Quru sərhədlər belə açılacaq .....                     İrəvan Bakıya imtina edilməyəcək təklif verib .....                     Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər .....                     USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? .....                     Azərbaycan dövlətinin xarici borcu kimlərədir? .....                     59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır .....                     Trampın Putinə sürpriz hədiyyəsi .....                     "İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" .....                     Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib .....                     Dələduzlar Əlikram Bayramovu necə aldatdı? .....                     Əliyevin mesajı: Trampın haqq-hesabı… .....                     Köçəri kimdir, oturaq kimdir? .....                     Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır .....                     Şahnaz Bəylərqızı ilə bağlı .....                     Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB .....                     “Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” .....                     Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib .....                     Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb .....                     ONUN DA VAXTI YETİŞİB... .....                     Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub .....                     Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən .....                     “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib .....                     ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... .....                     Bu missiyanı aparmaq bizim üçün çox çətin idi .....                     Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib .....                     İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib .....                     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər .....                     Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? .....                     Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı .....                     "Sputnik Azərbaycan"ın fəaliyyətinə son? .....                     Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı .....                     Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır .....                     Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək .....                     Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir .....                     TRAMP VƏ BİZ... .....                     Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir .....                     “Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? .....                     "Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi .....                     "Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır .....                     Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək .....                 

“Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur” - deputat
Tarix: 16-07-2020, 09:03 | Çap et
“Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur”
Azərbaycanın sanki alnına yazılıb ki, nə zaman öz müqəddəs haqları uğrunda mübarizəyə qalxsa, biriləri ona hərtərəfli pislik eləmək istəsinlər.

Biz dostumuzu və düşmənimizi yaxşı tanıyırıq, zərbənin haradan, necə gəldiyini də bilirik, arxamıza bıçaq saplayan xainləri, içimizdəki satqınları da görürük.

Onu da görürük ki, hakimiyyətə olan münasibətini, hikkəsini, zəhərini Azərbaycanın ən kritik dövrlərində millətin, ölkənin üstünə tökənlər var.

Biz nə zaman düşmənlə səngərdə savaşırıqsa, nə vaxt xalq doğal hüquqlarını tələb etmək üçün ayağa qalxırsa, ermənidən geri qalmayan bəzi pisliklər, nanəciblər ortaya çıxırlar.

Baxın, Tovuz istiqamətində neçə gündür döyüşlər gedir, Ermənistan cəmiyyəti və rəsmiləri mütəşəkkil hazırlıq görüb, çoxsaylı itkiləri etiraf etmək istəmirlər, amma içi qurd salmış, bizimlə eyni pasportu daşıyan adamlar var ki, qeyri-dəqiq məlumatlar yayırlar, yersiz çağırışlar edirlər, dezinformasiya fontan vurur, erməni mediasına “yem” ötürürlər.

Bu da azmış kimi, insanlar orduya dəstək və şəhidlərin ruhuna ehtiram üçün küçələrə axışır, yürüş edir, Qarabağ hayqırır, di gəl hansısa marginal qruplar provokasiyaya əl atırlar, gah Milli Məclisin qapılarını qırırlar, gah polisə daş atırlar və kütlənin, əsasən gənclərdən təşəkkül tapmış yürüşün fəlsəfəsini, mahiyyətini dəyişməyə çalışırlar.

Sonra Avropada yerləşən erməni xislətli bir azərbaycanlı sosial mediada canlı yayıma çıxır, “göz yaşlarına qərq olur”, xalqa bəyan edir ki, guya bizim diviziyamız vurulub, səfərbərlik elan olunmalıdır. Və məlum olur ki, nə diviziyamız vurulub, nə də yalandan ağlaşmağa ehtiyac var.

Məsələ bu qədər bəsitdir - niyə belə edirlər, nə üçün hər dəfə Azərbaycana ziyan vurmaq istəyirlər?

Ordumuz və Qarabağ üçün yürüş olur, proses ziyanımıza çevrilir, düşmənə sarsıdıcı zərbələr endirilir, təxribatçılar dezinformasiyalar yayırlar. Axı niyə?

“Azərbaycanda qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik, nəcib bir aksiya təxribatçı prosesə çevrildi”
Deputat Fazil Mustafanın fikrincə, Azərbaycanda qonşu ölkələrin kəşfiyyatının işlədiyini etiraf etməliyik. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bir neçə yerdə təzahürlərinə şahidlik etmişik.

“Sonuncu belə hadisə Bakıda keçirilən nəcib bir aksiyanın, xalqın şəhid generalına vəfa borcu yürüşünün təxribatçı bir prosesə çevrilməsi oldu.

Bu təxribatçı dəstələr sosial şəbəkələrdə də fəal işləyirlər, söyüş kampaniyası aparırlar, müxtəlif yutub kanallar üzərindən Azərbaycan dövlətinə, hökumətinə və xalqa yönəlik çıxışlar edirlər.

Onların məqsədi cəmiyyəti çaşbaş salmaqdır. Əfsus ki, Azərbaycanın belə vəziyyətdə ziyalı potensialının aşağı olmasını da qeyd etməliyik", - F.Mustafa bu qənaətdədir.

Deputatın sözlərinə görə, Azadlıq meydanına, sonra Şəhidlər Xiyabanına doğru olan orduya dəstək yürüşü xoş bir niyyət idi:

“Bu yürüşün yekunu necə olmalıydı? İştirakçılar şəhidlərin ruhuna dualar oxumalıydı, erməni qəsbkarlarına etiraz bildirilməliydi, sonra hamı intizamlı şəkildə, ordumuza və şəhidlərimizin ruhuna hörmətlə çıxıb getməliydi. Sən hansı əsasla orada üç saat qalırsan və fikirləşmirsən ki, Azərbaycanı gözü götürməyən qüvvələr həmin müddətdə insanları hansısa təxribatlara çəkə bilər, provokasiyalar olar.

Bu, orduya dəstək yürüşüdür, hansısa məsələ həll olunmur, qisas Bakıda yox, cəbhədə alınır, amma saatlarla orada dayanırlar.

Üstəlik, yeni təxribat növü ilə çıxış edirlər ki, niyə deputatlar kütlənin qarşısına gəlmədi. Əvvəla, bu mitinq deyil, vətəndaşların hansısa probleminin həlli ilə bağlı aksiya keçirilmir ki, deputat camaatın qabağına çıxsın. İnsanlar ordumuza dəstək yürüşü keçirirdilər".

F.Mustafanın fikrincə, polis yürüş iştirakçılarına qarşı heç bir zor tətbiq etmədiyi halda təxribatçı qruplar polis maşınlarını aşırdılar, şüşələrinə daş atdılar: “Ölkədə bir fəlakətli zehniyyət var. Onların içində özünü ziyalı sayanlar da var. Qardaş Türkiyənin prezidenti Ərdoğan açıq şəkildə bəyan etdi ki, Tovuz istiqamətində baş verənləri erməni həyata keçirmir. Cənab Ərdoğan bir mesaj verdi ki, bu işin arxasında güclər var və bizim özünü ziyalı adlandıranlar hələ də nəticə çıxarmırlar”.

Deputat həmin axşam kütlənin qarşısına ziyalıların, tanınmışların çıxmalı olduğu fikrini bölüşmədi:

“30 il qabaq ölkənin vətənpərvərlik dalğasında ziyalılar çox idi. İndi sosial media var və mən hesab edirəm ki, həmin yürüşdə iştirak edən xeyli sağlam düşüncəli adam var idi.

Onlar təxribatçı addımlar atmağa çalışanları hərəkətlərindən çəkinməyə çağırırdılar. Paralel olaraq sosial şəbəkədə təxribatçı zəmin hazırlanır.

Məsələn, əsgərimizlə polisimizin fotoları yanaşı qoyulur, müqayisə aparılır. Bunlar bir zəmin hazırlanmasıdır və insanlarımız anlayırlar ki, bizim layihə deyil. Biz dövləti çökdürmək istəyənlərin qarşısında olmalıyıq və onların başını sığallamaq fikrimiz yoxdur".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Quru sərhədlər belə açılacaq – O qatarın dalınca…
Bu gün, 18:12
İrəvan Bakıya imtina edilməyəcək təklif verib - Manukyan
Bu gün, 18:08
Azərbaycan-Türkiyə quru sərhədindən yalnız Naxçıvan qeydiyyatında olanlar giriş-çıxış edə bilər - Səfirlikdən AÇIQLAMA
Bu gün, 18:05
USAID: yumşaq güc aləti, yoxsa qlobal manipulyasiya şəbəkəsi? - ARAŞDIRMA
Bu gün, 18:04
Azərbaycan dövlətinin xarici borcu kimlərədir? - SİYAHI
Bu gün, 18:01
59 vətəndaşımız Türkiyədən Azərbaycana buraxılmır - Aralarında şəhid anaları da var
Bu gün, 17:56
Trampın Putinə sürpriz hədiyyəsi – Ukraynanın taleyi necə dəyişəcək?
Bu gün, 17:50
"İrəvanla Moskvanın əməkdaşlığı inkişaf edir" - FAKT BUDUR!
Bu gün, 17:47
Ədəbiyyatşünas Pərvanə İsayeva vəfat edib
Bu gün, 17:45
Dələduzlar Əlikram Bayramovu necə aldatdı? - AÇIQLAMA
Bu gün, 17:37
Əliyevin mesajı: Trampın haqq-hesabı… - İNCƏLƏMƏ
Bu gün, 17:33
Köçəri kimdir, oturaq kimdir? - İdris Heydərli yazır...
Bu gün, 17:31
Gəncədə müəllimin şagirdi döyməsi ilə bağlı iddia araşdırılır - Regional İdarə
Bu gün, 17:28
Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 17:25
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Bu gün, 16:29
“Trampın məqsədi Ukraynanın sərvətlərini ələ keçirməkdir” - Sərdar Cəlaloğlu
Bu gün, 16:26
Bakıda tanınmış model Çelsi Balakişiyeva həbs edilib - BUNA GÖRƏ...
Bu gün, 16:19
Azərbaycan Milli QHT Forumu USAID-lə bağlı Donald Trampa müraciət ünvanlayıb - DETALLAR
Bu gün, 16:12
ONUN DA VAXTI YETİŞİB... - Həm ilk nazirdir... həm də sonuncu nazir olacaq...
Bu gün, 16:10
Özümüzü aldatmayaq, Rusiya Cənubi Qafqazda uduzub - Satanovski
Bu gün, 16:02
Tanınmış modelyerin atasını qətlə yetirməkdə təqsirləndirilən şəxslərə cəza istənilib
Bu gün, 16:00
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
ATƏŞ HARDA KƏSİLƏCƏK... HARDA AÇILACAQ... - Bilmək olmaz...
Bu gün, 15:56
Bu missiyanı aparmaq bizim üçün çox çətin idi – Mehman Əliyev
Bu gün, 15:53
Polis 2024-cü ildə 108 nəfərə mühafizə orderi verib
Bu gün, 15:51
İkili diplom proqramı üzrə Rəhbər Komitənin növbəti görüşü keçirilib
Bu gün, 15:49
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Bu gün, 15:48
Ukrayna münaqişəsi üzərində alver: Vaşinqton Kiyevi “satır”? - NƏ BAŞ VERİR?
Bu gün, 15:47
Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqladı - KİV
Bu gün, 15:45
"Sputnik Azərbaycan"ın fəaliyyətinə son? - Jurnalist qalmaqalları və təxribat iddiaları
Bu gün, 15:43
Rusiya FTX zabitinin məhkəməsi təxirə salındı – Bakıya 7 milyon manat alma üçün gəlibmiş
Bu gün, 15:40
Nikol Paşinyan Bakının beynəlxalq hüquqa uyğun tələbləri ilə bağlı yanlış təsəvvür yaratmağa çalışır – ŞƏRH
Bu gün, 15:38
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Bu gün, 15:37
Ermənistan törətdiyi dağıntıların məsuliyyətini dərk etməli və təzminat ödəməlidir - Deputat DANIŞIR
Bu gün, 15:09
TRAMP VƏ BİZ... - Nəyin nəyə nə dəxli var...
Bu gün, 15:06
Xaricdən ən çox borc alan Maliyyə Nazirliyidir – Borclu qurumların siyahısı
Bu gün, 15:04
“Sputnik-Azərbaycan” və “BBC News Azərbaycanca” bağlanır? - KİV
Bu gün, 15:01
"Səni axtarıram"da qadın elə rəqs etdi ki, ekspert zalı tərk etdi - VİDEO
Bu gün, 14:59
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır - AÇIQLAMA
Bu gün, 14:53
Ölkəmiz Somalidə faydalı layihələr icra edəcək - ŞƏRH
Bu gün, 14:51
Azərbaycan və Somali beynəlxalq qurumlarda bir-birinə dəstək nümayiş etdirirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 14:50
Rusiya Azərbaycan ilə Ermənistan arasında necə vasitəçilik edə bilər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Qarabağın erməni əhalisi qayıda bilər - AMMA...
Bu gün, 13:58
1,60 manata satılan benzin əslində “Aİ-92”dir? – Azərbaycanda “Aİ-95” istehsal olunmayıb
Bu gün, 13:12
"SOCAR-ın bu əmrini müsbət hesab etmək olar, amma..." - NHMT sədri
Bu gün, 13:10
Əməkdar artist aparıcını məhkəməyə verdi
Bu gün, 13:06
Bakıda qadını maşın vurdu, digəri üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Bu gün, 13:04
Ermənistanda Avrasiya Kino Akademiyasının yaradılması haqqında saziş qüvvədən düşüb - KİV
Bu gün, 12:57
Ermənistanın müdafiə naziri Almaniyaya getdi
Bu gün, 12:50
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru