Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                 

Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?
Tarix: 7-12-2019, 10:18 | Çap et
Müxalifət ənənəvi siyasi xəttini dəyişməlidirmi?
Ölkə müxalifətinin son 26 ildəki uğursuzluğunun kökündə duran səbəblərdən biri kimi düşərgənin tutduğu siyasi xətt göstərilir. Siyasi ekspertlərə görə, bu xətt dəyişmədikcə camiə uğursuzluq zolağından çıxa bilməyəcək.

AĞ Partiya başqanı Tural Abbaslı nələrisə dəyişməyin tərəfdarıdır: “Ümumiyyətlə, müxalifət və iqtidar bu və ya digər formada bir-birindən asılıdır. Yəni müxalifətin mübarizə taktikasının və tutduğu xəttin formalaşmasında iqtidarın təsiri danılmazdır, eyni ilə də iqtidarın da yürütdüyü siyasətə müxalifət təsir imkanlarına malikdir. Əgər iqtidar artıq 26 ildir ki, hakimiyyətdədirsə, demək, müxalifətin tutduğu xətdə nəsə yanlışlıq var. Biz iddia da etsək ki, bu metodda hər şey qaydasındadır, o zaman ortaya sual çıxır ki, bəs niyə hakimiyyətə gəlinmir? Təbii ki, belə uğursuzluq və nəticəsizlik yalnız müxalifətin yürütdüyü yanlış siyasətin nəticəsi deyil.

Bu məsələdə iqtidarın da yürütdüyü sərt və aqressiv siyasətin də rolu böyükdür. Yəni bütün günahı müxalifətdə görmək ədalətsizlik olardı. Çünki YAP dünyada qəbul olunmuş demokratik standartlara uyğun idarəçilik metoduna əməl etmir.

Tural Abbaslı: “Ortaya sual çıxır ki, bəs onda niyə hakimiyyətə gəlinmir?”

Müxalifət də müasir mübarizə metodlarından kifayət qədər effektiv istifadə edə bilmir. Müxalifətin mübarizə taktikası və siyasi xətti hələ də 90-cı illərin siyasi mübarizə metodunun təsirlərindən tam qurtula bilməyib. Təbii ki, müxalifət müasir şərait və şərtləri nəzərə alaraq zamanına uyğun mübarizə taktikası və texnologiyası müəyyənləşdirməlidir. Ümumiyyətlə, bu məsələdə nə qədər çox çeviklik olsa, bir o qədər effektli olar. Əgər hansısa siyasi xətt və mübarizə taktikası bir seçkidə effekt vermədisə, ondan imtina etmək lazımdır. Bütövlükdə xətlər və metodların effektivliyi onun nəticələri ilə ölçülməlidir, ”mənəvi qələbələr"lə yox. Biz AĞ Partiya olaraq çalışırıq ki, maksimum çevik siyasət yürüdək və nəticələrə nail olaq. Ən azından biz partiya kimi hansısa prosesə qoşulduqda ilk hədəfimiz o prosesdən qoşulduğumuzdan daha güclü formada çıxmaqdır. Və hələlik bu prinsip bizə nisbətən də olsa uğur qazandırıb. Sonda onu da qeyd etməliyəm ki, mənim başqalarına yol göstərmək, ağıl vermək kimi bir niyyətim yoxdur. Siyasət belə bir fəaliyyət növüdür ki, burada hər kəs atdığı addımın müsbətinin və mənfisinin altını özü çəkir. Odur ki, hər kəs istədiyi metod və xətti seçməkdə azaddır deyə düşünürəm".

Əli Orucov: “Düşərgənin ağır durumuna görə daha çox hakimiyyət cavabdehdir”

AMİP katibi Əli Orucov fərqli düşüncəyə sahibdir: “Müxalifətin indiki ağır duruma salınmasını müxalifətin tutduğu siyasi xəttində deyil, hakimiyyətin uzun illər yürütdüyü siyasətində və siyasi rəqiblərinə qarşı olan baxışlarında daha çox axtarmaq lazımdır. Təkcə müxalifət düşərgəsi sıradan çıxarılmayıb, özünü hakim partiya hesab edən YAP və onun peyk partiyaları da ölkənin ictimai-siyasi həyatındakı rolunu itirib. Halbuki mərhum prezidentin dönəmində az-çox düşərgələr arası rəqabət və mübarizə vardı. YAP cəmiyyətin həyatında nüfuz sahibi idi. İndi isə bunun tam əksidir. Müxalif siyasi partiyalar daima təzyiq altında saxlanılıb, fəaliyyət meydanı daraldılıb, maliyyə qaynaqları qapadılıb, cəmiyyətə çıxma imkanları məhdudlaşdırılıb. Bir sözlə, tam tədric vəziyyətə salınıb. Mövcud şərtlər daxilində müxalif düşərgənin hansısa uğur qazanması tam bir möcüzə olardı. Hələ ayaqda durub mövcudluğunu saxlaya bilibsə, elə bunun özü böyük nailiyyətdir. Təbii ki, fəaliyyət olan yerdə qüsurlar, səhvlər də ola bilər. Müxalifət düşərgəsi də zaman-zaman ciddi səhvlərə yol veriblər, taktiki addımlarında və mübarizə metodlarında yanlışlıqlar olub. Reallıqları bəzən düzgün qiymətləndirə bilməyib və xarici faktora daha çox ümid bağlayıblar. Azərbaycan müxalifətinin böyük hissəsi ölkənin spesifik xüsusiyyətlərini və hakimiyyətə olan münasibəti nəzərə alınmayıb. Yəni Ukraynaya, Gürcüstana və digər ölkələrə Qərbin Azərbaycana fərqli yanaşmaların reallığını düzgün analiz edə bilməyiblər. Daxili intriqalar, çəkişmələr, lazımsız ambisiyalar, iddiaları da bura əlavə etsək yerinə düşər.

Təəssüflər olsun ki, bəzi siyasi qüvvələrdə köhnədənqalma streotiplər, qəlblənmiş dəsti-xətt bu gün də qalır. Bəzən yeniliyi, dəyişikliyi qəbul etmək çətin görünür. Liderlərin ilahiləşdirilməsi və toxunulmazlığı kimi tendensiyalar qalmaqdadır. Hara yozsaq da yenə bunu yaradan səbəb dolayısı ilə hakimiyyətin siyasətinin üzərinə gəlib çıxır. Hakimiyyətin özü də belə halın davam etməsində maraqlıdır. Çünki bu müxalifəti hərtərəfli tanıdığından onunla hansı dildə və necə danışacağının asan yolunu bilir. Düzgün istiqamətin götürülməsi üçün ilk növbədə düzgün təhlillər aparmaq, reallığı olduğu kimi qiymətləndirmək, buraxılan səhvləri etiraf etmək və bir daha eyni səhvləri təkrar etməmək kimi addımların atılması lazımdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Bu gün, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru