Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                 

“Sağlamlığım imkan versə, parlament seçkilərində bir daha iştirak edəcəyəm” - deputat
Tarix: 25-11-2019, 08:47 | Çap et
“Sağlamlığım imkan versə, parlament seçkilərində bir daha iştirak edəcəyəm”
Deputat, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı ilə partiyanın yaranmasının 29-cu ildönümündə danışdıq. Partiyanın keçdiyi yoldan bəhs edən həmsöhbətimiz sədrlikdən getməyə hazırlaşdığını etiraf etdi. Ancaq onu da vurğuladı ki, parlament fəaliyyətinə nöqtə qoymaq niyyətində deyil. Fəzail bəy digər məsələlər, o cümlədən büdcə müzakirələri barədə suallarımızı da cavablandırdı.

- Fəzail bəy, builki büdcə müzakirələri ikinci oxunuşa çıxarılacaq. Müzakirələrin ilkin mərhələsini necə dəyərləndirirsiniz və bundan sonrakı gözləntiləriniz nədən ibarətdir?



- Əvvəla, büdcə sənədinin hazırlanması hər il təkmilləşə-təkmilləşə gedir. Hər il büdcə müzakirələrindəki dinamizm özünü birmənalı şəkildə özünü göstərir. Daha çox təkliflər, çatışmayan məqamlar üzərində dayanılır. Bu büdcənin özəlliyi onun xüsusi olaraq sosialyönümlü olması, investisiyaların geniş şəkildə Azərbaycan iqtisadiyyatına cəlb edilməsidir. Bir cəhəti xüsusi qeyd etmək istəyirəm ki, əvvəlki vergilər naziri, indi isə iqtisadiyyat naziri olan Mikayıl Cabbarov həm vergilər, həm iqtisadiyyatla bağlı qaldırılmış məsələlərə kifayət qədər diqqət yetirdi. Aparılmış islahatlarla bağlı vergilər sistemində çoxsaylı dəyişikliklərin edilməsi müzakirə olunur. Ümidvaram ki, iqtisadiyyat nazir, onun peşəkar komandası qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Eyni zamanda, mən bu fikirləri əmək və sosial müdafiə naziri Sahil Babayevlə bağlı da demək istəyirəm. Onun bütün məsələlərə həssaslıqla yanaşması, deputatların təkliflərinə reaksiyası diqqətəlayiqdir. Ümidvaram ki, qarşıya qoyulan məsələlərlə bağlı mümkün olanlar ediləcək. Əslində büdcə layihəsi kifayət qədər təkmil formada hazırlanmışdı. Lakin millət vəkillərinin də müəyyən sahələrlə bağlı fikirləri, təklifləri oldu. İnanıram ki, həmin sahələrlə bağlı təşəbbüslər mümkün qədər nəzərə alınacaq. Bir qayda olaraq son illər bu formatda müzakirələr özünün səmərəli nəticələrini verir.

- Açıqlamalarınızın birində demişdiniz ki, 2025-ci ildə parlament və prezident seçkiləri üst-üstə düşdüyündən 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Amma il başa çatır və qarşıda yalnız bələdiyyə seçkiləri var. İndi nə düşünürsünüz?



- Mən əslində əvvəlki şərhlərimdə demişdim ki, bunun üçün əsas görmürəm. Gözləntim budur ki, parlament seçkiləri 2020-ci ilin sonlarında keçiriləcək və seçkinin əvvəlki aylarda keçirilməsi üçün hər hansı ciddi əsaslar yoxdur.

- Fəzail bəy, Ana Vətən Partiyasının (AVP) 29 yaşı tamam oldu. Bu münasibətlə sizi təbrik edirik.

- Təşəkkür edirəm. Bizimçün ən önəmlisi budur ki, partiyanı yaradanda Azərbaycanın azadlığını, müstəqilliyini önə çəkmişik və həmin məqsəd uğrunda xalqımızla bərabər mübarizənin içərisində olmuşuq. Məqsədimizə nail olmaq üçün heç bir çətinlikdən çəkinməmişik. Şükürlər olsun ki, xalqımızla bərabər, bu azadlığa nail olmuşuq. Bizim üçün hər zaman təməl prinsipləri öndə olub. Baxmayaraq ki, bizə qarşı ən böyük iftiralar, ən kəskin fikirlər, ünvanlanırdı, ancaq biz buna baxmayaraq, müstəqilliyimizi qoruyub-saxlamaq üçün daim ulu öndərimizin yanında olduq və bir partiya, vətəndaş olaraq görmüş olduğumuz işlərdən qürur duyduq. Ulu öndərimizdən sonra İlham Əliyevin namizədliyi üzərində dayandıq, onu müdafiə etdik. Hətta cənab prezidentlə bağlı 12 cildlik kitabın nəşrinə nail olduq.

- Partiya rəhbərliyini gənc nəslə etibar etmək barədə düşünürsünüzmü?

- Biz artıq partiyaya yeni qüvvələri gətirməyə çalışırıq, artıq buna start vermişik, dayanmaq fikrində deyilik. Çalışacağıq ki, partiyanın bütün idarəçiliyinə, onun faəliyyətinin bütün tərəflərinə yeniliklər gətirək. Bunun üçün yetişmiş, formalaşmış yeni insanların gətirilməsinə xüsusi əhəmiyyət veririk. Bir müddət əvvəl cəmiyyətimizdə xüsusi fəallığı ilə fərqlənən Arzuman Abdulkərimovu siyasi məsələlər üzrə müavin gətirdim. Növbəti həftələrdə də növbəti addımları atacağıq. Yaxın bir ildə, yəni 2020-ci ildə biz bu məsələyə yekun olaraq qurultayda partiyanın yeni sədrinin seçilməsi məsələsini də qoya bilərik.

- Yəni qurultayın seçəcəyi sədr Fəzail Ağamalı olmayacaq?

- Təbii ki. Əgər biz artıq ümumi yeniləşməyə start vermişiksə, bu yeniləşmə partiyanın rayon, şəhər təşkilatlarından başlamış, onun rəhbər orqanlarına, sədrinə qədər getməlidir. Bu yenilənmə təkcə sədrin dəyişməsi ilə nəzərdə tutulmur. Biz bütövlükdə partiyanın özündə yenilənməyə, müasirləşməyə, daha çox müasir dünyagörüşü müstəqillik dövründə formalaşan siyasətçilərin gəlməsinə önəm veririk. Bu mərhələ partiya sədrinin yenilənməsi ilə də yekunlaşacaq.

- Sizin sədrliyə namizədiniz varmı?

- Bu, qurultayın səlahiyyətində olan məsələdir. Hələ bu yenilənməni aparaq, işimizin bütün mərhələlərini yekunlaşdıraq, sonda isə qurultay layiqli bir namizədi partiyanın sədri vəzifəsinə gətirəcək ki, partiya əvvəlki illərdən fərqli olaraq, daha ciddi uğurlara imza atsın.

- Amma yəqin ki, sədr olmasanız belə, parlamentdə olmağı hələ də vacib sayırsınız, eləmi?



- Demişəm, bir daha təkrar edirəm ki, sağlamlığım imkan versə, təbii ki, qarşıdan gələn parlament seçkilərində bir daha iştirak etmək niyyətindəyəm.

- Partiyanın sıravi üzvü kimi?

- Ola bilər sıravi üzv kimi, ola bilər hələlik sədr olaraq. Parlament seçkilərinə qədər işlərimizi yekunlaşdırsaq, deməli, mən partiyanın sıravi üzvü kimi gedə bilərəm. Yox, yekunlaşdıra bilməsək, mümkündür ki, sədr kimi gedəcəyəm. Amma bir daha təkrar edirəm, bu, mənim artıq qəti fikrimdir ki, parlament seçkilərinə qədər və ya seçkilərdən sonra partiya sədrliyində dəyişiklik olacaq.

- Sizin bu hazırlığınız həm də digər partiya sədrlərinə mesaj sayıla bilərmi?

- Çox istərdim ki, dəyərli oxucular mənim bu etirafımın səmimiliyinə inansınlar. Mən hər zaman öz şəxsi maraqlarımı, ambisiyalarımı arxa planda saxlamağa çalışmışam. Mənimçün önəmlisi məmləkətimizdir, Azərbaycanın müstəqilliyidir, dövlətçiliyimizin güclü olmasıdır. Biz bu gün artıq onun içərisində yaşayırıq. Mən həqiqətən özümü çox şanslı bir insan kimi qiymətləndirirəm və buna görə Tanrımıza çox-çox şükürlər edirəm ki, 19 yaşında Azərbaycanın müstəqilliyini görmək istəyən bir gənc bu gün 72 yaşında müstəqil dövlətin vətəndaşıdır. Artıq biz 28 ildir ki, müstəqilik və müstəqillik uğrunda mübarizə aparan bir insan kimi, onun vermiş olduğu son dərəcədə qiymətli və dəyərli töhfələri, düşüncələri də mənə qismət edib. Həqiqətən bu, mənimçün son dərəcədə dəyərini verməyə çatmayacağım bir yüksəklikdir. Ona görə də partiya sədri olaraq bu günə qədər ləyaqətlə xalqımıza, dövlətimizə xidmət etməyə çalışmışam. Bunu nə dərəcədə etmişəm, indi yox, gələcək tarix sübut edəcək. Artıq hər yaşın özünün qoymuş olduğu şərtlər var, nəsil dəyişiklikləri olmalıdır. Şükürlər olsun, Allah mənə bu şansı verdi ki, bu yaşa qədər mən partiyanın sədri olaraq bu missiyanı yerinə yetirdim. Mən bu missiyanın gənclərə verilməsinin əvvəldən tərəfdarı olmuşam. Dəfələrlə demişəm ki, bütün məsələlərdə olduğu kimi, siyasi proseslərdə də nəsillər bir-birini əvəz etməlidir. Lakin bu, təbii yollarla öz həllini tapmalıdır. Yəni birdən-birə hər yeri gəncləşdir, yaşlı insanları tamam sıradan çıxar, bu da qəbulediən deyil. Yaxud da yaşlı insanlar ömrünün son anına, ölümə qədər o proseslərin başında olsun, bu da doğru deyil. Ona görə də zaman gələndə hər bir insan özünü dəyərləndirməli və tutduğu yolun daha ciddi uğurlara aparması üçün özündən daha enerjili, təşəbbüskar, dinamik insanların önə çəkilməsini təmin etməyə çalışmalıdır. Kim nə edəcək, deyə bilmərəm, hər halda, mənim fikrim qətidir. Ümidvaram ki, bizim atacağımız yenilənmə, yeni simaların partiyaya cəlb olunması partiyamıza yeni nəfəs verəcək.



- Fəzail bəy, işğal altındakı ərazilərimizin taleyi ilə bağlı gedişat sizi narahat edirmi? Mövcud situasiya nəyi diktə edir?

- İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ümumiyyətlə, keçmiş SSRİ məkanında baş vermiş münaqişələr, ayrı-ayrı ölkələrin ərazi bütövlüyünün pozulması mahiyyət etibarilə dünyada gedən proseslərin elementləri kimi izah olunmalıdır. Dünya xəritəsinin yenidən cızılması üçün çəkilən ciddi layihələr ortalıqdadır. 1985-ci ildən başlayan bu proses hələ də davam edir. Yəni SSRİ-nin çökməsindən başlamış, Yaxın Şərqdə gedən müharibələr cızılmış layihələrin ayrı-ayrı elementləridir. Təbii ki, əlverişli şərait yarananda biz öz torpaqlarımızı Silahlı Qüvvələrimizin gücü ilə azad edəcəyik. İndiki danışıqlarda mən işğal olunmuş ərazilərin tamamilə azad olunmasını yaxın zamanlar üçün güman etmirəm. Ola bilsin, elə bir situasiya yarana bilər ki, 5-7 rayonun qaytarılması təmin oluna bilər. Ola bilsin danışıqlar yolu ilə də biz bunu reallaşdıra bilərik. Ancaq bütövlükdə Dağlıq Qarabağ da daxil olmaqla, ərazi bütövlüyümüzün təmin olunması üçün tamamilə fərqli, ciddi və yeni bir situasiya lazımdır. Bu situasiya həm də dünyada gedən, indiki, hələ də mahiyyəti bizə bəlli olmayan proseslərdən çox asılıdır. Baxın, İranda ciddi proseslər baş verir. Sosial narazılıqlarda bizim soydaşlarımız milli məsələləri önə çəkirlər. Türkiyənin Suriya ərazilərinin müəyyən hissəsini kürd terrorçularından təmizləməkdə təkidli görünməsi də təsadüfi deyil. Çünki ortada söhbət kürd dövlətinin yaradılmasından gedir. Bu plan Türkiyənin ərazi bütövlüyü üçün də müəyyən təhdidlər yaradır. Eyni zamanda həmin proses bu gün İranda da ola bilər. Yəni İraq, İran, Suriya sərhədləri boyunca kürd dövlətinin yaranması layihəsi ortalıqdadır, bu, aydın görünür. ABŞ-ın kürd terrorçularını müdafiə etməsi heç də o terrorçularla bağlı deyil, bu, kürd dövlətinin yaranması üçün göstərilən təkiddir. Belə bir vəziyyətdə İranda konkret situasiya yarananda ordakı soydaşlarımızın milli məsələsinin aktuallaşması, konkret nəticələr verməsi də gündəlikdə ola bilər. Heç şübhəsiz ki, biz bunları da nəzərə almalıyıq.

- Ana Vətən Partiyası nədənsə İranda baş verənlərə münasibət bildirməyib...

- Bizim bu məsələyə hələlik susqunluq göstərməyimiz səbəbsiz deyil. Biz proseslərin gedişini çox diqqətlə izləyirik. Hadisələrin gedişatına uyğun olaraq biz heç şübhəsiz ki, adekvat addımlar atacağıq. Çünki Ana Vətən Partiyasının təməl prinsiplərindən biri Azərbaycanın tarixi ərazilərində vahid dövlətin yaradılmasıdır. Biz bu, təməl prinsipini strateji vəzifə olaraq qarşımıza qoymuşuq və sona qədər ona sadiqik.

- Milli Məclisin 25 noyabr iclasında yeni Ombudsman seçiləcək. Gözləntiləriniz, məlumatınız nədir?

- Doğrusu, dəqiq məlumatım yoxdur. 3 xanımın hər biri bu vəzifəyə layiqdir. Onların haqqında təqdimat da Milli Məclisə verilib. Sabahkı (bugünkü - red.) müzakirələrə baxaq, birinin digərlərindən üstün keyfiyyətləri varsa, yəqin ki, biz o üstünlüyü nəzərə alıb səsvermənin nəticələrini də onun xeyrinə reallaşdıracağıq. Lakin bəri başdan mən bu üç namizədin hansının daha üstün cəhətə malik olması haqqında konkret fikrə malik deyiləm, çünki bu, müzakirələrdə bəlli olacaq.

- Ombudsmanın bir qayda olaraq xanımlardan seçilməsi də ənənəyə çevrilməkdədir və birmənalı qəbul olunmur...

- Bu, çox yaxşıdır. Çünki xanımlar daha humanistdirlər, xeyirxahdırlar, insanları daha çox dincliyə çağıranlardırlar. Hər halda, qadınlar anadırlar, biz gərək bu keyfiyyəti yaddan çıxartmayaq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Bu gün, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru