruz qaldığını, müharibə başlanacağı halda Ermənistanın uduzacağını məhz rusiyalı politoloqların dilə gətirməsinin təsiri daha çoxdur, nəinki yerli siyasi ekspertlərin. Biz bütün tribunalardan, nüfuzlu adamlardan, xüsusən əcnəbilərin dilindən səslənən həqiqətlərdən istifadə etməliyik”.
Deputat vurğuladı ki, rus politoloqların gəlib həqiqətləri görməsinin artıq təsirləri də ortadadır. Oleq Kuznetsov Rusiya Dövlət Dumasında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbulu üçün petisiya hazırlayaraq Dövlət Dumasına göndərib. Petisiyanın qəbulu üçün 200 min səs tələb olunur. Petisiyanın müddəti 6 aydır, artıq iki ay keçib və 16.400 səs toplanıb. Ona görə bu işi sürətləndirmək lazımdır: “Fürsətdən istifadə edib sizin oxuculara, gənclərə müraciət edirəm ki, o petisiyanın bəyənilməsi üçün fəallıq göstərsinlər, lazım olan səsin toplanması üçün hərəkətə keçsinlər. Oleq Kuznetsova kömək olmalıdır ki, petisiya vaxtında hazır olsun”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
• “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37 |
|
|
|
• Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34 |
|
|
|
• Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32 |
|
|
|
• Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30 |
|
|
|
• Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41 |
|
|
|
• Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34 |
|
|
|
• Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24 |
|
|
|
• 15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21 |
|
|
|
• Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15 |
|
|
|
• İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12 |
|
|
|
• Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07 |
|
|
|
• İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05 |
|
|
|
• Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00 |
|
|
|
• Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58 |
|
|
|
• Əziz Orucova hökm oxunub
Dünən, 13:43 |
|
|
|
• Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10 |
|
|
|
• Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07 |
|
|
|
• Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04 |
|
|
|
• Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02 |
|
|
|
• Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58 |
|
|
|
• Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53 |
|
|
|
• Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49 |
|
|
|
• Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:47 |
|
|
|
• Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Dünən, 12:46 |
|
|
|
• Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Dünən, 12:44 |
|
|
|
• "Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Dünən, 12:42 |
|
|
|
• Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Dünən, 12:38 |
|
|
|
|