"Təklənmiş Əli Kərimlinin niyyəti bu teatrda tam aydınlaşdı" - deputat
Tarix: 23-10-2019, 09:43 | Çap et
 “Əminəm ki, Əli Kərimlinin patronları oktyabrın 19-da təşkil olunan bu komediyaya görə dərin peşmançılıq keçiriblər. Az sayda başıpozuq, daha çox yaşlı kişi və qadınların, aldadılmış və pulla ələ alınmış, intelekti aşağı olan garagürühün iştirak etdiyi növbəti şou biabırçılıqla sona çatdı”.
Bu sözləri Modern.az-a açıqlamasında “Ana Vətən” Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, partiya sədrindən çox, social şəbəkədə bloger statusunu daşıyan Əli Kərimli siyasi dayaqlardan tam məhrumdur:
“Hətta Tofiq Yaqublu istisna olunmaqla, Milli Şurada təmsil olunanlardan heç kəs onunla bərabər deyildilər. Təklənmiş Əli Kərimlinin niyyəti bu teatrda tam aydınlaşdı. Bəlli oldu ki, onun məqsədi əslində, bayraq etdiyi bir sıra sosial problemlərin həlli deyil, əsası olmayan şüarlarla bu və ya digər səbələrdən narazı olanların emosiyalarından yararlanıb, ölkədə xaos və anarxiya yaratmaq, kiçik səhnəcikləri tədricən kütləviləşdirib, xalqla dövlət arasında münasibətləri zədələmək, inamsızlıq və etimadsızlıq mühiti yaratmaq, vətəndaş qarşıdurmasını alovlandırmaq və dövlətçiliyimizə ağır zərbə vurub əldə etdiyimiz bütün uğurları yerlə-yeksan etməkdir.
Bu anti-milli mahiyyət daşıyan ssenarini ona xaricdən anti-Azərbaycan qüvvələri ötürüblər”.
F.Ağamalı hesab edir ki, Lökbatanda mitinq keçirməkdən imtina edib, şəhərin mərkəzində, çoxsaylı insanların görüntüsü hesabına xal qazanmağa çalışan Milli Şura və AXCP təmsilçilərinin niyyəti iflasa uğradı:
“Güclənməkdə və beynəlxalq aləmdə nüfuzu getdikcə artmaqda olan Azərbaycanı zəiflətmək, onu idarə edilən ölkəyə çevirmək bir sıra dairələrin son on ildə həyata keçirdiyi başlıca strateji xəttdir. Ardıcıl xarakter daşıyan xarici təsir və təhdidlərlə onlar öz məqsədinə çata bilmirlər.
Ölkə prezidentinin olduqca praqmatik, düşünülmüş, milli və dövlət maraqlarımıza töhfə verən, sistemli xarici siyasəti Azərbaycanı xarici təhlükələrdən ciddi şəkildə qorumaqdadır”.
Azərbaycan Demokrat Partiyasının sədri, sözügedən mitinqdə iştirakdan imtina edən Sərdar Cəlaloğlu isə hesab edir ki, əhali hakimiyyətin siyasətinə qeyri-adi dərəcədə müqavimət göstərməyə hazır olduğunu mitinqdə sübut etdi:
“Milli Şuranın mitinqinə xeyli müstəqil, bitərəf adam qatılmışdı. Üstəlik aydın görünürdü ki, onlar tamamilə kasıb, yoxsul insanlar deyil, kifayət qədər maddi təminatı olan şəxslər idi. Deməli, insanlar tək öz problemləri üçün deyil, bir-birlərinin problemləri ilə bağlı da düşünürlər”.
