Nura bu mahnını yenidən oxudu, trend oldu .....                     ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib .....                     Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya .....                     USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır .....                     Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? .....                     Bakı və Moskva arasında böhran .....                     Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər .....                     Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb .....                     Göygöldə 20 illik şirkət bağlanır .....                     "Modern Construction Group” MMC-yə çevrilir .....                     Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? .....                     “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır .....                     “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” .....                     Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” .....                     İran dayanmadan təkrarlayır: .....                     Paşinyan Münhenə getdi .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ .....                     Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır .....                     Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                 

Əli Kərimli Heydər Əliyevə nəyə görə borcludur? – TARİXİ FAKT
Tarix: 18-05-2020, 09:05 | Çap et
Əli Kərimli Heydər Əliyevə nəyə görə borcludur?
Əslində sualımın cavabını mən özümçün bilirəm. Amma ictimai fikir üçün bu suallar ətrafında bəzi dəqiqləşdirmə aparmaq istəyirəm. Bəri başdan deyim ki, Əli Kərimli vaxtında şanslı adam olub. Bunu onun avtobioqrafiyasına baxarkən də görmək olar. Belə ki, o cəmi 27 yaşında olarkən Azərbaycan Respublikasının Dövlət katibi postuna yiyələnib. Bu yaşda bu postu tutanlar arasında bəlkə də Əli Kərimli dünya rekordçusudur. Baxmayar ki, o vaxtadək Əli bəy heç bir dövlət işində çalışmamışdı. Bu vəzifə də ona peşəkarlığına görə deyil, sadəcə siyasi mənsubiyyətinə görə verilmişdi. Məhz onun və ideya dostlarının bir illik qeyri-peşəkar hakimiyyətləri (hakimiyyətsizlikləri dövrü desək, daha doğru olar) dövründə Azərbaycan dövlətinə və millətinə vurduqları ziyanları təəssüf ki, 30 illik zaman fasiləsində də aradan qaldırmaq mümkün olmayıb. Hansıdır o ziyanlar, fəlakətlər?

BİRİNCİSİ, Qordi düyününə çevrilmiş Qarabağ problemi. Xatırlayırsınızsa, könüllü batalyonların və yaranmaqa olan milli ordunun birgə səyi ilə erməni separatçılarının baş kəndi Xankəndinə 1992-ci ilin payızında böyük zəfər yürüşü başlamışdı. Müzəffər ordu dəstələri qısa zamanda ətraf rayonları ermənilərdən təmizləyib, Xankəndinin bir neçə kilometrliyinə qədər gedib çıxmışdı. Bax o zaman, Əli Kərimlinin də təmsil olunduğu iqtidar Azərbaycan dövlətinə tarixdən heç zaman silinməyəcək ən böyük xəyanəti etdi. Heç bir səbəb göstərilmədən ordu dəstələrinin geri çəkilməsi barədə yuxarıdan göstəriş gəldi. Və ordumuzun zəfər yürüşü məqsədli şəkildə durduruldu. Qarabağ açıq şəkildə erməni separatçılarına təslim edildi. Bu təslim aktında çoxları kimi sabiq dövlət katibi Əli Kərimlinin müstəsna payı var. Görəsən belə bir şərəfsizliyə bu gün dövlətçilikdən, vətənpərvərlikdən ağız dolusu danışan Əli bəy heç vicdan əzabı çəkirmi? İnanmıram. Çünki, “VƏTƏNPƏRVƏRLİK ƏCLAFLARIN SON SIĞINACAQ YERİDİR”.

İKİNCİSİ, AXC hakimiyyətinin bir illik fəaliyyətləri dövründə milli mənəvi dəyərlərimiz kökündən sarsıldı. “Böyüyə sayğı, kiçiyə qayğı” aradan qalxdı. Vəzifələr peşəkara deyil, şəxsi tanışlara verildi. Hər gələn bəy də dedi ki, “öz komandamla işləyəcəm”. Bundan başqa, o vaxt istefa mədəniyyətinə son qoyuldu. “Vəzifəmi dondururam” kimi cəfəng bir ideya ortaya atıldı. Məhz 1993-cü ilin may-iyun aylarında Azərbaycanda baş verən vətəndaş qarşıdurması zamanı Əli Kərimli də bu praktikadan istifadə etdi. Tale yüklü bir dövrdə o Dövlət katibi vəzifəsini “dondurdu”.

ÜÇÜNCÜSÜ, Əli bəyin və Milli Şura deyilən qurumun üzvlərinin təmsil olunduğu o vaxtkı hakimiyyətinin dövlətçiliyimizə vurduğu ən böyük ziyan separatizminin alovlandırılması oldu.Cənubda “Talış-Muğan Respublikası”, şimalda “sadvalçılar” baş qaldırdılar. Hələ qonşu dövlətlərin-Rusiyanın, İranın, Gürcüstanın və hətta Türkmənistanın Azərbaycana bəslədiyi düşmənçilik münasibətlərini demirəm. Təbii ki, bütün bunlarda Əli bəyin “xidmətləri” az olmayıb. Bu gün söz azadlığından bolluca yararlanıb indiki iqtidarı və Ümummilli lider Heydər Əliyev siyasi kursunu həyasızcasına “tənqid” edən Əli Kərimli və Milli Şura üzvlərinə bu yerdə bir xatırlatma etmək istəyirəm. 1993-cü ilin iyununda Surət Hüseynov silahlı dəstəsi ilə gəlib Ələtdə oturmuşdu.



Ölkədə idarəetmə faktiki olaraq onun əlinə keçmişdi. Surət Hüseynov Ələtdən rəsmi Bakıya ultimatum vermişdi ki, “3 günə təslim olmasanız, gəlib hamınızı Azadlıq meydanında asajam”. O zaman Əli Kərimlini və onun həmfikirlərini Surət Hüseynovun quracağı dar ağacından ümummilli lider Heydər Əliyev qurtardı. Bu günki fiziki mövcudluqlarına görə Əli bəy və digər “müxaliflər” ən azı buna görə indiki iqtidarın ətəyindən öpməlidirlər. Lakin sən saydığını say, gör Əli Kərimli nə sayır. Cəzasız qalmış bu qədər günahlarının xəcalətini çəkməkdənsə, Əli bəy bu gün də siyasətçilik oyunu oynayır. Doğru deyirlər ki, “Yalançının yaddaşı olmur”. Əli Kərimli qaranlıq keçmişini unudub. Keçmişini unudanlarsa, yalnız manqurtlardır. O ki, qaldı onun bu günki, siyasi diletantlığına bu barədə də bir neçə kəlmə demək istəyirəm.

Əli bəy deyir ki, ölkədə korrupsiya halları var. Biz də deyirik ki, var. Deyir ki, kölgə iqtisadiyyatı var. Biz də deyirik ki, var. Deyir ki, ölkədə sosial-iqtisadi problemlər var. Biz də bunu inkar etmirik. Və bütün bunları ölkə başçısı da bilir. Və belə hallara qarşı Prezident ciddi mübarizə aparır. Bu cür nöqsanların tezliklə sonlanması üçün radikal addımlar atır. Son vaxtlar 5 rayonun icra hakimiyyəti başçısının və yüksək ranqlı bir-neçə məmurun həbsi də bunun əyani təcəssümüdür. Belə bir vəziyyətdə isə Əli Kərimlinin söylədikləri “bulanıq suda balıq tutmaq” sevdasından başqa bir şey deyil. Əli Kərimlinin başqa bir iddiası seçkilərin guya demokratik keçirilməməsi barədədir.

Son 20 ildə heç bir seçkiyə qatılmayan bir adamın seçkilərin obyektiv və ədalətli keçirilməməsi barədə iddiasının təbii ki, heç bir hüquqi əsası ola bilməz. Deməli, Əli Kərimov siyasi diletantdır. Son vaxtlar Əli Kərimli və Milli Şura üzvləri Azərbaycanı sevməyən beynəlxalq təşkilatlarla və dövlətlərlə həmrəylik mövqeyindən çıxış edirlər. Bu cür mövqe sərgiləyən adamları isə normal cəmiyyətdə siyasi marionetka adlandırırlar. Deməli, ƏLİ KƏRİMLİ siyasi müxalifət yox, SİYASİ DİLETANT və SİYASİ MARİONETKADIR.

Surxay Atakişiyev,
KONKRET.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nura bu mahnını yenidən oxudu, trend oldu - VİDEO
Bu gün, 01:00
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus biznes təyyarəsi Moskvaya eniş edib - “Flightradar24”
Bu gün, 00:57
Rusiyadakı azərbaycanlılara qarşı kütləvi repressiya - Səfirliyimizdə “Bülbüloğlu ənənəsi” davam edir
Bu gün, 00:51
USAİD-in Azərbaycanda fəaliyyətinin dayandırılması tələbi tamamilə əsaslıdır - ÇÜNKİ...
Bu gün, 00:47
Dövlət Su Ehtiyatları Agentliyi hara baxır? - Beyləqanda ACINACAQLI DURUM
Bu gün, 00:39
Bakı və Moskva arasında böhran - 500 min azərbaycanlının taleyi necə olacaq?
Bu gün, 00:33
Ukraynaya şimaldan təhdidlər və Belarus üçün risklər - AKTUAL
Bu gün, 00:29
Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Bu gün, 00:14
Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05
"Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02
Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46
“Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41
“Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44
Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42
İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39
Paşinyan Münhenə getdi
Dünən, 22:38
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58
Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru