“Eldar Mahmudovun dövlətdən oğurladığını Aşurovun mirası kimi təqdim etməsi qeyri-ciddi yanaşmadır” - deputat
Tarix: 4-06-2020, 08:19 | Çap et
İngiltərədə Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına olan 100 milyon avroluq biznes və 19 milyon avroluq malikanə ilə bağlı araşdırma başlanıb. Bu zaman ailənin vəkili bildirib ki, bu varidat 19-cu əsrdə milyonçu olmuş Aslan Aşurovdan ailəyə miras qalıb. Bu məlumat açıqlandıqdan sonra Azərbaycan ictimaiyyətində Aslan Aşurovun şəxsiyyəti maraq doğurub. Onun Eldar Mahmudovla qohum olmasına aid məlumat yoxdur. Aşurovlar bakılı, Mahmudovlar isə şərurludur. Bu qalmaqal üzə çıxandan sonra Aşurovların Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova ilə qohum ola biləcəyi xəbəri dövriyyəyə buraxılıb.
Aslan Aşurov neft milyonçusu olub. Onun oğlu Ağa Aşurov Azərbaycan Xalq Cümhuriyyətində mühüm vəzifələr tutub və buna görə də Ağa Aşurov haqda daha dolğun məlumatlar var. Aslan Aşurov 1905-ci ildə yaradılan “Bakı müsəlman xeyriyyə cəmiyyəti”nin təsisçilərindən biri olub. O, bu təşkilatda “Bakının nəsillikcə fəxri vətəndaşı” statusu ilə təqdim olunub. Həmin təşkilatın digər təsisçiləri Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev olub. Aslan Aşurovun oğlu Ağa Aşurov 1880-ci ildə Bakıda anadan olub. Bakı gimnaziyasını bitirib, daha sonra Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alaraq Bakıya qayıdıb. O, öncə şəhər bələdiyyə idarəsində işləyib.
1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərib. Aşurov “Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib.
Ağa Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın Rəyasət Heyətinin üzvü seçilib.
Milli hərəkatın fəal üzvlərindən olan Ağa Aşurov fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətində bitərəf olan Ağa Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, “Müsavat” və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb. Ağa Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən azsaylı parlament üzvlərindən olub. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. 1936-cı ildə vəfat edib, Rostovun tatar qəbiristanlığında dəfn olunub.
Bu və digər mənbələrdə Aşurovların Mahmudovlarla qohumluq bağı haqda hər hansı bir kiçik də olsa, məlumat yoxdur. Bu baxımdan jurnalistlərin sorğusuna cavab olaraq Anar Mahmudov və Nərgiz Mahmudovanın vəkil vasitəsilə ailələrinin sərvətlərinin bir əcdadlarından, 19-cu əsrdə yaşamış sahibkar Aslan Aşurovdan miras qaldığını bildirmələri böyük şübhələr yaradır.
Eldar Mahmudov ailəsinin Aslan Aşurovu özlərinin ulu babaları kimi təqdim etmələri nə qədər yalan, nə qədər doğrudur?
Deputat, tarix elmləri doktoru Fəzail Ağamalı deyir ki, Aşurovların varidatının bu günə qədər gəlib çatması inandırıcı deyil: “Sovet hökuməti bəylərin bütün imkanlarını alt-üst etdi. Onların mülklərini əllərindən alıb milliləşdirdi, varidatlarını da alaraq dövlətin məqsədlərinə yönəltdi. Azərbaycanda sovet hökumətindən əvvəl bəy, xan nəslindən olan, Hacı Zeynalabdin Tağıyev kimi, Aşurovlar kimi milyonçuların varidatının özündə qalması ilə bağlı heç bir tarixi mənbə yoxdur. Bolşeviklər birmənalı olaraq burjuaziyaya, kənddə olan bəylərə qoçu, qolçomaq damğası vurmaqla tamamilə müflisləşdirib. Tabe olmayanları öldürüb və ya Sibirə yollayıblar. Tarixdən bəlli olan budur”.
Fəzail Ağamalı deyir ki, Eldar Mahmudovun ortaya atdığı qohumluq bağına inanmır: “Eldar Mahmudovun dövlətdən oğurladığını Aşurov nəslindən qalan varidat kimi təqdim etməsi qeyri-ciddi yanaşmadır. Hər kəs Eldar Mahmudovun kim olduğunu bilir. Bu halda Eldar Mahmudov sussa daha yaxşı olar”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Bu gün, 00:14 |
|
|
|
• Göygöldə 20 illik şirkət bağlanır
Bu gün, 00:05 |
|
|
|
• "Modern Construction Group” MMC-yə çevrilir - SƏHMDARLARI TOPLANIR
Bu gün, 00:02 |
|
|
|
• Tramp Rusiyaya qarşı sanksiyaları ləğv edir? - "Asia Times"
Dünən, 23:46 |
|
|
|
• “Sputnik Azərbaycan” və “BBC News Azərbaycanca”nın fəaliyyəti dayandırılır - DETALLAR
Dünən, 23:41 |
|
|
|
• “Bu bəyanatlar riyakarlıqdan başqa bir şey deyil” - ŞƏRH
Dünən, 22:44 |
|
|
|
• Putin özünü qalib elan etsə: “Azərbaycanın yalnız bir yolu var” - GƏLİŞMƏ
Dünən, 22:42 |
|
|
|
• İran dayanmadan təkrarlayır: - Ermənistana elan etdi ki…
Dünən, 22:39 |
|
|
|
• Paşinyan Münhenə getdi
Dünən, 22:38 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ - AXI NİYƏ?..
Dünən, 18:58 |
|
|
|
• Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatının ən qısa zamanda inteqrasiyasında maraqlıdır - deputat
Dünən, 18:58 |
|
|
|
• Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Dünən, 18:12 |
|
|
|
• İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Dünən, 18:08 |
|
|
|
• Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Dünən, 18:01 |
|
|
|
• 59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Dünən, 17:56 |
|
|
|
• Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Dünən, 17:50 |
|
|
|
• "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Dünən, 17:47 |
|
|
|
• Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Dünən, 17:45 |
|
|
|
• Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Dünən, 17:37 |
|
|
|
• Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Dünən, 17:33 |
|
|
|
• Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Dünən, 17:31 |
|
|
|
• Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Dünən, 17:28 |
|
|
|
• Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Dünən, 17:25 |
|
|
|
• Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Dünən, 16:29 |
|
|
|
• “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Dünən, 16:26 |
|
|
|
• Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Dünən, 16:19 |
|
|
|
• Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Dünən, 16:12 |
|
|
|
• ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Dünən, 16:10 |
|
|
|
• Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Dünən, 16:02 |
|
|
|
• Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Dünən, 16:00 |
|
|
|
• “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Dünən, 15:56 |
|
|
|
• Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Dünən, 15:53 |
|
|
|
• Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Dünən, 15:51 |
|
|
|
• İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Dünən, 15:49 |
|
|
|
• Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Dünən, 15:48 |
|
|
|
• Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Dünən, 15:47 |
|
|
|
• Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Dünən, 15:45 |
|
|
|
• "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Dünən, 15:43 |
|
|
|
• Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Dünən, 15:40 |
|
|
|
• Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Dünən, 15:38 |
|
|
|
• Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 15:37 |
|
|
|
• Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Dünən, 15:09 |
|
|
|
• TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Dünən, 15:06 |
|
|
|
• Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Dünən, 15:04 |
|
|
|
• “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Dünən, 15:01 |
|
|
|
• "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Dünən, 14:59 |
|
|
|
|