S.Cəlaloğlu deyir ki, hakimiyyət düzgün addım atmadı:
“Şəhərin mərkəzində bir məkanda mitinqə icazə verib, təşkilat komitəsi ilə məqsədlərdən kənara çıxmamağı razılaşdırmaq mümkün idi. Halbuki, hakimiyyət metrostansiyanı bağladı, ictimai nəqliyyatın hərəkətini dayandırdı, həmin ərazidə piyada hərəkətə icazə vermədi. Həmin ərazidə 30-40 min nəfərlik mitinq olacaqdısa, bir milyondan artıq insana diskomfort yaşatmaqla aksiya olacağını hiss etdirdilər. Mitinqi sakitləşdirmək üçün zorakılıq tətbiq etməklə isə Konstitusiyanın qanunları pozulur, ağır nəticələrə gətirib çıxara bilər”. Siyasətçi müxalifətin geniş alyansının yaradılmasını təklif edib: “Ümumiyyətlə, demokratik mübarizədə eqoistik maraqlarla çıxış etmək yolverilməzdir. Düşünürəm ki, mitinq öz məqsədinə çatdı. Hətta baş tutsaydı belə, bu qədər böyük reaksiya doğurmaya bilərdi”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Yeni Ermənistan Respublikası” yaradılır? - Paşinyanın bəyanatı İrəvanda süngü ilə qarşılandı
Bu gün, 00:51 |
|
|
|
• “Əgər onlar uğur qazansalar, bu, Almaniyada de-fakto demokratiyanın sonu olacaq” - Mark Bernhard
Bu gün, 00:47 |
|
|
|
• Erməni əsgər “ildırım sürəti ilə” öldü
Bu gün, 00:43 |
|
|
|
• Gənc şair Həsən Kür intihara cəhd edib, vəziyyəti ağırdır - AÇIQLAMA
Dünən, 23:38 |
|
|
|
• "Hər ikimiz fevralın 29-da anadan olmuşuq"
Dünən, 23:34 |
|
|
|
• 5 il həbs cəzası alan ekspert 2 ay sonra azadlığa çıxdı - TƏFƏRRÜAT
Dünən, 23:28 |
|
|
|
• "Global Media Grup" növbəti kiberhücumla bağlı rəsmi məlumat yaydı - ayın 24-dək...
Dünən, 23:25 |
|
|
|
• Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Dünən, 15:00 |
|
|
|
• “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Dünən, 14:58 |
|
|
|
• "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Dünən, 11:42 |
|
|
|
• 2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Dünən, 11:40 |
|
|
|
• Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Dünən, 11:38 |
|
|
|
• Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Dünən, 11:34 |
|
|
|
• "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Dünən, 11:33 |
|
|
|
• "Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Dünən, 11:27 |
|
|
|
• Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Dünən, 11:22 |
|
|
|
• Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Dünən, 11:17 |
|
|
|
• ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Dünən, 11:13 |
|
|
|
• Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Dünən, 11:11 |
|
|
|
• İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Dünən, 10:38 |
|
|
|
• Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Dünən, 10:28 |
|
|
|
• 47 nəfər in qollarına qandal vuruldu
Dünən, 10:19 |
|
|
|
• Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Dünən, 10:04 |
|
|
|
• "Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:03 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Dünən, 09:59 |
|
|
|
• ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Dünən, 09:56 |
|
|
|
• "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Dünən, 09:47 |
|
|
|
• "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Dünən, 09:37 |
|
|
|
• Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Dünən, 09:32 |
|
|
|
• Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Dünən, 09:22 |
|
|
|
• BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Dünən, 09:21 |
|
|
|
• Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Dünən, 09:16 |
|
|
|
• Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Dünən, 09:11 |
|
|
|
• Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Dünən, 09:03 |
|
|
|
• İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Dünən, 09:01 |
|
|
|
• Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Dünən, 09:00 |
|
|
|
• Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Dünən, 08:57 |
|
|
|
• İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Dünən, 08:56 |
|
|
|
• Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Dünən, 08:53 |
|
|
|
• “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Dünən, 08:46 |
|
|
|
• Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Dünən, 08:45 |
|
|
|
• Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Dünən, 08:38 |
|
|
|
• “907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Dünən, 08:32 |
|
|
|
• Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Dünən, 08:19 |
|
|
|
• Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Dünən, 07:25 |
|
|
|
• Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Dünən, 07:21 |
|
|
|
• Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Dünən, 07:16 |
|
|
|
• Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Dünən, 07:13 |
|
|
|
• "Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Dünən, 07:11 |
|
|
|
• Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Dünən, 06:08 |
|
|
|
|