Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                     Şahin Bağırov generala yeni müavin təyin etdi .....                     "Uşaqlara tək baxa, başsız qala bilmərəm..." .....                     Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ .....                     Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib .....                     Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi .....                     ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? .....                     Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi .....                     Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... .....                     “Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır .....                     Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir .....                     İcra başçısının keçmiş müavini vəfat etdi .....                     Xüsusi təyinatlılar Xocalıda: 1991 .....                     Ermənilərin xilas yolu... .....                     AMEA-da bir neçə institut ləğv olunub? .....                 

"Ermənilər o qədər peşmandılar ki..." - İcra başçısı
Tarix: 12-08-2017, 08:57 | Çap et
"Ermənilər o qədər peşmandılar ki..."
İndi Qarabağla bağlı durumun hansı həddə olduğunu, bu vəziyyətin nə ilə nəticələnəcəyini kimsə hətta təxmin belə edə bilmir. Yayın bu isti günlərində sərhədboyu və təmasboyu mövqelərdə hərarət yenidən artdı, düşmən təxribatının qarşısı alındı. Görünən budur ki, işğalçı Ermənistan mövqeyindən geri çəkilmək niyyətində deyil. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovla Qarabağdan danışdıq.

- Bayram müəllim, sizdən Qarabağı soruşmağa gəlmişəm. Siz həm icma rəhbəri olaraq qarabağlılarla daim təmasdasınız, həm Qarabağla bağlı proses haqda kifayət qədər məlumatlısınız. Odur ki, ilk olaraq soruşmaq istəyirdim, Qarabağdan nə xəbər var?

- Desəm ki, bu saat Qarabağdan çox sevindirici xəbər var, düz olmaz. Belə bir xəbər yoxdur. Amma ümumən hadisələrin gedişatı bizim xeyrimizədir. Bütün dünya bilir ki, erməni burada bir oyuncaqdır. Bugünkü Ermənistan hakimiyyəti təkcə bizim düşmənimiz deyil, həm də erməni xalqının düşmənidir. Körpə uşaqları snayperlə, mərmi ilə öldürmək insanlıqdan uzaq hərəkətlərdir, biz son günlərdə bunun bir daha şahidi olduq. Ancaq Azərbaycan əsgəri bunun cavabını verir. Bu gün xalq öz ordusuna, Ali Baş Komandana arxayındır, ALİ Baş Komandan, ordu, xalq birdir. Azərbaycanda bu gün hamı cənab prezidentimizə etibar edir. Kimlərsə boş-boş danışa bilər, amma onlar da başqalarının qarşısında hesabat verirlər deyə, bu iddialarla çıxış edirlər. Amma özləri bilər, bizim belələri ilə işimiz yoxdur. Bizim məqsədimiz doğma torpaqlarımıza qayıtmaqdır.

- Kabinetinizin girişində mərhum Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə, Azərbaycan yoxdur” fikri əks olunub. Bu gün Şuşasız, Qarabağsız olan Azərbaycanla bağlı düşüncələriniz necədir?

- Deməzdim ki, Azərbaycan Qarabağsızdır, Şuşasızdır. Bu, müvəqqəti hadisədir. Bu gün bizim ölkə başçımız ulu öndərin siyasətini uğurla davam etdirir. Qələbə Azərbaycan xalqının olacaq. Bilirsiniz ki, möhtərəm prezidentimiz həmişə Avropada, Amerikadakı yüksək tribunalardan çox böyük cəsarətlə sözünü deyib ki, Azərbaycanın ərazi bütövlüyünün güzəşt edilməsindən söhbət gedə bilməz! Mən də istəyirəm ki, sülh olsun, çünki özüm də o müharibəni görmüşəm. İnanmıram ki, Qarabağ müharibəsindən hansısa ailə əzab-əziyyət çəkməsin, yaxınını itirməsin. Ona görə də məsələnin sülh yolu ilə həlli daha yaxşıdır. Yəqin ki, bizim möhtərəm prezidentimizin apardığı siyasət uğurla nəticələnəcək.

- Müsahibəyə gələrkən erməni xəbərlərinə baxdım. Ermənistanın xarici işlər nazirinin müavini Köçəryanın Azərbaycanı müharibə ilə təhdid etməsi diqqətimi çəkdi. Ermənistan rəhbərliyinin bu cür həyasız davranışları təsdiqləyir ki, savaşın alternativi yoxdur. Siz hesab etmirsinizmi ki, danışıqların mənası yoxdur?

- Onlardan nə gözləyəsən? Azərbaycana qarşı iddiaları bir kənara qoyaq, əgər onlar Türkiyəyə hücum edəcəklərini iddia edirlərsə, siz bunlardan nə ağıl gözləyirsiniz? Hansı ki, Türkiyə ordusuna görə dünyada ön sırada dayanan dövlətlərdən biridir.

- Sizə elə gəlmirmi ki, onlara bu sərsəm fikirləri dedirdən qüvvə var?

- Unutmayın ki, arxalarındakı o qüvvənin özünün çətinlikləri, problemləri var. Unutmayaq ki, Türkiyə də NATO-nun üzvüdür və Alyans Türkiyənin təhlükəsizliyinə cavabdehdir.

- Bayram müəllim, Rusiya-Ermənistan hərbi birləşmələri yaradılandan sonra təkliflər var ki, Türkiyə və Azərbaycan da analoji addım atsınlar. Siz bu barədə nə təklif edirsiniz?

- Mən möhtərəm prezidentimizin apardığı siyasəti dəstəkləyirəm. Xeyli müddət öncə kimlərsə demişdi ki, azərbaycanlılar torpaqlarını düşmənə təhvil verdilər... Onda mən dedim ki, əgər bizim 20 faiz torpağımız müvəqqəti işğal olundusa, 80 faizini saxlaya bilmişik. Biz Bakını, Gəncəni, Sumqayıtı, Azərbaycanın digər yerlərini ermənidən təmizləyə bilmişik. Ermənilər o qədər peşmandılar ki... Bir neçə gün bundan qabaq bir bakılı erməninin danışığına qulaq asdım, Bakıdan ötrü onların burnunun ucu göynəyir.

- Amma faktiki illər keçir, Qarabağda işlər görülür, yeni nəsil o torpaqları özününkü sayır. Kiçik tutumlu təyyarələr Şuşaya uçur...

- Belə məsələlər mənim ən ağrılı yerimdir. Mən Şuşalıyam. Amma onlar iki nəfərlik təyyarələr gətirib nümayiş etdirirlər, bunlar idman oyuncağı kimi bir şeydir. Biz MİQ-29 kimi döyüş təyyarələrimizi nümayiş etdiririk, onlar da həmin oyuncaqları. Bu, bəs etmirmi?

- Zaman-zaman Azərbaycan əraziləri qəsb edilib, illər keçib, taleyimizlə barışmışıq. Sizdə Qarabağla bağlı belə bir narahatlıq varmı? Qarabağı Göyçənin, Zəngəzurun taleyi gözləyirmi?

- Bilirsiniz necədir, bizdəki ailə tərbiyəsi dünyanın heç bir ölkəsində yoxdur. Biz sülhsevər, beynəlmiləl olmuşuq həmişə. Bakı dünyanın ən beynəlmiləl şəhəri olub. Elə bu gün dünyada elə hadisələr baş verir ki... Amma Bakı multikulturalizmin mərkəzi elan olunub, bu, dünyaya bir örnəkdir, həm də xalqımızın mədəniyyətindən, tərbiyəsindən xəbər verir.

- Amma düşmən bizim bu keyfiyyətimizdən istifadə edir...

- Əlbəttə, istifadə edəcək, çünki “düşmən” deyirsən. Amma biz vaxtilə sovet ordusuna və sovetlər birliyinə arxayın olduq. İstər sovetlər birliyinin rəhbərliyi, istərsə də Azərbaycanın keçmiş rəhbərliyinin səriştəsizliyi öz rolunu oynadı. Üstəlik, vəzifə uğrunda mübarizə nəticəsində torpaqlarımızın 20 faizini itirdik. Ən əsası odur ki, o dövrdə Azərbaycanın rəhbəri olmadı. Ancaq bu gün Qarabağı Zəngəzurun, Göyçənin taleyi gözləmir. Bizim möhtərəm prezidentimiz dünya prezidentləri içərisində aparıcı şəxsiyyətdir, bunu bütün dünya görür. Gəlin görək cənab prezident Azərbaycan xalıq üçün nələr eləmir, hansı şəraitlər yaratmır? Cənab prezident nəinki bu gün, hətta 20-50 il bundan sonra ilə bağlı düşünür, addımlar atır, çalışır ki, bu xalq gözəl yaşasın. Rayonlara görüşlərə gedəndə baxıram, bizim regionlar tanınmaz dərəcədə inkişaf edib.

- Yeri gəlmişkən, yay aylarında harada istirahət edirsiniz? Xüsusilə də gəncliyi Şuşada, İsa bulağının başında keçmiş adamın indi istirahət elədiyi ünvan çox maraqlıdır.

- Mən heç yerdə istirahət eləmirəm, elə evimdə oluram. Mənim istirahətim yoxdur. Şuşa işğal olunandan sonra mənim istirahətim olmayıb. İnşallah qismət olsa, Şuşada istirahət eləyəcəyəm.

- Yəni o vaxtdan yay tətilində hansısa xarici ölkəyə, mavi dalğalı dənizlərin sahillərinə getməmisiniz?

- Xeyr, heç vaxt olmayıb. Olmayacaq da.

- Yəni əhd eləmisiniz?

- Yəqin ki. Mən Şuşanın gözəlliklərini qoyub başqa yerdə necə istirahət eləyə bilərəm? O gözəl guşələrin hamısı mənə doğma diyarımı xatırladır. Çünki təbiət gözəllikləri Şuşada daha çox təcəssüm olunub. Ona görə də mən Şuşanı başqa yerə dəyişə bilmərəm. Özü də daxilimdən istirahət etmək keçməyib heç vaxt. Hər zaman belə düşünmüşəm ki, Şuşasız istirahət mənə halal deyil.

- Xalq artisti Mənsum İbrahimov danışırdı ki, darıxanda gedib Ağdamın “dördyol”undan o tərəfə baxıb geri qayıdır. Siz Qarabağ üçün, Şuşa üçün darıxanda hara gedirsiniz?

- Mən o tərəflərdəki rayonlarımıza gedəndə Kirsin havasını ciyərlərimə dərindən çəkirəm. Məsələn, may ayının 8-də biz Şuşanın işğal gününü Cocuq Mərcanlı kəndində andıq. Ora yaxındır, Kirsin havasını duyuruq. Həm də Şuşa məscidinin eynisi tikildi orda. Mən o atmosferdə özümü Şuşaya çox yaxın hiss elədim. İmkan düşəndə Ağdam tərəfə də gedirəm.

- Rəhmətlik Məmməd Aslan son illərində Yardımlıya gedirdi, deyirdi Kəlbəcərin havasını ordan alır. Siz Şuşanın havasını hansı rayondan alırsınız? Elə bir rayon varmı?

- Yox... Yoxdur... (Fikrə gedir) Azərbaycan çox gözəldir. Amma Şuşanın əvəzi, alternativi yoxdur. Şuşanın füsunkar gözəlliyi, ab-havası, Şuşa ziyalıları təkrarolunmazdır. Demək olar ki, mən hər gün xəyalən Şuşaya gedib-gəlirəm.

- Bu duyğularla baş-başa qalanda özünüzü bir az da aciz saymırsınız ki? Yəni erməni quldurlar Şuşada kef çəkir, biz də özümüzçün xəyallar qururuq...

- Yox. Aciz hesab eləmirəm. Biz niyə özümüzü aciz saymalıyıq ki? Azərbaycan ordusu çox qısa müddətdə nəinki Dağlıq Qarabağı və bitişik rayonları, hətta Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarını azad etməyə hazırdır. Möhtərəm prezidentimiz sağ olsun, Azərbaycan ordusunun bütün maddi-texniki bazası, silah arsenalı yüksək səviyyədədir. Ən əsası odur ki, bu gün Azərbaycan xalqının, Azərbaycan gəncliyinin, Azərbaycan ordusunun torpaqları azad etmək həvəsi var. Bax, bu kabinet şahiddir, 2016-cı ilin aprel hadisələrində 50-dən artıq hərbi xidmətə yaşı çatmayan uşaqları qəbul etmişəm. Onlar gəlirdilər ki, müəllim, biz döyüşə getmək istəyirik! Şuşalı uşaqlar idi. Sonra hərbi komissar var idi, indi dəyişib, o da dedi ki, çağırış yaşı çatmış gənclər, hətta yaşlılar döyüşə getmək üçün ona müraciət ediblər. Bu, bizim insanların torpağa bağlı olmasının, əraziləri işğaldan azad etmək niyyətinin əyani nümunəsidir.

- Azərbaycanın gücü və iradəsi var, buna kimsə şübhə edə bilməz. Eyni zamanda erməni komandanlıq etiraf edir ki, əsgərlər döyüşməmək üçün postlardan qaçırlar. Elə isə düşmən ölkə işğalı davam etdirməkdə niyə israr edir, onları buna vadar edən səbəb nədir?

- Bizdən fərqli olaraq, ermənilərdə qüvvələr var ki, öz xalqına zor tətbiq etməklə onları məcburiyyət qarşısında qoyurlar. Mən erməni ilə qonşu olmuşam. Erməni ilə bir yaşamışıq, dostluq etmişik, xeyrə-şərə getmişik. Mən ermənini tanımıram? Çox olanda erməninin 1-2 uşağı olub. Bu uşağı ona görə böyütmür ki, gedib Azərbaycan əsgərinin gülləsinə tuş gəlsin, hərbi hissədəki özbaşınalığın qurbanı olsun? Erməni ordusunda bu gün baş verənlər elə erməni xalqına qarşı düşmənçilik nümunəsidir. Mən bilirəm ki, onlar yaşlı adamları pul gücünə postda saxlayırlar. Digər tərəfdən də, mən Dağlıq Qarabağı çox yaxşı tanıyıram, vaxtilə ermənilərin yaşadığı əksər kəndlərdə olmuşam. Axı, Dağlıq Qarabağda o qədər erməni əhali yoxdur ki, o boyda ərazidə əsgər saxlamaq mümkün olsun.

- Xaricdən köçürülən ermənilər də var...

- Nə qədər köçürüləcək ki? Suriyadan, Livandan aldadılıb gətirilmiş ermənilər var. O ermənilərin vaxtilə normal həyatı, iş-gücü olub. İndi onları aldadıb Qarabağa gətiriblər. Burada nə işlə məşğul olacaqlar? Ermənistan hakimiyyəti diasporadan müəyyən vəsait alır ki, bu köçürülənləri Qarabağda saxlasın. Amma tutaq ki, Laçın, Kəlbəcər, Şuşa, Zəngilan, Qubadlıda 300-500 erməni məskunlaşdırıldı. Onlar arada nə iş görəcək? Özü də Suriyadan gələn erməni o qədər də axmaq deyil. Məgər o bilmirmi ki, bu torpağın sahibi Azərbaycandır və aprel döyüşləri təkrar oluna bilər?

- İcma rəhbəri kimi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləriniz olurmu? Onlara nə deyirsiniz?

- Bəli, görüşlər olur. İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri, istər digərləri ilə görüşdə sözümü deyirəm ki, mən o vaxt bu işlərdən razı olacağam ki, doğma Şuşamda olacağam. Nə qədər ki, Şuşamda deyiləm, onların işindən razı qala bilmərəm... Onlar bəzən birgəyaşayışın mümkün olmasına şübhə ilə yanaş0ıblar. Demişəm Azərbaycanda ağsaqqal sözünə hörmət var, əgər övladlarımıza desəm ki, möhtərəm prezidentimiz məsləhət bilib, biz barışığa gedirik, birgə yaşayacağıq, onda mənim övladlarım mənə qulaq asacaq...
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
İcra başçısının keçmiş müavini vəfat etdi - FOTO
Bu gün, 11:53
Xüsusi təyinatlılar Xocalıda: 1991 - Nadir foto
Bu gün, 11:50
Ermənilərin xilas yolu... - Cəmiyyəti hazırlamaq Paşinyana elə də çətin olmayacaq
Bu gün, 11:47
AMEA-da bir neçə institut ləğv olunub? - İsa Həbibbəyli açıqladı
Bu gün, 11:45
Naxçıvanda daha bir idarədə MAAŞLAR KƏSİLDİ - NARAZILIQ VAR...
Bu gün, 11:43
BU NƏDİ BELƏ: Bakıda günün-günorta çağı QARƏT... - MÜRACİƏT
Bu gün, 11:39
Ermənistanda hərbi xidmətə çağırış və tərxisetmə müddətləri dəyişir - Ermənistan KİV-i
Bu gün, 11:34
Azərbaycan-İsrail-ABŞ oxu yaradılır? - İlginc görüş
Bu gün, 11:33
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır - TƏFƏRRÜAT
Bu gün, 11:31
Abel Məhərrəmovun indiki BDU rektoru ilə münasibəti necədir? - özü AÇIQLADI
Bu gün, 11:28
İrəvan terrorizmə haqq qazandırır - FAKT BUDUR!
Bu gün, 11:25
Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... - Baş nazir tənqid olunur
Bu gün, 10:15
44 günlük müharibədə Tramp detalı: Bizə dedi ki… - Hekimyan
Bu gün, 10:11
"Mən də oturmaq, gəzmək istəyirəm" - ÇARƏSİZ VƏTƏNDAŞ YARDIM İSTƏYİR
Bu gün, 10:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru