"Özüm Ərdəbil bazarında olarkən türk dilini bizim küçə-bazarda eşitdiyimdən daha çox eşitdim"
Tarix: 22-10-2018, 08:32 | Çap et
 2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 2019,8 min nəfər olmuşdu. Xaricə gedən ölkə vətəndaşlarının 30,7%-i Gürcüstana, 28,7%-i İrana, 21,2%-i Rusiya Federasiyasına, 12,7%-i Türkiyəyə, 1,7%-i Ukraynaya, 1,2%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,8%-i isə digər ölkələrə səfər edib. Səfər edənlərin 68,8%-i kişilər, 31,2%-i isə qadınlar olub.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 22,8 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,8 faiz, Gürcüstana gedənlərin sayı 0,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 2,6 faiz azalıb. Xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,2%-i dəmir yolu və avtomobil, 18,9%-i hava, 0,9 %-i isə su nəqliyyatından istifadə edib. İrana səfər edənlərin sayında artım tendensiyası iyun ayından sonra da davam edib və nəticədə sentyabrın sonuna olan məlumata görə, İran Gürcüstanı qabaqlayaraq Azərbaycan vətəndaşlarının ən çox gedib-gəldiyi ölkə olub.
Bəs, belə bir statistikanın yaranmasında hansı amillər rol oynayır?
Bir neçə gün öncə İrandan səfərdən qayıdan VİP sədri Əli Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan vətəndaşlarının İrana daha çox gedib-gəlməsində bir sıra amillər rol oynayır: “Statistik göstəricilər bütün seqmentləri əhatə edir. Siyasi, iqtisadi, milli, səhiyyə amillərinin təsiri var. Bu istiqamətlərdən əlavə dini və təhsil profilli səfərlər də az deyil. Belə ki, İran həm ziyarət məkanlarına, həm də dini məqsədli təhsil müəssisələrinə malikdir. Lakin statistikaya təsir edən əsas faktor, İrana tətbiq edilən sanksiyaların yeni dalğasından sonra İranın milli valyutasının devalvasiyasından sonra sərhədyanı ticarətin vüsət alması və tibbi məqsədli səfərlərin kəskin artmasıdır. Şəxsən mən İrana bu ay etdiyim səfər zamanı bunu əyani şəkildə görmüşəm. Bir neçə misal da çəkə bilərəm. Misal üçün, yaxınlarımdan biri üçün 70 qəpiyə aldığım daha keyfiyyətli preparatın analoquna Bakıda 3,8 manat ödəyirik. Burada uzun illər istifadə etdiyim Savalan ətəyindən tədarük edilən süfrə suyuna 6 manat, bəzi dövrlərdə 7 manat verdiyim halda, sərhədin o tayında suyu 1,5 manata almaq mümkündür.
Sərhəddə xeyli sayda dolanışığı bu işdən çıxan, bazarın bu dəyişməz mənfəət qanunundan yararlanan xeyli sayda vətəndaşımızı gördüm. Danışıqlardan belə anladım ki, əksəriyyət həftədə 7 dəfə bu transferi həyata keçirir.
Bütün bunların üzərində bir yaxınlıq, milli bağlılıq faktoru da mövcuddur. O tayda buradan gedənlər üçün heç bir dil, mədəniyyət problemi də yoxdur. Özüm Ərdəbil bazarında olarkən türk dilini bizim küçə-bazarda eşitdiyimdən daha çox eşitdim. Bir sözlə, statistika yanılmır, Azərbaycan vətəndaşlarının daha çox gedib-gəldiyi xarici ölkənin İran olması təbiidir".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24 |
|
|
|
• Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21 |
|
|
|
• "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14 |
|
|
|
• 2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• "O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09 |
|
|
|
• Bu gün ilk çərşənbədir
Bu gün, 00:07 |
|
|
|
• Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02 |
|
|
|
• "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23 |
|
|
|
• “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21 |
|
|
|
• Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17 |
|
|
|
• “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00 |
|
|
|
• “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58 |
|
|
|
• Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30 |
|
|
|
• "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15 |
|
|
|
• Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14 |
|
|
|
• Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00 |
|
|
|
• Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59 |
|
|
|
• Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52 |
|
|
|
• "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50 |
|
|
|
• Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37 |
|
|
|
• Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35 |
|
|
|
• Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31 |
|
|
|
• Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30 |
|
|
|
• Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21 |
|
|
|
• Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15 |
|
|
|
• Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13 |
|
|
|
• “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07 |
|
|
|
• Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02 |
|
|
|
• Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57 |
|
|
|
• Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53 |
|
|
|
• Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48 |
|
|
|
• “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Dünən, 16:39 |
|
|
|
• Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
• Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Dünən, 16:33 |
|
|
|
• "Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Dünən, 16:32 |
|
|
|
• Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Dünən, 16:28 |
|
|
|
• “Buna görə bəzən övladlarım da mənə irad tutur”
Dünən, 16:17 |
|
|
|
• Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Dünən, 16:12 |
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Dünən, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Dünən, 16:06 |
|
|
|
• Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Dünən, 16:04 |
|
|
|
• Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Dünən, 15:39 |
|
|
|
• 2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Dünən, 15:37 |
|
|
|
• Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Dünən, 15:17 |
|
|
|
• Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Dünən, 15:14 |
|
|
|
• MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Dünən, 15:09 |
|
|
|
• “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Dünən, 15:02 |
|
|
|
• Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Dünən, 14:49 |
|
|
|
• "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Dünən, 14:48 |
|
|
|
|