"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi .....                     "Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." .....                     Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                     Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? .....                     Sabah əfv komissiyası yenidən toplaşır .....                     Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? .....                     Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə .....                     Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… .....                     Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… .....                     Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                 

Qərbdən gələn təzyiqlərin pərdəarxası - demokratiya oyunu, yoxsa...
Tarix: 5-10-2017, 10:45 | Çap et
Qərbdən gələn təzyiqlərin pərdəarxası
Son vaxtlar Qərbdən ölkəmizə qarşı təzyiqlər güclənib. Bu basqılar durmadan artır. Maraqlıdır ki, bu cür davranış Azərbaycanın Avropa ilə əlaqələrini daha da yaxşılaşdırmaq üçün yürütdüyü siyasət dövrünə təsadüf edir. Sanki Qərbdə rəsmi Bakının Avropa ilə əlaqələrinin yaxşı olmasını istəməyən qüvvələr var.

Bu istiqamətdə gedən müzakirələr də getdikcə çoxalır. Təzyiqlərin səbəbləri və arxasında duran niyyətlərlə bağlı ümumi bir fikir yoxdur. Amerika başda olmaqla, Qərb dairələrinin doğrudan da ölkəmizdə demokratiya və insan haqlarının bərqərar olması istəyinə inananlar da var, Qərbin belə vasitələrdən yararlanıb Azərbaycana qarşı təzyiq mexanizmlərini işə saldığını düşünənlər də. Bu cür təzyiqlərin arxasında duranlarla bağlı da ən müxtəlif mövqelər var.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov "EurActiv" fondunun saytına verdiyi sensasion müsahibəsində bu məsələyə də toxunub. Səfir bildirib ki, Bakıya bu hücumları Avropa yox, başqa oyunçular təşkil edir: “Biz Avropaya yaxın olduqca, daha çox tənqid eşidirik. Bir çox hallarda bu tənqidlər sünidir. Və biz bilirik ki, bu tənqidlərin arxasında kimlər dayanır. Biz Avropaya yaxın olmaqda maraqlıyıq, ancaq bəzi qüvvələr bu inkişafın, bu hərəkətin qabağını almaq istəyir. Azərbaycan bu il Avropa Birliyi ilə 3 ayda 5 danışıq prosesinə təkan verib.

Bu tənqidlər, dediyim kimi, bir çox hallarda sünidir və məqsədi Azərbaycanın Avropa Birliyi ilə münasibətlərini korlamaqdır, siyasi qərarları ən azı təxirə salmaqdır".

Səfir hesab edir ki, bu təzyiqləri Azərbaycanın Avropaya yaxın olmasını, Azərbaycanın Avropanın bir hissəsi olmasını istəməyənlər edir.

F.İsgəndərov daha sonra deyir: “Biz Avropa Birliyinə yaxın olduqca həmin tənqidlər kəskinləşir. Bu hücumlar Avropa Birliyi qurumlarından gəlmir, başqa oyunçulardan gəlir. Bu qüvvələrin məqsədi Azərbaycanın, necə deyərlər, Avropa dəyərlərinə uyğun gəlməyən müsəlman-barbar imicini yaratmaqdır. Belə ölkə ilə danışmaq belə lazım deyil. İkinci məqsəd odur ki, biz Ermənistanla beynəlxalq qanun çərçivəsində danışırıq. Beynəlxalq qanunlar ölkənin ərazi bütövlüyünü, suverenliyini nəzərdə tutur. Bunu necə dəyişmək olar? Ona görə də qarşı tərəfi korrupsioner, davranışı bilinməyən, barbar kimi təqdim eləməyə çalışırlar”.

Politoloq, deputat Elman Nəsirov bildirdi ki, Qərbin müəyyən dairələri tərəfindən Azərbaycana qarşı dəfələrlə belə təzyiqlər olub: “Bu cür təzyiqlərin hədəfinə çevrilmişik. Xüsusilə çox mühüm tədbirlərə ev sahibliyi edərkən belə təzyiqlərin artdığının şahidi oluruq. Bir qədər də açığını desək, Azərbaycan mühüm uğurlara imza atarkən bu təzyiqlərin əmsalı daha da yüksəlməyə başlayır. Bu gün ölkəmizə qarşı hətta Avropa Şurasının rəhbərliyi səviyyəsində təzyiqlər artmağa başlayıbsa, məntiqi olaraq belə nəticəyə gəlmək olar ki, onlar Azərbaycanın yeni-yeni nailiyyətlərinin şahidi olublar. Görürlər ki, çox da böyük olmayan bir müsəlman ölkəsi dünya siyasətində çox böyük çəkiyə malikdir. Onlar bunu çox qısqanclıqla qarşılayırlar. Onu da görürlər ki, Dünya İqtisadi Forumu 2017-18-ci illərin qlobal iqtisadiyyatın rəqabət qabiliyyətini müəyyən edərkən Azərbaycanı 35-ci yerdə qərarlaşdırıb. İki pillə də mövqeyimiz güclənib. Bu faktın özü onların yuxusuna haram qatıb. Həm də onun şahidi olurlar ki, Azərbaycan dünyanın böyük 20-liyinə daxil olan ölkələri hətta üstələyib. Məsələn, dünyanın əhali baxımından ən böyük müsəlman ölkəsi İndoneziyadır. Azərbaycan 35-ci, İndoneziya 36-cı yerdir. Şimal qonşumuz olan nəhəng Rusiya 38-ci sıradadır. Hindistan kimi böyük dövlət 40-cı yerdə qərarlaşıb. 20-likdə böyük mövqelərə sahib olan İtaliya 43-cü yerdədir. Türkiyə kimi böyük dövlət də 53-cü yeri tutur. Bunların hamısını onlar analiz edirlər. Yaxşı başa düşürlər ki, bu gün Azərbaycan bu uğurlara imza atırsa, sabah yeni uğurları qazanacaq. Düşünürlər ki, müxtəlif yollarla bu inkişafın qarşısını alsınlar. Bu halda onlar ”Axilles dabanı" axtarır, Uydurma ittihamlar səsləndirir, müxtəlif ölkələrdə siyasi rejimləri devirmək üçün tətbiq etdiklərini işə salmağa çalışırlar. Nəticədə insan hüquqlarının olmaması, siyasi məhbusların olduğu kimi ittihamlar səsləndirirlər. Dəfələrlə şahidi oluruq ki, böyük dövlətlər öz geosiyasi maraqlarını həyata keçirmək üçün insan hüquqlarından bir alət kimi istifadə ediblər. İraq, Suriya, Liviya, Misir kimi dövlətlərdə bunu görmüşük. O yerlərdəki “Ərəb baharı”nı həyata keçiriblər, məlum olur ki, o yerlərdə əsas həyata keçirdikləri üsul bunlar olub. Bir çox hallarda da guya onlar demokratiya yaradırlar. Biz də indi eyni vəziyyətlə üz-üzə qalmışıq".

Deputat təzyiqlərin səbəblərinə də toxundu: “Birinci səbəb onunla bağlıdır ki, ölkə prezidenti cənab İlham Əliyev müstəqil daxili və xarici siyasət həyata keçirir, beynəlxalq təşkilatların, dövlətlərin diktəsi altında hərəkət etmir, öz millətinin, dövlətinin mənafeyinə uyğun siyasət aparır. Nəticədə bizdə səfərbər olunmuş, iqtidarla xalqın hakimiyyət birliyi formalaşır. Qərb də bunu həzm edə bilmir. Buna görə də bizi hədəf seçirlər. İkinci səbəb isə budur ki, Azərbaycan müsəlman ölkəsidir. Həmin islamafob qüvvələrin Avropada getdikcə əhatə dairələri genişlənməkdədir. Hətta bir sıra yerlərdə hakimiyyətə gəlməyə iddialıdırlar. Bu qüvvələr heç bir halda həzm edə bilmirlər ki, Azərbaycan adlı bir müsəlman ölkəsi İslam adında dünyada formalaşdırmaq istədikləri terrorçu planını alt-üst edir. Azərbaycan İslamın bir sülh dini olduğunu bütün dünyaya bəyan edir. Multikulturalizmin ən mühüm mərkəzlərindən birinə çevrilmişik. Azərbaycanda müxtəlif dinlərə sitayiş edənlərin necə harmonik ailə kimi yaşadığını dünyaya nümayiş etdiririk. Bu reallıq onların yuxularını ərşə çəkir. Bunların hamısı bizə gün kimi aydın məsələlərdir. Bu gün bizi həm də ona görə hədəf seçirlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində diplomatik və hərbi üstünlük əldə edib. Bu isə ermənipərəst qüvvələrin çox ciddi narahatlığına səbəb olub. Ölkəmizə qarşı yalan iftiralarla dolu böhtanlar irəli sürməklə çalışırlar ki, beynəlxalq aləmdə tutduğumuz güclü mövqeyi zəiflətsinlər, Azərbaycana beynəlxalq aləmdə yanaşılan etibarlı tərəfdaş mövqeyimizə kölgə salsınlar. Bunu etmək üçün də çox fikirləşmirlər. Çünki müxtəlif ölkələrə qarşı etdikləri ənənəvi üsullar var, həmin ölkələri insan hüquqlarını pozmaqda ittiham etmək. Bu, onların ənənəvi silahıdır. Onların yalanlarına xalqımız inanmır. Niyyətlərinin ölkəmizdəki sabitliyi pozmaq olduğunu da hər kəs bilir. 90-cı illərdə həmin qüvvələrin hansı niyyətləri güdüklərini yaxşı görmüşük. Bu sabitliyi göz bəbəyi kimi qorumaq əsas vəzifələrimizdən biridir. Bu yolda xalqımız monolit birlik nümayiş etdirir”.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sputnik Azərbaycan" ictimai rəyə zəhər qatmaqla məşğul idi - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:24
"Kitabxana rəhbərliyi işçiləri təhqir edir, əlavə işlə yükləyir..." - NARAZILIQ VAR...
Bu gün, 09:20
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru