Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                 

"Onlar ənənəvi müxalifəti qəbul etmirlər" - deputat
Tarix: 15-08-2018, 08:33 | Çap et
"Onlar ənənəvi müxalifəti qəbul etmirlər"
Avqustun 13-də REAL sədri İlqar Məmmədovun azad edilməsi çoxsaylı müzakirələrə yol açıb. Son illərdə Azərbaycanla Avropa Şurası arasında bu siyasətçiyə görə yaranan problemlərin bundan sonra bitib-bitməyəcəyi, sanksiya hədələrinin aradan qalxıb-qalxmayacağı suallar doğurur. Eyni zamanda Məmmədovun 5 il 6 aylıq məhbus həyatı ilə vidalaşmasının müxalifət düşərgəsində canlanma yaradıb-yaratmayacağı yönündə səslənən fikirlər birmənalı deyil.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında Azərbaycanla Avropa Şurası arasındakı münasibətləri siyasi yetkinlik səviyyəsinə çatan münasibətlər adlandırdı: “İllüziyalar bitib, artıq bütün səhnə açıqdır. Hər bir tərəfin də məramı ortadadır. Azərbaycan Qərb aləminə hüquqi, mədəni, siyasi cəhətdən inteqrasiyasını yalnız sözlərlə ifadə etməyib. Bunu təhlükəsizlik risklərinə baxmayaraq apara bilib. Avropa strukturları ilə əməkdaşlıq yolunda böyük məsafələr qət etmişik. Ona görə də bir şəxslə bağlı Qərb aləminin bir dövlətlə münasibətlərini, strateji planlarını qurban verəcəyi heç zaman inandırıcı deyil. Məsələnin alt qatındakı səbəblər tamam ayrı idi. Keçmişdə bu səbəblər haqqında yetərincə danışmışıq. Ümumən götürəndə Qərb aləmində bu cür düşüncə var ki, əgər rəsmi Bakı bizimlə münasibətləri normal şəkildə qurursa, düşmənlərimizlə savaşın ön cəbhəsinə çevrilsin. Bu halda söhbət Rusiya və İranla əlaqələrdən gedərdi. Əgər buradan hər iki ölkəyə qarşı bəyanatlar verilsəydi, Saakaşvilinin dəst-xətti rəsmi Bakı tərəfindən həyata keçirilsəydi, İlqar Məmmədov deyil, qeyri REAL-çılar da həbsxanada olsaydı, bu, Qərbin ”demokratiya damarı"nın qabarmasına səbəb olmayacaqdı.

İlqar Məmmədov hadisəsi açığı deyim ki, Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərə öz təsirini göstərəsi deyildi. Azərbaycan tərəfindən verilən amnistiya, əfv kimi qərarlar bir şəxslə bağlı verilməyib. Təəssüflər olsun ki, son zamanlarda Qərbin atdığı addımlara görə Azərbaycanı təqdir etdiyini, dəstəklədiyini görməmişik. 8 avqustda Gürcüstan hadisələrinin ildönümündə Amerikadan tutmuş Almaniyaya qədər verilən çoxsaylı bəyanatların şahidi olduq. Hər kəs Rusiya tərəfindən edilən bu ilhaqın tanınmayacağını bəyan edirdi. Biz indi Rusiya əleyhinə bəyanatlar verməliyik ki, Qərb tərəfindən dəstək alaq? Bu, açıq şəkildə bizi qonşularla müharibəyə itələməkdir. Hər zaman ölkəmizdə siyasətçilərin azadlıq şəraitində siyasi mübarizə aparmalarının tərəfdarı olmuşam. İlqar Məmmədov da ona qədərki dövrdə normal şəkildə siyasi platformasını reallaşdırıb. Son illər ərzində onun düşüncəsində, yumşaq dillə desək, müxtəlif hadisələr baş verirdi".

Deputat İ.Məmmədovun azadlığa çıxmasının müxalifət cameəsində canlanma yaratmayacağını düşünür: “Əslində REAL-çılar klassik partiya modelində təşkilatlanmayıblar. Faktiki olaraq REAL-ın müxalifət cinahında təmsil olunan qurumlar arasında hansı yerdə dayandığı məlum deyil, heç bu təşkilat hakimiyyət əleyhdarlarını da narahat etmir. REAL-çılarla müxalifət arasında münasibətlər heç də xoş olmayıb. Onlar ənənəvi müxalifəti qəbul etmirlər. Özləri də dekabristlər kimi manifestlər imzalamaqla məşğuldurlar. Onların respublika quruluşunun hansı səviyyədə formalaşmasına dair ara-sıra yazılarından başqa diqqətçəkən proqramları da mövcud olmayıb. İçərilərində səmimi şəkildə demokratik olmadıqlarını bəyan edənlər də olub. Onlardan soruşsanız ki, sosial şəbəkələrdə bloka atdığınız şəxslər varmı, əgər səmimi olsalar deyəcəklər ki, 300-500 istifadəçini blok etmişik. Əgər onlar vəzifə sahibi olsaydılar, bloka atdıqları şəxsləri mütləq həbs etdirərdilər. Müxalifətdə canlanma fərdlər üzərində olmamalıdır. Əslində İsa Qəmbər və digər siyasətçilərin geniş imkanları var idi ki, zaman etibarı ilə belə şəxsləri çevrələrinə yığsınlar. Əvvəllər bunu edə bilməyiblərsə, cəmiyyətin 0.1%-nin tanımadığı bu şəxs nə edəcək ki? Ola bilər ki, məhbəsdə olmağı bir qədər onu tanıtdı. Bu tipli siyasətçilər Azərbaycan cəmiyyətinə doğma görünmürlər. İlqar Məmmədovun azadlığa çıxması epizodik effektlər verə bilər, amma diqqət çəkəcək dərəcədə siyasi mühitin dəyişməsi mümkünsüzdür. Məni tanıyanlar yaxşı bilir ki, istər keçmişdə olsun, istərsə də indi, hər zaman İlqar Məmmədov da daxil, digər belə şəxslərlə tribunalarda fikir mübadiləsi aparmağı istəmişəm. Bu da çox normaldır”.

AĞ Partiya başqanı Tural Abbaslı REAL rəhbərinin azad edilməsinin müxalifət daxilində müsbət əhval-ruhiyyə yaratdığını qeyd etdi: “İlqar Məmmədovu, ailəsini və əqidədaşlarını onun şərti də olsa azadlığa çıxması mübasibətilə təbrik edirəm. Ümid etmək istəyirəm ki, tezliklə digər siyasi məhbuslar da öz ailələrinə qovuşacaq və Allahın onlara bəxş etdiyi həyat adlı neməti ailələri və əzizləri ilə birlikdə yaşayacaqlar. Heç kəsin həyatı onun haqq etmədiyi halda dörd divar arasında, bağlı qapılar arxasında keçməməlidir. Ümumən götürsək, İlqar Məmmədovun 5 ildən artıq zamandan sonra azadlığa çıxması müxalif cameədə müsbət əhval-ruhiyyə yaradır. Ancaq hansısa köklü və əsaslı dəyişiklik olacağına inanmıram. Ola bilsin ki, bu azadlıq öz təşkilatı üçün hansısa əsaslı dəyişikliklərə səbəb ola bilsin. Çünki Azərbaycan iqtidarı 25 ildən artıq bir müddətdir ki, hakimiyyətdə möhkəmlənib və eyni zamanda da müxalifətin bütün resurslarını və təsir imkanlarını neytrallaşdırıb. Düşünmürəm ki, İlqar Məmmədovun həbsdə olduğu bu illər ərzində Azərbaycan siyasi reallıqlarında və ya İlqar bəyin şəxsi göstəricilərində nəsə həlledici səviyyədə dəyişib. Azərbaycan müxalifətində pərakəndəlik o səviyyədədir ki, onları bir araya toplamaq belə, real görünmür. Elə analiz etsək görərik ki, REAL-ın özü də belə bir birliyə və əməkdaşlığa can atmır. Odur ki, mənim hər hansı illüziyalarım yoxdur. Müxalifət cameəsində real canlanmanı və hərəkətliliyi yarada biləcək yeganə qüvvə xalqdır. Xalq isə artıq bu illər ərzində müxalifət adını monopoliyada saxlamaq istəyən təşkilat və siyasilərdən yorulub deyə, proseslərdən kənarda qalır. Biz AĞ Partiya olaraq xalqın etimadını qazanmağın və onun siyasi səhnədəki həlledici yerini tutmasının tərəfdarıyıq. İnsanları artıq ”ağ atlı qəhrəman"lara kökləmək zamanı deyil, düşünülmüş, hesablanmış, ardıcıl və məqsədyönlü fəaliyyətə ehtiyac var".

VİP sədri Əli Əliyev bunları dedi: “Bir çox hallarda böyük siyasi hadisələr kiçicik subyektiv olaylardan törəyə bilir. Eyni zamanda da vaqeəyə hazır təlatümlər yenə də kiçik amillərdən pozulur. Sözsüz ki, İlqar Məmmədov məsələsində hakimiyyətin geriyə addımı böyük sayılacaq dəyişiklikdir. İlqar bəyin də görünən ruhu sınmadığından xəbər verir. Hər iki amil mühümdür. Bundan gerisi atılacaq addımların necəliyindən, hakimiyyət və beynəlxalq aləmin davranışından asılı olacaq. Proqnoz söyləməyə çətinlik çəkirəm”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Azərbaycanla Avropa Şurası arasındakı problemlərin tək siyasi məhbuslarla bağlı olmadığını vurğuladı: “Ayrı problemlər də var. Hesab edirəm ki, İlqar Məmmədovla bağlı məsələdə hər şey Azərbaycanın iradəsindən asılı idi. Avropa Şurasının onun azadlığa çıxması üçün təsirlərinin olduğunu demək doğru deyil. Azərbaycan tərəfi öz iradəsi ilə İlqarı azadlığa buraxdı. Bundan şad olduqlarını Avropa Şurasının baş katibi Torbyorn Yaqland etiraf etdi. İlqardan başqa bir neçə nəfər də siyasi məhbus var ki, biz onların azadlığa buraxılmasına çalışırıq. Onların hamısını öz iradəmizlə azad etsək, bu çox müsbət olar. Açığı, heç zaman düşünmədim ki, İlqara görə Azərbaycana sanksiyalar tətbiq olunsun”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru