"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                 

“Ziya Məmmədov ölənə qədər Azərbaycandan xaricə buraxılmayacaq”
Tarix: 18-05-2017, 08:31 | Çap et
“Ziya Məmmədov ölənə qədər Azərbaycandan xaricə buraxılmayacaq”
Bu il fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov hələ də heç bir vəzifəyə təyin olunmayıb. Əksinə, sabiq nazirə məxsus obyektlərin, restoranların onun əlindən alınması ilə bağlı informasiyalar dolaşır. Təcrübə göstərir ki, hökumət heç bir sadiq kadrını bu qədər müddət işsiz saxlamayıb. Bəs belə olan halda, nə üçün ona qarşı bu cür münasibət sərgilənir?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, Ziya Məmmədov əməlləri ilə “qırmızı xətti” keçib, buna görə də vəzifədən azad edildi:

“Ziya Məmmədovun Azərbaycanda yol-tikinti sahəsində nəhəng korrupsiya faktları ilə bağlı mətbuatda çoxlu faktlar var, ancaq bu səbəbdən işdən çıxarılmayıb. Deyə bilərik ki, hakimiyyət insanları vətənə, dövlətə xəyanətə görə yox, şəxsi sədaqətsizliyə görə cəzalandırır. Ziya Məmmədovun və oğlunun Trampla, Amerika Konqresi ilə qurduğu əlaqələr hakimiyyət üçün arzuolunmaz fəaliyyət idi. Çünki biznes fəaliyyəti qurmağa icazə olsa da, siyasi fəaliyyət qurmaq hakimiyyət üçün ”qırmızı cizgi"ni keçməkdir. Ziya Məmmədov və onun oğlu da məhz bu xətti keçmişdi. Bu mənada Əli İnsanov və Fərhad Əliyevin də adını qeyd etmək olar. Bu baxımdan, düşünmürəm ki, Ziya Məmmədovu yenidən hakimiyyətə gətirib, ona vəzifə verəcəklər. Çünki artıq sədaqətsizliyini nümayiş etdirib və ikinci dəfə ona şərait yaratmazlar. Düşünürəm ki, onu xaricə də buraxmayacaqlar. Çünki bu cür şəxslərin xaricə buraxılması hakimiyyət üçün çox ciddi problemlər yarada bilər. Hakimiyyət bir dəfə Rəsul Quliyevi xaricə buraxmaqla belə səhvə yol verib. Nəticədə kifayət qədər başları ağrıyıb. Ziya Məmmədov isə iqtidarın fəaliyyəti ilə bağlı Rəsul Quliyevdən də çox məlumatlıdır. Belə bir adamın xaricə gedib, həmin məlumatları mətbuatda, xaricdəki dairələrə sızdırması mümkündür. Ona görə də Ziya Məmmədov ölənə qədər Azərbaycandan xaricə buraxılmayacaq".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ziya Məmmədov məsələsində Trampın adı və rolu çox şişirdilib: "Bəlkə də Trampın yanında Ziya Məmmədovun adını çəksələr, o, bu ad və soyadı birinci dəfə eşitdiyini bildirər. Ola bilər ki, Trampın qızının Ziya Məmmədovun oğlu Anarla müəyyən iş birliyi olub. Ola bilər ki, Məmmədovlar ailəsi düşünürdülər ki, Tramp Klintonun üzərində qələbə çaldısa, bu, onların mövqelərini daha da gücləndirəcək. Ancaq göründüyü kimi, bunun tam əksi yaşandı. Belə olacağını öncədən zənn edirdim. Çünki Trampın qələbəsindən öz məqsədləri üçün istifadə etmək, Azərbaycanın dövlət siyasətini şantaj etməyə bənzəyirdi. Elə məncə, bu yanaşmanın özü Ziya Məmmədovun iqtisadi sistemini çökdürdü. Çünki aydındır ki, bu cür şantaj tonunda dövlətlə danışmaq olmaz. Demirəm ki, Məmmədov bunu haradasa dilə gətirib. Ancaq hiss olunurdu ki, Trampın qələbəsindən çox qürrələniblər və bundan istifadə etmək istəyirlər. Reallıq budur ki, Ziya Məmmədov nazir olduğu dönəmdə, insanların ən çox şikayət etdikləri sahə nəqliyyat sahəsi idi. Özü nəqliyyat naziri idi, bütün nəqliyyat sistemində inhisarçılıq da oğlunun əlində idi. Yəni bu dərəcədə özlərinə arxayın idilər. Büdcədən ən çox pul nəqliyyat sahəsinə, yolların çəkilməsinə ayrılırdı. Halbuki diqqət etsək görərik ki, 25 il üçün tikilən yollar 2-3 il sonra dağıldı. Xüsusilə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yollarını qeyd etmək olar ki, insanlar ən çox oradan şikayət edirdilər. Əl qoyduqları sahədə Məmmədovların heç bir uğuru yox idi. Sadəcə olaraq, topladıqları pulların hesabına dövlətə nəyisə diktə etmək istəyirdilər".

Politoloq bildirib ki, Ziya Məmmədovun yenidən vəzifəyə gəlmək şansı yoxdur: “Əgər elə olsaydı, oğlu nə üçün Londonda gizlənirdi? Əgər deyirlərsə ki, əllərindəkini halal yolla qazanıblar, o zaman elə oğlu Azərbaycanda işləyərdi də... Hesab etmirəm ki, bu cür hadisələrdən sonra Məmmədovun geri dönüşü reallaşsın. Trampdan öncə də Ziya Məmmədovun neytrallaşdırılmasına qərar verilmişdi. İllər öncə görürdük ki, bütün strukturları tədricən əlindən alınıb, bir başqa nazirliyə verilirdi. Ziya Məmmədov son zamanlar, faktiki olaraq, ”portfelsiz nazir"ə çevrilmişdi. Bir zamanlar özlərindən o qədər razı idilər ki, hətta sizin əməkdaşınızın da üstünə müxtəlif adamları salmışdılar. İndi isə bütün dayaqları itib, bəzi biznes strukturları da əllərindən alınıb. Deməli, əldə etdikləri qanunsuz yolla qazanılıb ki, əlindən alınır və sən susursan. Hesab edirəm ki, bu cür addımlar gücləndiriləcək. Oliqarxik sistem, inhisarçılıq Azərbaycanı uçuruma aparır. Dövlət başçısı da hiss olunur ki, bu sistemi bir qədər dəyişmək istəyir. Kiçik rüşvətin qarşısı “ASAN Xidmət”in vasitəsilə alındı. İndi isə əsas məsələ inhisarçılığa son qoymaqdır ki, prezident də bu barədə açıqlamasında bildirib. Eyni zamanda bu istiqamətdə müəyyən işlər də aparılır. Ziya Məmmədovun da istefaya göndərilməsi məhz bu işlərdən biridir. Bu mübarizəni gücləndirmək lazımdır ki, Ziya Məmmədov olayı başqalarına da dərs olsun".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58
Əziz Orucova hökm oxunub
Dünən, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Dünən, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Dünən, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Dünən, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru