Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox .....                     İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi .....                     Göygöldə ana doğuş zamanı öldü .....                     "Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi .....                     Çox təəssüf ki, bu işçilərin siyahısında... .....                     ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib .....                     "BU SAHƏDƏ dəyişikliklər edilməlidir" .....                     "Bank bir saxta cədvəl tərtib edərək..." .....                     "Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb" .....                     “KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? .....                     Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb .....                     `Starex` ancaq müştəriləri incitməyə xidmət edir... .....                     Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... .....                     Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası .....                     Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri .....                     Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? .....                     Sabah əfv komissiyası yenidən toplaşır .....                     Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? .....                     Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə .....                     Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… .....                     Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… .....                     Xocalı soyqırımından 33 il keçir .....                     "Kainat" ASC-də sədr dəyişikliyi olacaq .....                     Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox .....                     Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü .....                     Bəylər Əyyubova müavin təyin edildi .....                     Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb .....                     Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər .....                     Müğənniyə Qarabağda vəzifə verildi .....                     İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər .....                     Azərbaycanda bank faizləri artacaq .....                     Rusca danışmaq elitarlıq yox, ətalətdir! .....                     İrandan Azərbaycan açıqlaması: .....                     Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... .....                     "Şahmar İbadov əşyalarımı qaytarmır..." .....                     Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi .....                     Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? .....                     Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib .....                     Nazir xanım professora vəzifə verdi .....                     Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub .....                 

"Azərbaycanda jurnalistikaya dünyanın heç bir ölkəsində olmayan diqqət və qayğı var" - MÜSAHİBƏ
Tarix: 10-10-2017, 08:32 | Çap et
"Azərbaycanda jurnalistikaya dünyanın heç bir ölkəsində olmayan diqqət və qayğı var"
Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Akif müəllim, necəsiniz?

- Çox sağ olun, yaxşıyam.

-Zatən gümrah görünürsünüz, iş baxımından vəziyyətiniz necədir?

- “Mən yaxşıyam” deyəndə, hamısını nəzərdə tuturam. Həyat baxımından da, iş baxımından da hər şey yaxşıdır.

- Parlamentin plenar iclaslarında, qonaqlar gələndə, bir sözlə, gərgin iş qrafiki olan günlərdə heç yorulmursunuz?

- İnsan orqanizmi belədir ki, çox yüklənəndə yorulmalar olur. Sadəcə olaraq bu işi sevəndə, ona məsuliyyətlə yanaşanda yorğunluq ikinci plana keçir. Ona görə də, gəlin yorğunluqdan danışmayaq.

- 2006-cı ilə qədər AzTV-də işləmisiniz, yəni dediyinizdən belə başa düşmək olar ki, jurnalist fəaliyyətindən də çox zövq almısınız. Sualı belə qoyaq: jurnalist fəaliyyətindən daha çox zövq alırdınız, yoxsa indiki fəaliyyətinizdən daha çox zövq alırsınız?

- Mən hansı işdə çalışıramsa, o işə hörmətlə, məhəbbətlə yanaşıram. Bu gün də öz işimdən həddindən artıq zövq alıram. Ümumiyyətlə, hər hansı bir addım atanda, bir hərəkəti edəndə ondan zövq almaq lazımdır. Bu zövqü almasan iş də səni məmnun etməz. Məmnun olmaq istəyirsənsə, işə sevgi, məhəbbətlə yanaşmaq lazımdır.

- Zövq yaradıcılıq üçün əlavə imkanların açılması deməkdir. Bilirik ki, siz həm də yaradıcı insansınız. Bəs sizi nə vadar etdi ki, şeir də yazmağa başladınız?

- Açığı bu, bir insanın öz hissləridir. Şeir deyib mənim yazdıqlarımı həddindən artıq böyütmək də lazım deyil. Şeir bir insanın daxili hisslərinin qələmə alınması, onun yazıya çevrilməsidir. Bu yazılar hisslərin təcəssümüdür.

- Akif Təvəkküloğlu daxili hisslərini kağız üzərində tam ifadə edə bilirmi?

- Mənə elə gəlir ki, hissi ifadə etməkdə çətinlik yaranmaz. Amma bir şey var ki, bütün hissləri də yazıya köçürmək olmaz. İnsanın içində, qəlbində çox fikirlər ola bilər. Bunun hamısının qələmə alınmasına ehtiyac yoxdur. Ancaq hansı hissləri ki, oxucu, tamaşaçılar, dostlar, ailə üzvləri ilə bölüşmək olarsa, onlar qələmə alına bilər.

- Hisslərdən söz düşmüşkən, adətən yaradıcı insanlar romantik olurlar. Siz romantiksiniz, yoxsa realistlərə daha yaxınsınız?

- Sual yaxşıdır. Amma buna konkret “hə”, ya da “yox” demək o dərəcədə də alınmaz. Qoy onu səni tanıyanlar və səni izləyənlər desin.

- Uzun müddət AzTV-də çalışmısınız. O dövrün AzTV-si ilə bu dövrün AzTV-si arasında keyfiyyət baxımından hansı fərqlər var?

- Zaman hər an dəyişir. Zaman dəyişdikcə, istər-istəməz cəmiyyətdə də dəyişikliklər yaranır, irəliləyişlər olur. Elm, texnika elə sürətlə inkişaf edir ki, cəmiyyət bunun bəhrələrini görür. İndi televiziyaların sayı get-gedə çoxalır, cəmiyyətimizdə, mediamızda hər şey inkişafa doğru gedir. Bu mənada 10-15 il bundan əvvəlki televiziya ilə bugünkü fərqlənir, nə qədər inkişaf var Bu, xarici televiziyalarda da belədir. Bu gün telekanalların istifadə etdiyi texnikalar çox müasirdir. Tamaşaçıya, radio dinləyicilərinə tamamilə ayrı bir aura bəxş edirlər. İnkişaf, texniki imkanlar o qədər yüksəlib ki, bunun vasitəsilə tamaşaçıları, dinləyiciləri daha yaxşı cəlb etmək olur. Bunlar həm də keyfiyyət göstəriciləridir. Hər birimizin arzusu budur ki, daha yaxşı verilişlər olsun, daha mütərəqqi fikirlər öz əksini tapsın.
Bu gün dövlətimizin bütün sahələrində inkişaf var. Bu inkişafın təcəssümü, təqdim olunması daha da yaxşı olar bilər. Müxtəlif yaradıcı metodlarla bu inkişafı daha yaxşı təqdim etmək olar. Bu da jurnalistlərin özünün peşəkarlığından, yaradıcılıq qabiliyyətindən asılı bir şeydir. Ümumilikdə isə inkişaf, özü də çox sürətli inkişaf var. Hər bir jurnalist bu inkişafı önündə olmalıdır.


- Azərbaycanda müxtəlif sahələrin inkişafı jurnalistikadan da yan keçməyib. Ancaq bununla belə jurnalistika ən çox tənqid olunan sahələrdəndir. Sizcə, jurnalistikamızın ümumi mənzərəsi necədir? Məsələn, çox oynaq başlıqlar sizi cəlb edirmi?

- Oynaq başlıqlar tamaşaçını, dinləyicini, oxucunu cəlb edir. Bu, mümkündür və bir elementdir. Amma bu element vərdişə çevrilib tamaşaçılara, dinləyicilərə, oxuculara sirayət edib onların zövqünü korlamamalıdır.
İndi mətbuatda dərc olunan yazılar dərhal izlənilir, internet vasitəsi ilə sürətlə yayılır. 1 dəqiqənin içərisində bir xəbəri milyonlarla insan izləyə bilir. Düzgün olmayan, ucuz sensasiya yaratmaq naminə ortaya atılan hər bir səhv informasiya milyonları özünə cəlb edə bilər. Bu da cəmiyyətdə fikir çaşqınlığı yarada bilər. Bunlar əlbəttə ki, qəbuledilməzdir. Baxın, dövlətimiz mətbuata, jurnalistikaya nə qədər diqqət göstərir. Jurnalistikaya dünyanın heç bir ölkəsində olmayan diqqət və qayğı var. Məsələn, jurnalistlərə cənab prezident tərəfindən ev hədiyyə edildi.
Jurnalistlər ümumi inkişafa töhfə verməlidir. Hansısa ucuz sensasiya xatirinə “məni çox oxusunlar” prinsipi ilə yanaşmaq olmaz. Çox oxunandan sonra məlum olsa ki, bu xəbər yanlışdır, onda bu, böyük bir qəbahətə çevrilir.

- Tərəzinin bir gözünə Azərbaycanın peşəkar, digər gözünə isə qeyri-peşəkar mətbuatı qoyaq. İctimai rəyə təsir etmək baxımından hansı daha ağır gələr?

- Mən qeyri-pəşəkarlardan heç danışmaq istəmirəm. Əgər bir yerdə qeyri-peşəkarlardırsa, onlar heç zaman özlərinə ağıllı adamları cəlb edə bilməzlər. Peşəkarlıq daha üstündür, peşəkarlar daha çoxdur. Və hər birimiz də bu peşəkarlığın yüksəlməsi üçün əlimizdən gələni etməliyik. Qeyri-peşəkarlıq varsa, deməli orada heç nə yoxdur...

- Jurnalist özündə özünütənqid ruhunu da formalaşdırmalıdır. Mətbuatda özünüzlə bağlı tənqid görsəniz buna necə reaksiya verərsiniz?

- Söhbət haqlı tənqiddən gedirsə, hər bir kəs, o cümlədən də mən bunu qəbul edib, bundan nəticə çıxarıb, səhv işimizi düzgün istiqamətləndirməliyik. Bunun başqa yolu yoxdur.

- Milli Məclis rəhbərliyinin sizə münasibəti yaxşıdır ki, sizə etimad göstərib hələ də bu vəzifədə saxlayırlar. Gəlin bir az detallara varaq, gündəlik iş mühitində münasibətləriniz necə olur?

- Hər şey qayda-qanun, Milli Məclisin Daxili Nizamnaməsi çərçivəsindədir. Biz, yəni Milli Məclisin mətbuat xidməti öz xidmətini, işini yerinə yetirir. Parlamentin mətbuat xidməti media ilə Milli Məclis rəhbərliyi arasında körpü rolunu oynayır. Biz də var gücümüzlə çalışırıq ki, bu vəzifəni yerinə yetirək.
-
Bəzi mətbu orqanlarda, saytlarda parlamentin işi də tənqid olunur...

- Biz demokratik bir ölkəyik. Milli Məclis jurnalistlər, cəmiyyət üçün ən açıq, əlçatan bir orqandır. Bəlkə də birincisidir. Burada xalqımızın seçdiyi insanlar fəaliyyət göstərirlər. Onlar qayda-qanun çərçivəsində işlərini görürlər, ölkəmizin beynəlxalq əlaqələrinə öz töhfələrini verirlər. Millət vəkilləri həm xarici, həm də daxili siyasətin ayrı-ayrı istiqamətlərinə qanun yaradıcılığı baxımından öz töhfələrini verirlər. Onlar Konstitusiya ilə üzərinə düşən vəzifələrin həyata keçirilməsinə çalışırlar. Və uğurlu da alınır.
Tənqidlərə gəlincə. Əgər Milli Məclisin bir əməkdaşı ya da bir deputat tənqid olunursa bunu da təhlil edirik. Əgər haqlı tənqiddirsə, bundan heç kim inciməməlidir. Çünki biz demokratik dövlətik. Amma jurnalistlər də məsələyə birtərəfli şəkildə yanaşmamalıdır. “Haradansa eşitdik”, “haradansa səda gəldi” prinsipi ilə yazmamalıdırlar.
İndi dəbə minib: yazırlar ki, “etibarlı mənbələrdən aldığımız məlumata görə...”. Hər şeyi etibarlı mənbə adı ilə yazmaq yanlışdır. Bu jurnalistikaya başucalığı gətirmir.

- Parlament müxalifəti dialoqa meyllidir, konstruktivdir. Bəs ənənəvi, klassik müxalifətə münasibətiniz necədir?

- Mən özümü bu dövlətin əsgəri hesab edirəm. Mən o adamları, o təşkilatları müxalifət adlandırardım ki, onlar bu dövlət, cəmiyyət üçün daha yaxşı işlər ortaya qoya bilsinlər. Boş-boş ittihamlar, ara qarışdırmalar, dövlətə ziyan olan işlərlə məşğul olmaq, insanların normal yaşayışına mane olmaq müxalifətçilik deyil. Müxalifətçilik odur ki, daha gözəl proqram ortaya qoyulsun. Milləti, dövləti daha da irəli aparmaq üçün daha tutarlı təkliflər olsun. Ara qarışdırmaq, mitinqlər edib 5-10 nəfərlə haradasa qışqırıq salmaq, pozuculuq fəaliyyəti ilə məşğul olmaq müxalifətçilik deyil.

- Gələcəkdə yaradıcılığınızı yeni bir istiqamətə yönləndirmək niyyətiniz varmı? Məsələn, böyük həcmli roman yazmaq, xatirə yazmaq və sair kimi.

- Bunu indidən deyə bilmərəm. İndi işlər çoxdur, daha çox mütaliəyə, yeni nəsə yazmağa o qədər də vaxt olmur. Nə zaman qismət olsa, Allah ömür versə, nəsə yaradıcılıq məhsullarından istifadə edib işləyərik.


- Milli Məclisin mətbuat katibi vəzifəsindən getsəniz, hansı növ mediada çalışmaq istəyərsiniz: çap mediasında, saytlarda, yoxsa televiziyada?

- Bu barədə fikirləşməmişəm. Mətbuat mətbuatdır. Harada olsan, qələm, beyin işləməlidir.

- 55 yaşınız var. Çox insan yaşı 50-ni keçəndən sonra “mən artıq qocalıram” deyir. Siz də bunu deyənlərdənsiniz?

- Mən fərqli düşünürəm. Hesab edirəm ki, insan 50 yaşından sonra yeni həyata başlayır. İnsan 50 yaşından sonra həyatı, ətrafı, cəmiyyəti, insanları daha çox sevməyə başlayır. Çünki müəyyən baxışlar artıq formalaşmış olur. İnsan 50-dən sonra hər şeyə incəliyi ilə yanaşır. Təbii ki, 50 yaşından sonra insan bədənində biolojı dəyişikliklər baş verir. Mənə belə gəlir ki, ruhu baxımından isə insanın həyatında yeni mərhələ başlayır. İnsan həyata sevgi ilə baxmalıdır ki, həyat da sənə bu sevgini qaytarsın.

- Hər bir insan gəncliyində çılğınlıq edir. Siz də belə etmisiniz?

- Mən həmişə sülh adamı olmuşam, bu gün də eləyəm. İnsanların hamısına sülh, əmin-amanlıq arzulayıram. Kiminləsə mübahisə etmək və mübahisənin davaya çevrilməsi çılğınlıq yox, hadisələrə düzgün yanaşmamağın nəticəsidir. İnsanların bir-birilə düzgün dil tapa bilməməsinin nəticəsidir. Əgər sənin qarşında qanmaz bir adam əyləşibsə, o, heç nəyi başa düşmürsə, sən qanan olmalısan.
Ataların misalı var: “Biri od olanda, biri su olar”. Yox əgər hər ikisi od olsa, alışıb yanacaq. Belə bir məsəl də var: “Qanan qanmaza borcludur”. İnsanlar bu düsturla hərəkət etsələr, xoşagəlməz hadisələr baş verməz. İnsanın biri başa düşməyəndə, o biri gərək hər şeyi anlasın və məsələ böyüməsin.

- Azərbaycan ədəbiyyatında hər bir yazıçı və şairin öz yeri var. Bəs kimin əsərləri sizi daha çox cəlb edib?

- Əlinə qələm alıb hər hansı bir yaradıcılıqla məşğul olub bədii məhsul olan adam hörmətə-izzətə layiqdir. Həcmindən, onun daşıdığı məna yükündən asılı olmayaraq, ortalıqda bir əsər varsa, insan oradan az-çox nəsə öyrənə bilir.
Mən isə daha çox Nizaminin yaradıcılığına meylliyəm. Oradan bir sətir də oxusam, bu, mənə çox böyük informasiyalar verir. Nizamidə olan sətirlər həyatla sənin arada bir körpü yaradır.

- Hər il Səməd Vurğun və onun yaradıcılığı müzakirə mövzusu olur. Sizin Səməd Vurğuna baxışınız necədir?

- Səməd Vurğunu hamımız uşaqlıqdan sevirik. İndi də sevirik və gələcəkdə də sevəcəyik.

- Müasir yazarlardan kiminsə əsərini mütaliə edirsiniz?

- Konkret ad çəkmək istəmirəm. Gündəlik olaraq mətbuatdan izləyirik, oxuyuruq. İndi oxuduğum Sona xanım Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunan “İşığa gedən yol” kitabıdır. Artıq bitirmək üzrəyəm. Mən Həsən bəy Zərdabini Sona xanım Vəliyevanın kitabında yenidən kəşf etdim.

- Şəxsi həyatınızda pozitivsiniz?

- Mən neqativliyi sevməyən adamam. Kiminsə qanı qara olanda elə bir mühit yaratmağa çalışıram ki, onun qan qaralığı tamamilə yadından çıxsın. Çox zaman da buna nail oluram. Buna görə də insan həyata baxışını, insanlara münasibətini elə qurmalıdır ki, hər şey yaxşı olsun. İnsan həyatla aşiq-məşuqdur. Həyata nə qədər sevgi verirsənsə, həyat bir o qədər də üstünə qoyub onu sənə qaytarır.
Həyatı sevmək lazımdır, insanlara xoş üz göstərmək lazımdır. Nəyə görə deyirlər ki, dərdi bölüşdürəndə azalır, sevinci bölüşdürəndə çoxalır?! Gəlin dərdi elə bölüşdürək ki, heç ondan əsər-əlamət qalmasın. Sevincimizi o qədər bölüşdürək ki, bütün dünya, ətrafımız ancaq sevinc-xoşbəxtlik saçsın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda 10 manatlıq şirkətin yarım milyon manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:13
İranın Zəngəzuru “qırmızı xətti” saymasının səbəbi – Akopyan
Bu gün, 09:07
Göygöldə ana doğuş zamanı öldü
Bu gün, 09:04
"Kardiologiya"da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Bu gün, 09:03
Çox təəssüf ki, bu işçilərin siyahısında... - Ekspert danışır...
Bu gün, 09:00
ABŞ Konqresinin Nümayəndələr Palatası 2025-ci maliyyə ili üçün büdcəni təsdiqləyib - C-SPAN telekanalı
Bu gün, 08:56
"BU SAHƏDƏ dəyişikliklər edilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 08:52
"Bank bir saxta cədvəl tərtib edərək..." - BU NƏDİ BELƏ?..
Bu gün, 08:50
"Bizim evimizdə heç zaman geyim müzakirə olunmayıb"
Bu gün, 08:46
“KQB” Bakıda mühakimə olunan erməniləri xilas edə biləcəkmi? - SENSASİON GƏLİŞMƏ
Bu gün, 08:44
Sədr əvəzi Tahir Xəlilov 10 manatlıq şirkətlərə bel bağlayıb - 2 milyon manata yaxın pulu gözdən çıxardı
Bu gün, 08:41
`Starex` ancaq müştəriləri incitməyə xidmət edir... - BU DA FAKT!
Bu gün, 08:38
Vətəndaşın KAPİTAL BANK çiləsi... DAVAM EDİR... - AXI NİYƏ?..
Bu gün, 08:34
Azərbaycan Müdafiə Nazirliyindəki kollegiya iclasının pərdəarxası - NƏ BAŞ VERİR?
Bu gün, 08:29
Rusiya-ABŞ danışıqlarının Bakı və İrəvana təsiri - Markedonov
Bu gün, 08:28
Lavrovun müavininin Bakıya mesajını necə oxuyaq? - AKTUAL
Bu gün, 08:26
Sabah əfv komissiyası yenidən toplaşır - AÇIQLAMA
Bu gün, 08:25
Azərbaycan İsrail və ABŞ-la nə planlaşdırır? - Gizli diplomatiyanın pərdəarxası
Bu gün, 07:20
Vaşinqtonun yeni siyasəti və ya Tramp Zelenski əleyhinə - UNIAN
Bu gün, 07:12
Rusiyanın Ukrayna hücumu ABŞ-a nələr qazandırdı… - İNCƏLƏMƏ
Bu gün, 07:11
Pensiyaçılara şad xəbər: Yığılan pulu daha tez almaq üçün… – 3 məqam
Bu gün, 07:08
Xocalı soyqırımından 33 il keçir - ANIM
Bu gün, 00:06
"Kainat" ASC-də sədr dəyişikliyi olacaq - TOPLANTI
Bu gün, 00:05
Azərbaycanda 5 manatlıq şirkətin 176 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 00:02
Hikmət Hacıyev Ankarada Hakan Fidanla görüşdü - FOTO
Dünən, 20:32
Bəylər Əyyubova müavin təyin edildi
Dünən, 20:31
Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb - AÇIQLAMA
Dünən, 20:27
Tramp yaxın günlərdə Putin və Zelenski ilə görüşə bilər - Ağ ev
Dünən, 18:16
Müğənniyə Qarabağda vəzifə verildi
Dünən, 18:13
İranın dairələri yenə də Azərbaycanı hədəf seçiblər - ŞƏRH
Dünən, 18:03
Azərbaycanda bank faizləri artacaq - NƏ BAŞ VERİR?
Dünən, 18:01
Rusca danışmaq elitarlıq yox, ətalətdir! - Sosioloqun baxışı
Dünən, 17:55
İrandan Azərbaycan açıqlaması: - “Kömək etməyə hazırıq”
Dünən, 17:49
Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı... - KİV
Dünən, 17:47
"Şahmar İbadov əşyalarımı qaytarmır..." - BU NƏDİ BELƏ?..
Dünən, 17:40
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi – Hiyləgər ifadə
Dünən, 17:33
Böyüklərin oyununda kiçiklərin faciəsi: dördüncü il nə vəd edir? - GƏLİŞMƏ
Dünən, 17:24
Rasim İldırımzadə və Zaur Mirzəzadənin cinayət işi üzrə məhkəmədə zərərçəkən dindirilib - TƏFƏRRÜAT
Dünən, 17:18
Nazir xanım professora vəzifə verdi - ƏMR
Dünən, 17:16
Ötən il narkotikə görə 7 min 172 nəfər cinayət məsuliyyətinə cəlb olunub - BELƏ HARA GEDİRİK?
Dünən, 17:01
Mamicanyan Paşinyanı "yıxıb-sürüdü": "Onun ideoloji mesajı..."
Dünən, 17:00
Azərbaycan da hədəfdəymiş - Ölkələrin və ərazilərin SİYAHISI
Dünən, 16:55
Naxçıvanda arxitektura komitəsinin milyonlarla borcu var - Talıbovlar hakimiyyətindən qalıb?
Dünən, 16:51
Maştağada HƏR YER DƏLİXANA İMİŞ... - CİNAYƏT VAR...
Dünən, 16:43
Nüşabə Ələsgərli Tatlısəsə nə qədər qonorar ödəyib? - AÇIQLANDI
Dünən, 16:37
Bakı məsələni bizsiz həll edəcək - Xaçikyan
Dünən, 16:36
Yenidən qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Dünən, 16:30
Avropa Trampın planının əleyhinədir - “The Times of Israel”
Dünən, 15:15
Qəbiristanlıqlarda məzar biznesi: 10 nəfərlik yer götürürlər – Qiymətlər isə…
Dünən, 15:13
Suriya rəhbərliyinin addımı türkmənləri qəzəbləndirdi
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru